Avropa iqtisadiyyatının bərpası müddəti açıqlandı

posted in: Xəbər | 0
birbank biznes

Avropa iqtisadiyyatı,Beynəlxalq Valyuta Fondu (BVF) Avropa iqtisadiyyatının böhrandan əvvəlki səviyyələrə qədər bərpası ilə bağlı təxmin edilən vaxt çərçivəsini açıqlayıb, bu haqda CNBC yazıb. Təşkilatın fikincə, bu, artıq 2022-ci ildə baş verəcək.

BVF-nin yenilənmiş proqnozuna görə, 2021-ci ilin yekununda Avropa iqtisadiyyatında 4,5 faiz artım gözlənilir ki, bu da əvvəlki versiya ilə müqayisədə 0,2 faiz həddində aşağıdır.

Proqnozun əvvəlkinə nisbətən pisləşməsi, koronavirusun yayılmasına qarşı mübarizə aparmaq üçün bir neçə Avropa ölkəsi hökumətləri tərəfindən tətbiq edilən yeni məhdudiyyətlərlə əlaqələndirilir. Bu isə öz növbəsində ayrı-ayrı ölkələrin və bütünlükdə Avropa İttifaqının iqtisadiyyatının tam açılması və bərpası müddətini təxirə salır.

Cari proqnoz koronavirusa qarşı peyvəndin daha əlçatan olacağı və bu ilin yayından etibarən ən geniş şəkildə aparılacağı ehtimalına əsaslanır. Əgər bu baş verməsə, yəni, BVF-nin gözləntiləri özünü doğrultmasa, onda təşkilat öz proqnozunu yenidən nəzərdən keçirməli olacaq.

BVF-nin hesablamalarına görə, 2021-ci ilin yekunları üzrə Aİ-də inflyasiya 1,1 faiz bəndində artaraq – 3,1 faizə çatacaq ki, bu da iqtisadi artıma dəstək verəcəkdir. Öz növbəsində, Avropa Mərkəzi Bankı ilin dördüncü rübündə təxminən iki faiz inflyasiya gözləyir ki, bu da məqsədli səviyyəyə uyğundur.


TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Print Friendly, PDF & Email