Azərbaycan və Polşanın ali audit qurumları arasında əməkdaşlıq haqqında saziş imzalanıb

posted in: Audit, Xəbər | 0
birbank biznes

audit qurumları Hesablama Palatasının sədri Vüqar Gülməmmədovun rəhbərliyi ilə nümayəndə heyəti Polşa Ali Audit Ofisinin prezidenti Kristof Kviatkovskinin dəvəti ilə Polşada səfərdə olub.

Görüş tərəflər arasında əməkdaşlığın daha da gücləndirilməsi məqsədini daşıyıb.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.

Keçirilən görüşdə hər iki qurumun gələcək fəaliyyət perspektivləri, qarşılıqlı əməkdaşlıq istiqamətləri, eyni zamanda təcrübə mübadiləsi ilə bağlı məsələlər barədə danışılıb, müzakirələr, əsasən, ali audit qurumlarının fəaliyyətində audit prosesinin elektronlaşdırılması, Azərbaycanın Hesablama Palatasının İnstitusional və Administrativ Potensialının Gücləndirilməsi üzrə Tvininq Layihəsinin həyata keçirilməsində nailiyyətlər və qarşıda duran vəzifələr məsələləri ətrafında keçirilib. Tərəflər həmçinin beynəlxalq standartlara və xüsusilə INTOSAI təşkilatının standartlar çərçivəsinə əsaslanaraq maliyyə auditinin aparılması üzrə hər iki qurumda toplanmış təcrübə, mövcud prosedurlardakı fərqlər və oxşarlıqlar ilə bağlı fikir mübadiləsi aparıblar.

Mövcud Tvininq layihəsi ilə əhatə olunmayan fəaliyyət istiqamətlərini həyata keçirmək, layihədən sonra qurulmuş möhkəm əməkdaşlıq ənənəsini davam etdirmək və gücləndirmək məqsədilə səfər zamanı Azərbaycan Respublikası Hesablama Palatası və Polşa Ali Audit Ofisi arasında əməkdaşlıq haqqında saziş imzalanıb.

Mənbə: report.az


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
Print Friendly, PDF & Email