Azərbaycanda maliyyə fəaliyyəti ilə məşğul olan fərdi sahibkarların sayı 17% artıb

posted in: Maliyyə, Xəbər | 0
birbank biznes

Azərbaycanda maliyyə və sığorta fəaliyyəti ilə məşğul olan fərdi sahibkarların sayı illik müqayisədə 16,7% artaraq 2018-ci il yanvarın 1-nə 1 719 nəfərə çatıb.

Hesabat tarixinə ölkədə qeydiyyata alınmış fərdi sahibkarların 0,2%-ni maliyyə fəaliyyəti ilə məşğul olanlar əhatə edib.

Qeyd edək ki, ötən ilin sonuna hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq üçün qeydiyyatdan keçmiş fərdi sahibkarların sayı 795 min təşkil edib. Fərdi sahibkarların 222 853 nəfəri və ya 28,1%-i kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 201 121 nəfər və ya 25,3%-i ticarət, nəqliyyat vasitələrinin təmiri fəaliyyəti ilə məşğul olub. Sahibkarlıqla məşğul olanların əsas hissəsi Bakıda (29,6%), Aran (20,9%), Gəncə-Qazax (14,0%) və Lənkəran (10,1%) iqtisadi rayonlarında qeydiyyata alınıb.

Mənbə: report.az

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Print Friendly, PDF & Email