Alman avtomobil nəhəngi minlərlə iş yerini ixtisar edəcək

posted in: Məqalə, Xəbər | 0
birbank biznes

Alman avtomobil nəhəngi minlərlə iş yerini ixtisar edəcək

Almaniyanın məşhur BMW avtomobil şirkəti altı min iş yerini azaltmaq niyyətindədir. Bu barədə Süddeutsche Zeitung nəşri avtokonsernin mətbuat relizinə istinadən məlumat verib.

COVİD-19 pandemiyasının yaratdığı böhran səbəbi ilə satış həcmi kəskin şəkildə azalmışdır. Nəticədə, alman avtomobil nəhəngi az qala iflas astanasına gəlib çatmışdı.

İş yerlərinin ixtisarı üzrə razılaşdırılmış tədbirlər zərfi şirkətin qısa müddətdə fəaliyyətinin səmərəliliyini artırmaq və onun innovasiyasını uzunmüddətli saxlamaq məqsədi daşıyır. Həmin zərf bir neçə bənddən ibarətdir.

Belə ki, yaxın vaxtlarda pensiyaya çıxmalı olan işçilərin fəxri istirahətə vaxtından əvvəl göndərilmələri hüququ tanınır və onlara istirahət müavinətləri ödənilir. Rəsmi iş həftəsi isə 40 saatdan (əgər müqavilədə belə bir bənd nəzərdə tutulubsa) 38 saata qədər azaldılır.

Bundan əlavə, planda tarif ödənişlərindən imtina edən əməkdaşlardan ötrü səkkiz gün əlavə məzuniyyət verilməsi nəzərdə tutulur. Azad olunmuş iş yerlərinə yeni namizədlərin qəbulu nəzərdə tutulmur.

Böhranın fonunda Fransanın Renault avtomobil korporasiyası da kütləvi ixtisarlar barədə anons verib. Ümumilikdə, Fransa korporasiyası üç il ərzində Fransada 4.6 min daxil olmaqla, təxminən 15 min işçisini ixtisar etməyi planlaşdırır.

TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

 

Print Friendly, PDF & Email