Auditin tarixi ( II Hissə )

posted in: Xəbər | 0

Auditin inkişafı və təsdiqi auditin birinci mərhələsi

I hissəyə nəzər yetirmək üçün daxil olun
auditin inkişafı

Auditin inkişafının erkən mərhələsində daxili nəzarət sistemi yox idi. O zaman auditin metodları, əsasən, hər bir əməliyyatın ətraflı yoxlanılmasından ibarət idi və audit prosedurları kimi test və ya seçmə yoxlama məlum deyildi. Belə audit təsdiqləyici audit adını almışdır.

XX əsrin 60-cı illər: dövründə auditin məqsəd və metodlarında yalnız əhəmiyyətsiz dəyişikliklərlə müşayiət olunurdu. Əsas diqqət, əvvəllər olduğu kimi, maliyyə hesabatlarının dəqiqliyinin müəyyən edilməsinə yönəlmişdi və bu, yoxlanılmalı idi, özü də bu dövrün kifayət qədər çox texniki audit üsulları təhriflərin aşkar edilməsi məqsədi ilə bilavasitə yaradılmışdı. Xüsusi ədəbiyyatda auditor tərəfindən auditor yoxlamasının gedişində təhrif faktlarının aşkar edilməsinə görə məsuliyyət məsələləri ilə bağlı müəyyən dissonans qalmaqda davam edib.

Bazar iqtisadiyyatı ölkələrinin müasir xarici auditinin məqsədləri barədə. Onların bəzilərində auditor tərəfindən yoxlanılan müəssisənin maliyyə hesabatlarının ölkənin qanunvericiliyinə (Almaniya, Fransa, İtaliya), digərlərində isə – hesabatların etibarlılığı və mühasibat uçotunun peşəkar standartlarına (Kanada, ABŞ, Yaponiya) uyğunluğunun, üçüncüsündə isə hər iki meyar (Böyük Britaniya) haqqında nəticə çıxarılmalıdır.

XX əsrin 70-ci illərinin əvvəlləri, əslində, audit tarixində yeni mərhələnin – onun beynəlxalq səviyyədə regional və beynəlmiləlləşdirilməsinin başlanğıc nöqtəsi oldu.auditin tarixi

Mühasibat xidmətləri

Auditin beynəlmiləlləşdirilməsinə 1977-ci ildə başlanılmışdır. Nyu-Yorkda baş qərargahı olan Beynəlxalq Mühasiblər Federasiyasının üzərinə xüsusilə, peşəkar Mühasiblərin Etik Kodeksinin, Beynəlxalq Audit Standartlarının, audit bülletenlərinin, dövlət və idarəetmə uçotu haqqında əsasnamələrin, dövlət müəssisələrinin peşə təhsili və auditi barədə dərsliklərin hazırlanması funksiyaları qoyulmuşdu.

20-ci əsrin Audit Məqsədləri və Metodları:

1987 – ci ilə qədər:

SSRİ-də metodologiya və auditin təşkili problemi nəinki həll olunmurdu, hətta bu məsələ ümumiyyətlə gündəmə gətirilmirdi. Auditin ilk rüşeymlərini 1987-1989-cu illərdə müttəfiq respublikaların Maliyyə nazirlikləri səviyyəsində təsərrüfat hesablı nəzarət-təftiş qrupları və audit qrupları yaradıldıqda, ümumi müəssisələrə nəzarət etmək zərurətinin ortalığa çıxması (xarici kapitalın iştirakı ilə) dövrünə aid etmək olar.

Buna baxmayaraq, Ukraynada auditin inkişafında əhəmiyyətli irəliləyişlər Sovet İttifaqının dağılmasından sonra əldə edilmişdir.

1989-cu ildə:

Ukraynada (o zaman hələ SSRİ-nin müttəfiq respublikasında) ümumi müəssisələrin yaranması ilə xarici tərəf birgə müəssisənin (BM) maliyyə-təsərrüfat fəaliyyətinin nəticələrinin auditor tərəfindən təsdiq edilməsi məsələsini qaldırdı, hansı ki, o, Kiyevdə “İnaudit-Ukrayna” adlı ittifaq auditor firmasının törəmə bölməsinin yaradılması ilə bağlı olub. İlk auditor firmasının tərkibinə Ukrayna Maliyyə Nazirliyinin nəzarət-təftiş idarəsinin keçmiş dövlət qulluqçuları daxil idi.

Auditin beynəlmiləlləşdirilməsi

auditin inkişafı

Ölkədə auditor işinin inkişafına, təkmilləşdirilməsinə və unifikasiyasına kömək məqsədi ilə 1993 – cü ildə müstəqil orqan – Ukrayna Auditorlar Palatası (UAP) yaradılmışdır. UAP-nın əsas vəzifəsi ölkədə auditin inkişafına yardım etmək, Ukraynada auditor fəaliyyətinin prinsipial məsələlərinin vahid metodoloji əsasda həll edilməsidir. UAP-nın regional şöbələri də yaradılıb.

Formal olaraq Ukraynada tam audit sisteminin yaranmasından yalnız 1993-cü ildə Ukraynanın “Auditor fəaliyyəti haqqında”qanununun qəbul edilməsindən sonra danışmaq olar.

1995-1996-cı illərdə:

Audit üzrə müvəqqəti yerli normativlər qəbul edilmiş və 1999-cu il yanvarın 1-dən başlayaraq, Ukraynada audit üzrə daimi qüvvədə olan milli normativlər tətbiq edilmişdir.

2003-cü ilin:

Aprel ayından isə Beynəlxalq Mühasiblər Federasiyasının audit və etika standartları Ukraynada milli audit standartları kimi qəbul edilmişdir.