Avro barədə maraqlı faktlar (I hissə)

posted in: Xəbər | 0
birbank biznes

Avro barədə maraqlı faktlar (I hissə)

Avronun tətbiqi Avropanın ən uzunömürlü valyutası  – hələ Qədim Yunanıstan ilə əlaqəli olan yunan draxmının “məhvinə” səbəb olub.

Valyuta üçün ad 1995-ci ildə İspaniyada düşünülərək, tapılıb, avro dövriyyəyə isə 1999-cu ildə buraxılıb. Başlanğıcda yalnız nağdsız ödənişlər üçün, 2002-ci il yanvar ayının 1-də isə həm də nağd pullar ortaya çıxdı ki, bu da sözügedən pulları dünyanın ən gənc valyutası edir.

İtalyanlar yeni pul kisələri almalı oldular, belə ki, avro banknotlarının ölçüsü italyan lirəsindən daha böyük idi. Avro gözdən əlillər və zəif görən adamlar üçün də çox rahatdır: banknotlar müxtəlif ölçülərdə və nominalın müxtəlif relyefli təsvirinə malikdir.

Dollardan fərqli olaraq, avro müxtəlif rəngli əskinaslardan ibarətdir, lakin bir rəng də vardır ki, – mixəyi – ondan istifadə olunmur. Bunun rəsmi izahı isə yoxdur.

Avropolda hesablayıblar ki, standart atteşe-keysə (diplomat adlandırılan əl çantası) 7,4 milyon nağd pul yerləşir. Məlum olduğu kimi, sözügedən keysə cəmi bir milyon avro sığır.

Bəlkə də, avro dünyada yeganə valyutadır ki, onun rəsmi olaraq “0” nominalı da var. Belə banknotlar Avropa Mərkəzi Bankı (AMB) tərəfindən 2015-ci ildə tam leqal şəkildə bütün qaydalara uyğun olaraq buraxılır. Baxmayaraq ki, sıfır avro – bütün hallarda 2,5 avro orta qiymətində suvenirdir. Ən böyük nominal – 500 avrodur, lakin, həmin banknotu bir sıra ölkələrdə korrupsiya ilə mübarizə ilə bağlı sizdən qəbul etməyə bilərlər. Hesab olunur ki, rüşvət məhz, bu cür əskinaslarla verilir.

2018-ci ilin sonlarından AMB 500 avroluq banknotun buraxılışını dayandırıb, amma, dövriyyədən çıxarmayıb. Bundan əlavə, avrozonanın özü də yekcins deyil, çünki avro hələ tam şəkildə bu zonaya daxil olan bütün ölkələr tərəfindən ödəniş vasitəsi kimi qəbul olunmayıb. Avropa ittifaqının doqquz ölkəsinin öz milli valyatası var. Məsələn, Polşada – dövriyyədə zlotıdır. Əvəzində avro ilə Aİ-na daxil olmayan bu ölkələrdə ödəniş etmək mümkündür: Monako, Andorra, Vatikan, San-Marino, Çernoqoriya və Kosova.


II hissəyə nəzər yetirmək üçün keçidə daxil olun


TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Print Friendly, PDF & Email