Auditor rəyi əsasında uçotda olmayan malları rəsmiləşdirmək olar?

posted in: Audit, Xəbər | 0
birbank biznes

Auditor rəyi əsasında uçotda olmayan malları rəsmiləşdirmək olar?


TELEGRAM KANALIMIZA ÜZV OLUN


Auditor

Sual: Qiymətləndirici şirkətin hesabatı və Sərbəst auditorun həmin hesabatı təsdiqi əsasında uçotda olmayan malların qiymətləndirilməsini həyata keçirərək həmin malların balansa daxil edilməsi və ya nizamnamə kapitalının artırılması nəticəsində tərtib edilmiş Rəy malların alış sənədi hesab edilirmi?

Bu rəy tərtib edildikdən sonra Vergi Məcəlləsinin 58.8-ci maddəsinə uyğun olaraq maliyyə sanksiyaları tətbiq olunmayacaq ki?

Bununla bağlı Vergilər Nazirliyinin rəsmi mövqeyi nədir?

Cavab: Bildiririk ki, Vergi Məcəlləsinin 58.8.2-ci maddəsində malların alışını təsdiq edən sənədlər dedikdə elektron qaimə-faktura və ya elektron vergi hesab-faktura, ciddi hesabat blankı olan “Malların alış aktı” və idxal gömrük bəyannaməsi nəzərdə tutulur. Malların mədaxilini təsdiq edən sənədlərin siyahısı isə iqtisadi fəaliyyət sahələri (topdansatış, istehsal, pərakəndə ticarət və ictimai-iaşə) üzrə vergitutma məqsədləri üçün gəlirlərin və xərclərin uçotunun aparılması qaydaları ilə müəyyən edilir.

Vergi Məcəlləsinin 58.8.2-ci maddəsində nəzərdə tutulan maliyyə sanksiyası yuxarıda qeyd olunan sənədlərdən ən azı biri olmadığı halda tətbiq olunur.

Nəticə: Auditor rəyi əsasında malların rəsmiləşdirilməsi vergi qanunvericiliyində nəzərdə tutulmamışdır.

Əsas: Vergi Məcəlləsinin 58.8-ci maddəsi.

Mənbə: taxes.gov.az


Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
Print Friendly, PDF & Email