“Auditorun şəxsi kabineti” adlı elektron portal istifadəyə veriləcək

posted in: Audit, Xəbər | 0
birbank biznes

elektron portalAuditorlar Palatası üzvü olan auditorlar üçün “Auditorun şəxsi kabineti” adlı elektron portal istifadəyə verməyə hazırlaşır.

Bu barədə Auditorlar Palatasının İnnovasiyaların tətbiqi idarəsinin rəisi Elnur İbrahimov məlumat verib.

“Bu ilin may ayından bu elektron portal üzərində iş gedir. Çalışacağıq ki, bu ilin sonuna qədər bu işi yekunlaşdıraq, portalı istifadəyə verək”, – deyə o qeyd edib.

Bax: Auditorlar Palatası daxili auditor kadrlarının hazırlanması üzrə hazırlıq kurslarını davam etdirir

E.İbrahimovun sözlərinə görə, elektron portal auditorların işini xeyli asanlaşdıracaq: “Hazırda auditorlar bəzi hesabatları Auditorlar Palatasında əllə təqdim edir. “Auditorun şəxsi kabineti” elektron portalı istifadəyə verildikdən sonra buna ehtiyac olmayacaq. Onları şəxsi kabinetə daxil olmaqla, “ASAN İmza” və yaxud “Elektron İmza”dan istifadə etməklə həmin hesabatları Palataya təqdim edə biləcəklər.

Bundan başqa, Auditorlar Palatanın lisenziya əsasında hazırladığı bəzi qanunvericilik aktları var ki, onlar dərc olunmur. Bunların da əksəriyyəti tərcümələrdir və Palatanın internet səhifəsində ingilis dilində yerləşdirilib, Azərbaycan dilində yerləşdirmək hüququnu isə hələ ki, əldə etməmişik. Amma auditorlar üçün həmin tərcümələr elektron portalda yerləşdiriləcək və onlar bu tərcümələrdən şəxsi kabinetə daxil olmaqla istifadə edə biləcəklər”.

Mənbə: report.az


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Print Friendly, PDF & Email