“Asan İmza” nömrəsinin aylıq abunə haqqı artırıldı

posted in: Xəbər | 0
birbank biznes

Asan İmza“Azercell Telekom” MMC “Asan İmza” xidmətinin qiymətini artırıb.

15.08.2018-ci il tarixdən “Asan İmza” xidmətindən istifadəyə görə əhali, sahibkarlıq fəaliyyəti ilə məşğul olan hüquqi və fiziki şəxslər, hüquqi şəxslərin nümayəndələri və dövlət hakimiyyəti və yerli özünüidarəetmə orqanlarının əməkdaşları olan “Azercell” abunəçiləri (28.08.2017-ci il tarixdən etibarən dövlət hakimiyyəti və yerli özünüidarəetmə orqanlarının əməkdaşları olan abunəçilər istisna olmaqla) üçün hər faktura dövrünə görə abunə haqqı 2.50 AZN (ƏDV daxil) təyin edilib. Bundan əvvəl abunə haqqı 1 AZN idi.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.

Beləliklə, 15.08.2018-ci il tarixdən “Asan İmza” xidmətinin istifadəçiləri – əhali, sahibkarlıq fəaliyyəti ilə məşğul olan hüquqi və fiziki şəxslər, hüquqi şəxslərin nümayəndələri və 28.08.2017-ci il tarixinə qədər qoşulmuş dövlət hakimiyyəti və yerli özünüidarəetmə orqanlarının əməkdaşları olan abunəçilər üçün aylıq abunə haqqı 2.50 AZN, göndərilən 1 SMS ismarıcın (transaksiya) qiyməti isə 0 AZN təşkil edəcək.

Xatırladaq ki, hazırda “Asan İmza” xidmətinə üçillik qoşulma haqqı əhali, sahibkarlıq fəaliyyəti ilə məşğul olan hüquqi və fiziki şəxslər, hüquqi şəxslərin nümayəndələri üçün 18 AZN (ƏDV daxil), dövlət hakimiyyəti və yerli özünüidarəetmə orqanlarının əməkdaşları olan abunəçilər üçün isə 54,46 AZN (ƏDV daxil) təşkil edir.

Mənbə: fins.az

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Print Friendly, PDF & Email