Avropa İttifaqı zəif vaksinasiya səbəbindən 100 milyard avro itki ilə üzləşə bilər

posted in: bank, Xəbər | 0
birbank biznes

Avropa İttifaqıAvropa İttifaqı (Aİ) əhalinin koronovirusdan vaksinasiyasının yavaş getməsi səbəbindən 100 milyard avro itki ilə üzləşə bilər. Bu haqda Bloomberg agentliyi xəbər verib.

Agentliyin məlumatına görə, Avropada “ləng” vaksinasiya tempi investorları narahat edir. Çünki bu Aİ iqtisadiyyatının və biznesin bərpasını təxirə sala bilər. Eyni zamanda, işin bərpasında bir və ya iki aylq gecikmə, AB iqtisadiyyatına 50-100 milyard avroya başa gələ bilər.

Qeyd edilir ki, Avropa fondları artıq üçüncü həftədir ki, kapital axınını qeydə alır, koronavirus xəstəliyinə tutulmanın davam edən artımı isə investorların cari strategiyalarını poza bilər. Principal Global Investors Fondunun baş strateqi Sima Şah bildirib ki, Avropada vaksinasiyanı bürokratiya və hakimiyyət dairələrinin ziddiyyətli bəyanatları tormozlayır. Nəşr, səbəblər arasında təchizatın kəsilməsini və cəmiyyətin müqavimətini də qeyd edib.

Fevralın sonunda məlum olub ki, AstraZeneca 2021-ci ilin ikinci rübündə müqavilə üzrə planlaşdırıldığından daha az vaksin dozası – 180 milyon əvəzinə 90 milyon doza istehsal edib. Texniki problemlər üzündən şirkətlər istehsal qrafikindən iki ay geri qalır.


TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Print Friendly, PDF & Email