“Avtomobil nəqliyyatı ilə sərnişin daşınması Qaydaları”nda dəyişiklik edilib

posted in: Xəbər | 0
birbank biznes

AvtomobilAZƏRBAYCAN RESPUBLİKASININ
NAZİRLƏR KABİNETİ
Q Ə R A R
№ 392
Bakı şəhəri, 14 sentyabr 2018-ci il
“ Avtomobil nəqliyyatı ilə sərnişin və baqaj daşınması
Qaydaları”nın təsdiq edilməsi haqqında” Azərbaycan
Respublikası Nazirlər Kabinetinin 2009-cu il 17 sentyabr tarixli 141 nömrəli qərarında dəyişikliklər edilməsi barədə

“Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2018-ci il 23 fevral tarixli 1016-VQD nömrəli Qanununun tətbiqi və “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 1998-ci il 22 noyabr tarixli 24 nömrəli Fərmanında dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 17 aprel tarixli 1926 nömrəli Fərmanının 1.4-cü bəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti QƏRARA ALIR:

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2009-cu il 17 sentyabr tarixli 141 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009, № 9, maddə 745; 2010, № 11, maddə 1041, № 12, maddə 1125; 2011, № 4, maddə 372; 2013, № 8, maddə 1025, № 12, maddə 1629; 2014, № 7, maddə 945, № 8, maddə 1014; 2016, № 2 (II kitab), maddə 354, № 3, maddə 592, № 4, maddələr 779, 804, 817, № 5, maddə 964; 2017, № 4, maddələr 633, 650, № 5, maddə 980, № 8, maddə 1609; 2018, № 4, maddə 806, № 5, maddə 1107; Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 10 iyul tarixli 289 nömrəli qərarı) ilə təsdiq edilmiş “Avtomobil nəqliyyatı ilə sərnişin və baqaj daşınması Qaydaları”nda aşağıdakı dəyişikliklər edilsin:

  1. Aşağıdakı məzmunda 1.2.19-1-ci yarımbənd əlavə edilsin:

“1.2.19-1. sürücü – avtonəqliyyat vasitəsini idarə etmək hüququ olan, daşımalar prosesində birbaşa iştirak edən, habelə müvafiq hallarda daşıyıcını təmsil edən şəxs;”.

2. 1.2.25-ci yarımbəndin sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz edilsin və aşağıdakı məzmunda 1.2.26-cı yarımbənd əlavə edilsin:

“1.2.26. taxoqraf – avtonəqliyyat vasitəsinin hərəkətinə, o cümlədən qət edilmiş məsafəyə, hərəkətin sürətinə, habelə sürücülərin iş və istirahət dövrlərinə dair bütün məlumatları fasiləsiz olaraq ölçmək və ya qeydə almaq məqsədi ilə həmin avtonəqliyyat vasitəsində quraşdırılan elektromexaniki və ya elektron nəzarət cihazı.”.

  1. Aşağıdakı məzmunda 2.3-1-ci bənd əlavə edilsin:

“2.3-1. Beynəlxalq və ölkədaxili (şəhərlərarası və rayonlararası) sərnişin daşımaları xidmətini həyata keçirən ümumi istifadədə olan avtonəqliyyat vasitələri taxoqrafla təchiz edilməlidir.”

  1. 2.12-ci bənd və 3.6.2-ci yarımbənd ləğv edilsin.
  2. Aşağıdakı məzmunda 3.5.2-1-ci yarımbənd əlavə edilsin:

“3.5.2-1. beynəlxalq və ölkədaxili (şəhərlərarası və rayonlararası) sərnişin daşımaları xidmətini həyata keçirən ümumi istifadədə olan avtonəqliyyat vasitələrinə münasibətdə taxoqrafın yoxlanması haqqında şəhadətnamə (taxoqrafın yoxlanmasına dair möhür vurulmadığı halda);”.

  1. 8.2.5-ci yarımbəndin sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz edilsin və aşağıdakı məzmunda 8.2.6-cı yarımbənd əlavə edilsin:

“8.2.6. beynəlxalq və ölkədaxili (şəhərlərarası və rayonlararası) sərnişin daşımaları xidmətini həyata keçirən avtonəqliyyat vasitələrinin taxoqrafla təchiz edilməsini.”.

  1. 9.12.2-ci yarımbənddə “plombası” sözü “plombu” sözü ilə əvəz edilsin.
  2. XIV hissənin adına “sifarişçisinin,” sözündən sonra “sürücünün,” sözü əlavə edilsin və həmin hissəyə aşağıdakı məzmunda 14.8-1-ci bənd əlavə edilsin:

“14.8-1. Beynəlxalq və ölkədaxili (şəhərlərarası və rayonlararası) sərnişin daşımalarını təşkil edən daşıyıcılar və yerinə yetirən sürücülər müvafiq daşımaların taxoqraf olmadan, habelə taxoqrafın yoxlanması haqqında şəhadətnamə və ya müvafiq möhür olmadan, yaxud yoxlanma müddəti bitmiş və ya plomblanması pozulmuş, tamamilə və ya hər hansı funksiyası işləməyən taxoqrafla, taxoqrafın qeydiyyata aldığı məlumatlar saxtalaşdırılmaqla yerinə yetirilməsinə görə məsuliyyət daşıyırlar.”.

Azərbaycan Respublikasının
Baş naziri                                  Novruz Məmmədov

Mənbə: cabmin.gov.az


Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Print Friendly, PDF & Email