Təsərrüfat subyektləri rəhbərlərinin və sahibkarların nəzərinə!
Ölkəmizdə uğurla həyata keçirilən iqtisadi islahatlara dəstək verilməsi, sahibkarlıq subyektləri tərəfindən maliyyə hesabatlarının hazırlanmasında beynəlxalq və milli standartların tətbiqinin təmin edilməsi, şəffaflığın artırılması və hesabatlılığın yüksək səviyyədə qurulması, vergidən yayınma hallarının qarşısının alınması sahəsində qabaqcıl təcrübənin tətbiqi və bu sahədə sahibkarlara, iş adamlarına, müəssisə və təşkilatlara metodiki yardım göstərilməsi məqsədilə, Azərbaycan Respublikasının Auditorlar Palatası tərəfindən 2019-cu il 15 – 19 iyul tarixlərində saat 10:00-da “Maliyyə hesabatlarının hazırlanması və təqdim edilməsi sahəsində qanunvericiliyin və beynəlxalq standartların tətbiqi” mövzusunda5 günlük təlim keçiriləcəkdir.
Təlimdə müəssisə və təşkilatların maliyyə hesabatları hazırlanmasına məsul olan şəxslər iştirak edə bilərlər.
Təlimin sonunda iştirakçılara müvafiq sertifikatlar veriləcəkdir.
Təlimlər ödənişsizdir.
Təlimlərdə iştirak etmək istəyən şəxslər 2019-cu il 10 iyul tarixinədək Auditorlar Palatasında qeydiyyatdan keçməlidirlər.
Əlavə məlumat almaq üçün Auditorlar Palatasının Kadr hazırlığı şöbəsinə müraciət oluna bilər.
Ünvan: S.Y.Bakuvi, 35; Əlaqə telefonu: (012)564-80-62 mob:(055)866-44-29,E-mail: ()