Azərbaycanda ödəniş xidmətləri və sistemləri ilə bağlı qanun layihəsi hazırlanır

posted in: Xəbər | 0

Azərbaycan Banklar Assosiasiyasının (ABA) “Ödəniş sistemləri və Alternativ Xidmət Kanalları” üzrə Ekspert Qrupunun iclası keçirilib.

İclasda Elektron ticarət qaydasında edilən ödənişlərin 2017-ci il üzrə dövriyyəsinə dair araşdırmanın nəticəsi, Maliyyə Bazarlarına Nəzarət Palatası və Vergilər Nazirliyinə ünvanlanmaq üçün MCC kodların yenilənmiş siyahısı, həmçinin, key-entered formasında əməliyyatlar müzakirə edilib.

İclas çərçivəsində MOTO tipli əməliyyatlar elektron ticarətə aid edildiyi üçün bu tip əməliyyatlardan vergi tutulmasına davam edilməsi və bununla bağlı banklara rəsmi məktubun ünvanlanması, 2018-ci ilin I rübü üçün MCC siyahısının təsdiq edilib Vergilər Nazirliyinə göndərilməsi, MCC kodlar üzrə 2017-ci il üçün hazırlanmış hesabatın 2016 və 2018-ci illərin analoji dövrü ilə müqayisəsi, həmçinin, ödəniş xidmətləri və ödəniş sistemləri üzrə qanun layihəsinin rəy və təkliflər üçün banklara göndərilməsi məsələləri qərara alınıb.

Qeyd edək ki, Azərbaycan Banklar Assosiasiyası (ABA) 1990-cı ildə kommersiya bankları tərəfindən təsis edilib. ABA-nın əsas məqsədi üzv-təşkilatların maraqlarını qorumaq, onların müxtəlif növ işgüzar xidmətlərə olan ehtiyaclarının ödənilməsinə yardım göstərmək və fəaliyyətlərini əlaqələndirməkdən ibarətdir. Hazırda 29 bank və 3 qeyri-bank təşkilatı ABA-nın üzvüdür.

Mənbə: apa.az

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Print Friendly, PDF & Email

Leave a Reply

Your email address will not be published. Required fields are marked *