“ASAN Xidmət” hüquqi və fiziki şəxslərə növbəti dəfə xəbərdarlıq etdi

posted in: Xəbər | 1

“ASAN Xidmət” hüquqi və fiziki şəxslərə növbəti dəfə xəbərdarlıq etdi


ASAN XidmətPrezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi növbəti dəfə hüquqi və fiziki şəxslərə xəbərdarlıq edib.

Dövlət Agentliyindən verilən məlumata görə, “Xüsusi Karantin Rejiminin Tətbiqi Zamanı İcazələrin Alınması və Monitorinqi Sistemi” üzrə qeydə alınmış məlumatların növbəti dəfə təhlili zamanı müəyyən edilib ki, bəzi hüquqi və fiziki şəxslər 2020-ci il 8 aprel tarixində edilmiş xəbərdarlıqdan nəticə çıxararaq icaze.e-gov.az portalından əsassız və lüzumsuz olan 50 000-dək icazəni ləğv edib.

Bununla belə, bir sıra hüquqi və fiziki şəxslər tərəfindən əmək və ya xidmət müqaviləsi olmadan qeydə alınmış 100 000-dən çox icazənin icaze.e-gov.az portalında aktiv qalması müəyyən edilib.

Ötən müddət ərzində portal daha da təkmilləşdirilib, istifadəçilər üçün yeni funksional imkanlar yaradılıb, fiziki və hüquqi şəxslərə sistemə yerləşdirdikləri şəxslərlə olan hüquqi münasibətlərinin (əmək və xidmət müqaviləsi) konkret qeydiyyatını aparmağa şərait yaradılıb.

Hüquqi şəxslərin vəzifəli şəxslərindən və sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərdən tələb olunur ki, 2020-ci il 13 aprel tarixinədək portalın yeni funksional imkanlarından istifadə edərək əvvəllər sistemə daxil etdikləri şəxslər arasından xidmət müqavilələri bağladıqları şəxslərin qeydiyyatını aparsınlar.

Hüquqi və fiziki şəxslər tərəfindən əmək müqavilələri və ya icaze.e-gov.az portalında qeydiyyatı aparılmış xidmət müqavilələri olmadan qeydə alınmış icazələr 2020-ci il 13 aprel tarixindən etibarən avtomatik rejimdə ləğv ediləcək.

Mənbə: report.az


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Print Friendly, PDF & Email

  1. Tagiyev Natiq T.o
    | Reply

    Mjkro sahibkarlara fiziki wexslere ne kimi komek gozlenilir wexsen men 1 ilde 2116 .8 manat vergi odeyicisiyen neqliyat weherler arasi serniwin dawima xidmeti

Leave a Reply

Your email address will not be published. Required fields are marked *