Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Dövlət büdcəsindən maliyyələşən bir sıra təşkilatlarda çalışan işçilərin aylıq vəzifə maaşları haqqında” 2018-ci il 14 mart tarixli 94 nömrəli, “Azərbaycan Respublikasının Prezidenti yanında Qeyrihökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının Katibliyinin xərclər smetası, işçilərinin say həddi və aylıq vəzifə maaşları haqqında” 2008-ci il 1 iyul tarixli 149 nömrəli və “Mənəvi Dəyərlərin Təbliği Fondunun işçilərinin say həddinin müəyyən edilməsi və aylıq vəzifə maaşlarının təsdiq edilməsi barədə” 2017-ci il 16 noyabr tarixli 494 nömrəli qərarlarında dəyişikliklər edilməsi haqqında
Azərbaycan Respublikası Konstitusiyasının 119-cu maddəsinin səkkizinci abzasını rəhbər tutaraq, “Dövlət büdcəsindən maliyyələşən bir sıra təşkilatlarda çalışan işçilərin əməkhaqlarının artırılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2019- cu il 18 iyun tarixli 1260 nömrəli Sərəncamının 2.2-ci bəndinin icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabineti QƏRARA ALIR:
- “Dövlət büdcəsindən maliyyələşən bir sıra təşkilatlarda çalışan işçilərin aylıq vəzifə maaşları haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 14 mart tarixli 94 nömrəli Qərarında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018, № 3, maddə 604, № 5, maddə 1115; 2019, № 2, maddə 365; Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 25 iyul tarixli 325 nömrəli Qərarı) aşağıdakı dəyişikliklər edilsin:
1.1. 2-ci hissəsi aşağıdakı redaksiyada verilsin:
“2. Dövlət büdcəsindən maliyyələşdirilən bir sıra təşkilatlarda bilavasitə ixtisası üzrə çalışan işçilərə bu Qərarın 1-7-ci və 9-18-ci əlavələrdə göstərilən vəzifə maaşlarına elmlər doktoru elmi dərəcəsi üzrə 100 manat, fəlsəfə doktoru elmi dərəcəsi üzrə 60 manat, 8-ci və 19-cu əlavələrində göstərilən vəzifə maaşlarına elmlər doktoru elmi dərəcəsi üzrə 80 manat, fəlsəfə doktoru elmi dərəcəsi üzrə 40 manat məbləğində əlavələr ödənilsin.”;
1.2. həmin Qərarla təsdiq edilmiş 1-19 nömrəli əlavələr yeni redaksiyada təsdiq edilsin (əlavə olunur).
- “Azərbaycan Respublikasının Prezidenti yanında Qeyrihökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının Katibliyinin xərclər smetası, işçilərinin say həddi və aylıq vəzifə maaşları haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 1 iyul tarixli 149 nömrəli Qərarında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008, № 7, maddə 671; 2009, № 2, maddə 147; 2013, № 6, maddə 754) aşağıdakı dəyişikliklər edilsin:
2.1. adından “və aylıq vəzifə maaşları” sözləri çıxarılsın;
2.2. 1-ci hissəsindən “və işçilərinin aylıq vəzifə maaşlarının sxemi” sözləri çıxarılsın və həmin hissədə “müvafiq olaraq 1 və 2 nömrəli əlavələrinə” sözləri “1 nömrəli əlavəsinə” sözləri ilə əvəz edilsin.
- “Mənəvi Dəyərlərin Təbliği Fondunun işçilərinin say həddinin müəyyən edilməsi və aylıq vəzifə maaşlarının təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 16 noyabr tarixli 494 nömrəli Qərarında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017, № 11, maddə 2158; 2018, № 3, maddə 618; 2019, № 4, maddə 749) aşağıdakı dəyişikliklər edilsin:
3.1. adından “və aylıq vəzifə maaşlarının təsdiq edilməsi” sözləri çıxarılsın;
3.2. 2-ci hissəsi ləğv edilsin.
- Bu Qərar 2019-cu il sentyabrın 1-dən qüvvəyə minir.
Azərbaycan Respublikasının
Baş Naziri Novruz Məmmədov
Tam mətnə nəzər yetirmək üçün faylı yükləyin: Aylıq vəzifə maaşı (əmək haqqı) cədvəli
Mənbə: cabmin.gov.az
Bir cavab yazın