“ASAN imza” ilə yeni sertifikatın onlayn alınması vergi ödəyicilərinin işini asanlaşdırır

posted in: Xəbər | 0
birbank biznes

Asan İmza, "ASAN imza" sertifikatları, Sertifikat, Asan İmza Simkartı, ASAN İmza Sim KartıKeçən həftə Dövlət Vergi Xidmətinin portalında yeni “Qüvvədə olan “ASAN imza” ilə yeni sertifikatın alınmasına dair müraciət” bölməsi vergi ödəyicilərinin istifadəsinə verilib.

Dövlət Vergi Xidmətinin portalından mütəmadi olaraq istifadə edən vergi ödəyiciləri üçün sistemə giriş səhifəsindəki yeni “Qüvvədə olan “ASAN imza” ilə yeni sertifikatın alınmasına dair müraciət” bölməsindən istifadə qaydaları ilə bağlı təlimat artıq vergi ödəyicilərinin poçt qutularına göndərilib.

Biznes sertifikatının müddətinin bitməsinə 30 gündən az olmamaq şərti ilə, həmin sertifikatla portalın yeni bölməsinə daxil olaraq yeni sertifikatın alınması üzün anket forması doldurulur və göndərilir. Bundan sonra vergi ödəyicisi sertifikatın müddətinin bitməsini gözləyir və “ASAN imza” təqdim edən provayderinə müraciət edib nömrənin dublikatını alır. Həmin dublikatda artıq yeni sertifikat da mövcud olacaq. Yeni bölmədən oxşar qaydada şəxsi “ASAN imza”ya biznes sertifikatının alınması üçün də istifadə etmək olar.

Maliyyə üzrə mütəxəssis Vüqar Mirheydərov yeni bölmənin yaradılmasını vergi ödəyicilərinə xidmətin təkmilləşdirilməsi istiqamətində mühüm addım kimi qiymətləndirib. O, böyük razılıq hissi ilə bildirib ki, artıq portala daxil olmaq üçün istifadə olunan “ASAN imza” sertifikatının vaxtını uzatmaq və ya yeni biznes sertifikatı almaq üçün “ASAN xidmət” və vergi ödəyicilərinə xidmət mərkəzlərində növbədə durmağa ehtiyac qalmır. Yeni tipli koronavirus pandemiyası şəraitində insanların təmasda olmasını azaltmaq baxımından bu yeniliyin əhəmiyyəti böyükdür və layiqincə qiymətləndirilməlidir.

Mənbə: vergiler.az


TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Print Friendly, PDF & Email