11 dekabr tarixində Auditorlar Palatası Şurasının növbəti iclası keçirilib. (imtahan)
İclasda Şura üzvləri və Şura yanında Komitə sədrləri iştirak ediblər.
İclas iştirakçıları aşağıdakı məsələləri müzakirə edərək müvafiq qərarlar qəbul edib:
– Şura yanında Keyfiyyətə nəzarət üzrə komitənin 2019-cu ilin 9 ayı üzrə fəaliyyətinin yekununa dair hesabat;
– Auditorlar Palatasının 2019-cu il üzrə iş planında dəyişiklik edilməsi;
– Auditorlar Palatasının “Fəxri üzv” statusu verməsi;
– Ölkə ərazisində auditor fəaliyyəti ilə məşğul olmaq üçün icazələrin qüvvədəolma müddətinin başa çatması ilə əlaqədar imtahan keçirilməsi.
Mənbə: report.az