Xarici vətəndaşlar Azərbaycanda şirkət açmaq üçün nə etməlidir: 2026-cı il üçün tələblər

posted in: Xəbər | 0

Xarici vətəndaşlar Azərbaycanda biznes qura bilərmi?

Xarici vətəndaşlar öz bizneslərini hüquqi şəxs kimi qeydiyyatdan keçirməklə yaxud pay əldə etməklə Azərbaycanda şirkət açmaq hüququna sahibdirlər. Belə ki, respublika qanunvericiliyi əcnəbilər və vətəndaşlığı olmayan şəxslərə yerli vətəndaşlarla eyni kommersiya hüquqları müəyyən edir. Bu zaman ilk növbədə miqrasiya sənədləri qaydaya salınmalıdır (məsələn, müvəqqəti yaşamaq üçün icazə, iş icazəsi).

Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin şirkət qeydiyyatı proseduru Azərbaycan vətəndaşlarının şirkət qeydiyyatı ilə demək olar ki, eynidir, amma:

  • təsisiçi xarici hüquqi şəxs olduğu təqdirdə, onun qeydiyyatını təsdiq edən sənədlər (ticarət reyestrindən çıxarış, qeydiyyat şəhadətnaməsi və qeydiyyatı təsdiq edən digər əlaqəli ədlər) lazım gələcək ;
  • bəzi sənədlərin konsul leqallaşdırılması tələb oluna bilər;
  • Azərbaycan dilinə tərcümə və notariat qaydasında təsdiq zəruridir (onlayn rejimdə mümkündür).

Azərbaycanda şirkət açmaq istəyən xarici vətəndaşlar və hüquqi şəxslərin mülki hüquqları, öhdəlik və vəzifələri, şirkət qeydiyyatı və sonrakı fəaliyyəti AR Mülki Məcəlləsi, AR Vergi Məcəlləsi, “Sahibkarlıq fəaliyyəti haqqında” Qanun,  “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Qanun və digər normativ hüquqi aktlarla tənzimlənir.

Xarici vətəndaşlar hansı təşkilati-hüquqi formanı seçə bilər?

Azərbaycanda biznes qurmaq istəyən əcnəbilər və vətəndaşlığı olmayan şəxslər aşağıdakı təşkilati-hüquqi formalardan birini seçərək kommersiya fəaliyyəti göstərə bilər:

Mühasibat xidmətləri
  • Məhdud Məsuliyyətli Cəmiyyət (MMC) ;
  • Səhmdar Cəmiyyət (açıq yaxud qapalı);
  • nümayəndəlik yaxud filial;
  • fərdi sahibkarlıq (hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti).

Xarici vətəndaşların təşkilatı-hüquqi forma  seçimi konkret məqsədlərdən asılıdr. Məsələn:

  • risksiz biznes qurmaq istəyən xarici vətəndaşa MMC daha uyğundur;
  • Azərbaycanda birbaşa fəaliyyət göstərmək istəyən xarici şirkət öz filialını yarada bilər;
  • bazarı araşdırmaq üçün nümayəndəlik əla seçimdir;
  • söhbət böyük kapital qoyuluşundan və fond bazarında fəaliyyətdən getdikdə ASC/QSC təsisçisi olmaq olar;
  • xüsusi, kiçik və qısa müddətli fəaliyyətlər üçün fərdi sahibkarlıq daha uyğundur.

Sahibkarlıq fəaliyyətinə başlamaq istəyən şəxslər bu təşkilati-hüquqi formadan birini seçib, müvafiq qaydada Dövlət Vergi Xidməti orqanında dövlət qeydiyyatdan keçirməklə öz bizneslərini qura bilərlər.

Əcnəbi investorlar daha çox hansı təşkilati-hüquqi formaya üstünlük verirlər?

Təcrübə göstərir ki, yerli və əcnəbi investorlar daha çox MMC-ni (Məhdud Məsuliyyətli Cəmiyyət) seçirlər, çünki:

  • Hüquqi təhlükəsizlik yüksəkdir: minimum nizamnamə kapitalına tələb demək olar ki, yoxdur, şəxsi əmlak qorunur, risk yalnız nizamnamə kapitalı ilə məhdudlaşır. Bu onu daha çox cəlbedici edir – xaricilər riskdən yayınmağa üstünlük verirlər,
  • Vergitutma sistemində güzəştlərin mövcudluğu: investisiyaların təşviqi və əlverişli biznes mühitinin formalaşdırılması məqsədilə sənaye və texnologiyalar parklarının ərazisində yeni müəssisə qurmaq istəyənlər üçün Azərbaycanda geniş vergi güzəştləri tətbiq edilir;
  • İş icazəsi və miqrasiya məsələləri daha aydındır: MMC təsisçisi və direktoru olan əcnəbilər üçün iş icazəsi almaq daha realdır;
  • 2 gündən gec olmayan onlayn (elektron) qeydiyyat, bu zaman rüsumun olmaması. Digər üsullarla MMC qeydiyyatı zamanı rüsum 15 manatdır.

Azərbaycanda şirkət açmaq istəyən şəxslər xərclər və rüsumlar haqqında buradan daha çox məlumat ala bilərlər.

Azərbaycanda şirkət açmaq üçün sənədlərin toplanmasında və büdcə planının hazırlanmasında kömək edə bilərik!

Elektron qeydiyyat üçün nə tələb olunur?

Tələb olunanlar elə də çox deyil, İnternetə çıxışı olan kompüter və gücləndirilmiş elektron imza (məsələn, “Asan İmza”) kifayətdir. Elektron qeydiyyat DVX-nin “e-taxes.gov.az” platforması üzərindən aparılır. Gücləndirilmiş elektron imza əldə etmiş əcnəbi:

  • bu platformada elektron kabinet yaradır;
  • sənədləri yükləyir və imzalayır.

Qeydiyyatı aparan vergi orqanı MMC-nin qeydiyyatını təsdiq edir, müvafiq sənədləri və Vergi Ödəyicisinin Eyniləşdirmə Nömrəsini (VĞEN) onun elektron kabinetinə göndərir. Bu MMC-nin rəsmi dövlət qeydiyyatı, həm də vergi uçotu uçotuna durması sayılır.

Xarici vətəndaşlar şirkət açmaq üçün hansı sənədləri təqdim etməlidirlər?

Sənədlər yerli vətəndaşların MMC qeydiyyatı ilə oxşardır, amma bəzi sənədlərin konsul leqallaşması və notarial təsdiq tələb oluna bilər. Aşağıdakılar tələb olunan əsas sənədlərdir:

  • qeydiyyat üçün ərizə;
  • təsis sənədi (nizamnamə);
  • təsisçinin şəxsiyyət vəsiqəsinin notarial təsdiq olunmuş tərcməsi;
  • hüquqi ünvan məlumatları;
  • dövlət rüsumunun ödənişini təsdiq edən sənəd.

Əgər təssiçilərdən biri xarici hüquqi şəxsdirsə:

  • təsisçinin hüquqi statusunu təsdiq edən sənədlər (apostol və tərcümə olunmuş);
  • mövcud qərar və təyinatlar (direktorun təyinatı və sair)

Əcnəbi işçilərlə əmək müaviləsi bağlamaq üçün iş icazələrinin də alınması lazımdır.

Azərbaycanda şirkət qeydiyyatını operativ və daha az xərclər tamamlamaq istəyirsinzisə bizə müraciət edin!

Şirkət qeydiyyata alındı, bəs sonra?

Uğurlu qeydiyyatdan sonra:

  • maliyyə əməliyyatları və nağdsız ödənişlər üçün bank hesabı açın;
  • lazım gələrsə konkret biznes fəaliyyətinə görə lisenziya və icazə almağı unutmayın;
  • mühasibat uçotunu qurun – respublikamızın qanunvericiliyinə görə bu məcburidir.

Azərbaycanda şirkət açan əcnəbi təsisçi biznesi şəxsən idarə edə və ya rəhbər vəzifəni icra etmək üçün başqa bir şəxsi direktor təyin edə bilər. Onunla əmək müqaviləsi bağlanmalı, əgər bu şəxs əcnəbidirsə, öncə müvafiq miqrasiya sənədləri hazırlanmalıdır.

www.muhasibat.az üçün hazırladı: Cəmil Əsədov