“ASAN Xidmət”in səlahiyyətləri artırıldı

posted in: Xəbər | 0
birbank biznes

“ASAN Xidmət”in səlahiyyətləri artırıldı

Prezident İlham Əliyev “Mənzil İnşaatı Dövlət Agentliyinin sərəncamında olan mənzilləri vətəndaşların güzəştlə əldə etməsi Qaydası”nda və “Güzəştli mənzil” sistemi haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə fərman imzalayıb. Bununla da Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinə yeni səlahiyyət verilib.

Dəyişikliyə əsasən, Əsasnamənin 6.2-ci bəndində “Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi” sözləri “Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi” sözləri ilə əvəz edilib.

Bundan sonra aşağıdakı məlumatları “ASAN Xidmət” portal vasitəsilə müvafiq dövlət orqanlarının və qurumlarının informasiya sistemlərindən elektron sistemə ötürülməsini təmin edəcək:
  • Mənzili güzəştlə əldə etmək istəyən şəxsin şəxsiyyətini təsdiq edən sənəd üzrə məlumatlar;
  • Mənzili güzəştlə əldə etmək istəyən şəxsin nikah (və ya nikahın pozulması) haqqında şəhadətnaməsi üzrə məlumatlar;
  • Mənzili güzəştlə əldə etmək istəyən şəxsin (birgə borcalanın) iş yerini təsdiq edən məlumatlar;
  • Mənzili güzəştlə əldə etmək istəyən şəxsin ailə tərkibi barədə məlumatlar;
  • Mənzili güzəştlə əldə etmək hüququna malik olan şəxslər barədə məlumatlar.

Mənbə: vergiler.az


TELEGRAM KANALIMIZA ÜZV OLUN


Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Print Friendly, PDF & Email