Auditorlar Palatası ötən il 7 auditoru bazardan kənarlaşdırıb

posted in: Audit, Xəbər | 0
birbank biznes

Auditorlar Palatası ötən il 7 auditoru bazardan kənarlaşdırıb

Auditorlar Palatası seminar imtahan auditor Auditorlar Palatası 2018-ci ildə 22 sərbəst auditora və 46 auditor təşkilatına müvafiq icazə verib, o cümlədən 5 sərbəst auditorun və 18 auditor təşkilatının icazəsinin müddətini uzadıb.
Məlumata görə, bundan başqa 4 sərbəst auditorun və 3 auditor təşkilatının fəaliyyəti dayandırılıb.
Beləliklə, ötən il 59 sərbəst auditorun, 100 auditor təşkilatının (o cümlədən 2 xarici auditor təşkilatının filial və nümayəndəliyinin, xarici hüquqi şəxslərin ticarət nişanından istifadə edən 20 auditor təşkilatının) fəaliyyət hüququ olub.
Hesabat dövründə təsərrüfat subyektləri ilə 74 580 987 manat məbləğində 4 517 müqavilə bağlanılıb. Bu müqavilələrin xüsusi çəkisi böyük 4-lük üzrə sayına görə 14,7%, məbləğinə görə 55,2%, xarici hüquqi şəxslərin ticarət nişanından istifadə edən auditor təşkilatları üzrə sayına görə 11,2%, məbləğinə görə 33,3%, yerli auditor təşkilatları üzrə sayına görə 40,8%, məbləğinə görə 7,05%, sərbəst auditorlar üzrə sayına görə 33,3%, məbləğinə görə 4,4% təşkil edib. 2017-ci illə müqayisədə 2018-ci ildə bağlanmış müqavilələrin sayı 309 ədəd və yaxud 6,4% azalıb, məbləği isə 20 954 927 manat və yaxud 39,1% artıb.
Mənbə: report.az
Bax: Bu qurumların auditdən keçməsi ilə bağlı vəziyyət pisləşib

TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Print Friendly, PDF & Email