Azərbaycan Sahibkarlar Konfederasiyası növbəti dəfə onlayn seminar təşkil edir

posted in: Xəbər | 0
birbank biznes

Hörmətli Sahibkar! Sizi, Azərbaycan Sahibkarlar Konfederasiyasının (ASK) təşkil etdiyi növbəti onlayn seminarda iştirak etməyə dəvət edirik.

Belə ki, 05 iyun 2020-ci il tarixində saat 16:00-da Food CERT şirkətinin təsisçisi Elmar Cəmilovun moderatorluğu ilə Azərbaycan Sahibkarlar Konfederasiyasının Facebook platforması üzərindən “Beynəlxalq sertifikatın sahibkara verdiyi dəyər” mövzusunda canlı yayım baş tutacaqdır.

Canlı yayımda aşağıdakı məsələlər şərh olunacaqdır:

– Qida, kənd təsərrüfatı, sənaye, idarəetmə standartları haqqında ümumi məlumat
– Standartların tətbiqinin mərhələləri
– Beynəlxalq sertifikatın üstünlükləri
– Daxili səmərələr
– Xarici səmərələr

Canlı yayımda iştirak etmək üçün Azərbaycan Sahibkarlar Konfederasiyasının facebook səhifəsini izləməyinizi xahiş edirik: facebook.com/sahibkarlar

Mənbə: ask.org.az

TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Print Friendly, PDF & Email