Qiymət artımı Avropanın stabillik planlarını alt-üst etdi

posted in: Xəbər | 0

Almaniyada inflyasiya 2008-ci ildəki rekord səviyyəyə qədər yüksəlib. “Bloomberg” nəşrinin məlumatına görə, ölkədə istehlak qiymətləri avqust ayında 3,4 faiz artıb. Bu rəqəm Avropa Mərkəzi bankı tərəfindən avro bölgəsi üçün təyin edilən 2 faizlik hədəfi xeyli üstələyib.

İspaniyada da inflyasiya maksimuma yüksələrək, 3,3 faiz təşkil edib. Qiymət sabitliyinə yönəlik planlar enerji xərclərinin artması və təchizat sahəsində yaranan problemlər səbəbindən pozulub.

İndiyə kimi siyasilər cari inflyasiya yüksəlişinin müvəqqəti olduğunu bəyan edirdilər. Lakin tədarükün azalması getdikcə daha çox şirkəti mal və xidmətlərin dəyərini artırmağa sövq edir və bu tendensiya qiymətlərin daimi artmasına səbəb ola bilər.

Bununla yanaşı, Almaniyada idxal olunan malların dəyərinin artımı illik ifadədə 15 faiz təşkil edib. Bu isə son dörd onillik ərzində ən yüksək göstərici olub. İdxal qiymətlərinin aktiv artmasından sonra müəssisələr üçün xammal tədarükünü təmin etmək çox çətinləşib. Avro bölgəsində inflyasiya gözləntiləri istehsal, ticarət və inşaat kimi sənayelərdə də rekord həddə çatmışdır.

Əmtəə qiymətlərinin artımı, əsasən, koronavirus səbəbindən çoxsaylı yerli lokdaunlar və hərəkət məhdudiyyətlərinin tətbiqi ilə bağlıdır. Belə ki, bu məhdudiyyətlər təchizat zəncirlərində fasilələrə gətirib çıxarır. Ərzaq məhsullarının və digər malların qiymətləri bütün dünya üzrə yüksəlməkdədir, satıcılar isə satış yerlərində boş piştaxtalardan şikayətlənirlər. Avropada inflyasiyanı bu qədər gücləndirən digər amil isə enerji qiymətlərinin sıçrayışlı yüksəlişidir. Elektrik fyuçerslərinin dəyəri bu qışda tarixi yüksəkliyə çatmışdı. Bu cür kəskin sıçrayışın səbəbi Rusiyadan qaz tədarükünün azalması ilə əlaqəlidir.

Mühasibat xidmətləri


TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun