Qlobal biznes mühitinin sürətlə inkişaf etdiyi indiki dövrdə Azərbaycan bazarına daxil olan xarici investorlar, beynəlxalq şirkətlər və ölkədə fəaliyyət göstərən yerli müəssisələr tez-tez əcnəbi mütəxəssislərin işə cəlb olunması zərurəti ilə qarşılaşırlar. Lakin əcnəbi kadrların ölkə ərazisinə daxil olması, olduğu yer üzrə qeydiyyatı, müvəqqəti yaşamaq üçün icazənin və iş icazəsinin alınması sadəcə inzibati prosedur deyil – bu, birbaşa şirkətinizin hüquqi və maliyyə təhlükəsizliyinizin təminatıdır.

Miqrasiya qanunvericiliyindəki ən kiçik diqqətsizlik və ya sənədləşmədə gecikmələr biznesinizə minlərlə manatlıq cərimələrə, qiymətli mütəxəssisinizin ölkədən deportasiyasına və layihələrinizin dayanmasına səbəb ola bilər. Siz biznesinizi böyütməyə fokuslanın – miqrasiya sənədləşməsini isə Accounting.Az MMC-nin müvəqqəti yaşama icazəsi https://accounting.az/category/ish-icazesi/ həvalə edin!

Niyə miqrasiya sənədləşməsini peşəkar konsaltinqə həvalə etməlisiniz?

Bir çox biznes sahibləri miqrasiya sənədlərini daxili HR və ya mühasibatlıq əməkdaşlarına tapşırmağa çalışırlar. Lakin Miqrasiya Məcəlləsinə mümkün dəyişikliklər tez-tez dəyişən tələblər, tibbi müayinə standartları, notarial tərcümə və apostil incəlikləri daxili kadrların əlavə yüklənməsinə səbəb olur.

Miqrasiya sənədlərinin rəsmiləşdirilməsində peşəkar kənar xidmətdən (autsorsinq) istifadə etməyin 4 əsas kommersiya üstünlüyü:

Mühasibat xidmətləri
  • Sıfır risk və cərimələrdən qorunma: İş icazəsi olmadan və ya vaxtı keçmiş yaşayış icazəsi ilə əcnəbi işçi çalışdırmağın inzibati cəriməsi vəzifəli şəxslər üçün 3000 – 4000 manat aralığı, hüquqi şəxslər üçün 15000- 20000 manat aralığı təşkil edir (AR İXM, 578-ci maddə). Peşəkar komanda riskləri sıfırlayır.
  • Zaman və resurs qənaəti: Dövlət Miqrasiya Xidmətinə (DMX) müraciətlər, növbələr, tibbi arayışların toplanması və ərizələrin doldurulması həftələrlə vaxt aparır. Biz bu vaxtı sizə qaytarırıq.
  • 100% hüquqi dəqiqlik: Sənəd paketindəki uyğunsuzluq səbəbindən imtina riskini ortadan qaldırırıq.
  • Biznes proseslərinə inteqrasiya: Miqrasiya sənədinə sadəcə “ölkədə yaşamaq icazəsi” kimi baxmaq yanlışdır. O, işçinin şirkətin vergi, DSMF və rəsmi məşğulluq bazasına giriş icazəsidir – belə icazə olmasa, digərləri də fəaliyyət göstərə bilməz.

Accounting.Az MMC tərəfindən təqdim olunan iş və yaşamaq üşün icazə xidmətləri

Biz fiziki və hüquqi şəxslər üçün müxtəlif istiqamətlərdə tam miqrasiya konsaltinqi paketi təklif edirik:

  1. Müvəqqəti yaşayış icazəsinin alınması və uzadılması

Azərbaycanda leqal yaşamaq istəyən əcnəbilər üçün müvvəqqəti yaşamaq üçün icazə vəsiqəsinin rəsmiləşdirilməsi:

  • ölkə iqtisadiyyatına qoyduğu investisiyalar, bank əmanətləri, qiymətli kağızlar üzrə;
  • əmək fəaliyyəti üçün (iş icazəsi əsasında);
  • ailə üzvlərinin birləşməsi məqsədi ilə (həyat yoldaşı, övladlar və ya valideynlər üzrə);
  • təhsil, daşınmaz əmlak sahibi olma və digər hüquqi əsaslar üzrə.
  1. İş icazəsinin alınması

Əcnəbi mütəxəssislərin Azərbaycan ərazisində haqqı ödənilən əmək fəaliyyətinə cəlb edilməsi üçün tələb olunan rəsmi sənədin alınması:

  • vakansiyaların əsaslandırması üçün sənədlərin hazırlanması;
  • ixtisas və təhsil sənədlərinin (diplomların) apostil/leqallaşdırma təhlili;
  • dmx elektron portalı üzərindən müraciətin verilməsi və prosesin sonadək izlənilməsi;
  • iş icazələrinin müddətinin vaxtında uzadılması.
  1. Əcnəbilərin olduğu yer üzrə qeydiyyatı

Azərbaycana daxil olan və 15 gündən artıq ölkədə qalacaq hər bir əcnəbinin vaxtında (15 gün ərzində) DMX-də elektron və ya fiziki qeydiyyata alınması xidməti.

  1. Şirkətdaxili kadr və HR sənədləşməsinin inteqrasiyası

İş icazəsi alındıqdan sonra əcnəbi işçi ilə əmək müqaviləsinin bağlanması, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) altsisteminə bildirişin daxil edilməsi, Vergi Məcəlləsinin və Əmək Məcəlləsinin tələblərinə uyğunlaşdırılması.

İş icazəsi almaq üçün lazım olan sənədlər

İş icazəsi almaq üçün işəgötürən aşağıdakı sənədləri təqdim etməlidir:

  • ərizə-anket;
  • əcnəbinin və vətəndaşlığı olmayan şəxsin pasportunun və ya digər sərhədkeçmə sənədinin surəti;
  • əcnəbinin və vətəndaşlığı olmayan şəxsin nəzərdə tutulan işi yerinə yetirmək üçün tələb edilən ixtisasa malik olduğunu təsdiq edən sənədin notariat qaydasında təsdiq olunmuş surəti;
  • nəzərdə tutulan iş yeri üçün əcnəbinin və vətəndaşlığı olmayan şəxsin cəlb edilməsi zəruriliyini əsaslandıran arayış;
  • işəgötürən hüquqi şəxs olduqda – hüquqi şəxsin nizamnaməsinin və dövlət qeydiyyatı haqqında şəhadətnaməsinin notariat qaydasında təsdiq edilmiş surətləri;
  • işəgötürən fiziki şəxs olduqda – fiziki şəxsin şəxsiyyətini təsdiq edən sənədin və fiziki şəxsə verilmiş vergi ödəyicisinin uçota alınması haqqında şəhadətnamənin notariat qaydasında təsdiq edilmiş surətləri;
  • əcnəbinin və vətəndaşlığı olmayan şəxsin Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq edilmiş yoluxucu xəstəliklərin (insanın immunçatışmazlığı virusu infeksiyası, hepatit B və C virusları) daşıyıcısı olmaması haqqında tibbi arayış.

İş icazəsi və müvəqqəti yaşamaq üçün icazə alınması prosesi necə işləyir?  

Bizim iş prosesimiz müştərinin vaxtını maksimum qorumaq prinsipinə əsaslanır:

  • Addım 1: İlkin konsultasiya və analiz

Şəxsin/şirkətin statusu qiymətləndirilir, yaşayış yaxud iş icazəsi üçün optimal əsas seçilir;

  • Addım 2: Sənədlərin toplanması və tərcüməsi

Pasport, diplom, arayışlar notarial tərcümə edilir və təsdiq olunur, tibbi müayinə təşkil edilir.

  • Addım 3: DMX-yə müraciət və izləmə

Müraciət paketi Dövlət Miqrasiya Xidmətinə təqdim olunur və 15-20 iş günü izlənilir.

  • Addım 4: Vəsiqənin təhvil alınması və uçot

Hazır müvəqqəti yaşayış üçün icazə və ya iş icazəsi vəsiqəsi təhvil verilir, kadr və mühasibat uçotuna inteqrasiya edilir.

İş icazələri üzrə dövlət rüsumları

İş icazəsinin verilimə müddətindən asılı olaraq ödənilməli olan dövlət rüsumları aşağıdakı kimidir:

Verilmə müddəti Verilmə (müddətin uzadılması)
On iş günü ərzində (manat) On beş iş günü ərzində (manat) İyirmi iş günü ərzində (manat)
3 ayadək 700 500 350
6 ayadək 900 700 600
1 ilədək 1400 1200 1000

Bizim mütəxəssislər rüsum ödənişlərini və dövlət rüsumu güzəştlərini dəqiq hesablayaraq lazımsız maliyyə itkilərinin qarşısını alır.

Tez-tez verilən suallar (FAQ)

  1. Əcnəbi işçinin iş icazəsi neçə günə hazır olur?

Dövlət Miqrasiya Xidməti rəsmi müraciətlərə adətən 15-20 iş günü ərzində baxır. Sadələşdirilmiş və ya təcili sənədləşmə ehtiyacı olduqda peşəkar hüquqi dəstək prosesi sürətləndirə bilər.

  1. Hansı hallarda əcnəbi işçi üçün iş icazəsi tələb olunmur?

AR daimi yaşayış icazəsi olanlar, xarici hüquqi şəxslərin filial/nümayəndəlik rəhbərləri və onların müavinləri, müəyyən investisiya həcmini keçən sahibkarlar və bəzi xüsusi statuslu şəxslər üçün iş icazəsi tələb olunmur.

  1. Müvəqqəti yaşamaq üçün icazəsi verilməsinə imtina olunarsa neyləməli?

Sənədlərin səhv təqdim olunması və ya qanunvericilik tələblərinə uyğun gəlməməsi imtinaya səbəb ola bilər. Accounting.Az MMC mütəxəssisləri imtina səbəblərini təhlil edərək yenidən müraciəti qanuni müddətdə bərpa edirlər.

Niyə məhz Accounting.Az MMC?

Bazarımızda miqrasiya xidməti təklif edən çoxlu agentlik olsa da, Accounting.Az MMC sizi beynəlxalq keyfiyyət standartı ilə təmin edir.

PrimeGlobal-a üzvlük: Şirkətimiz dünya üzrə ilk 3-lükdə yer alan beynəlxalq “PrimeGlobal” Məsləhətçi və Mühasibat Firmaları Assosiasiyasının Azərbaycandakı ilk və yeganə üzvüdür. Bu, hər bir müştərimizə beynəlxalq səviyyəli etibarlılıq zəmanəti verir.

Kompleks B2B xidmət: Biz təkcə miqrasiya sənədi almırıq – şirkətinizin vergi, kadr, HR, audit xidmətləri və mühasibatlıq sistemini miqrasiya qanunları ilə tam uzlaşdırırıq.

100% şəffaflıq və qənaət: Gizli ödənişlər yoxdur. Qiymət siyasətimiz biznesinizin miqyasında qənaət etməyiniz üçün hesablanıb.

Biznesinizi hüquqi risklərə atmayın – İndi müraciət edin!

Əcnəbi mütəxəssislərinizin yaşayış və iş icazəsi prosedurlarını ləngitməyin. Bizim miqrasiya ekspertlərimizlə əlaqə saxlayın, sənədlərinizi peşəkarlara həvalə edərək vaxtınıza və büdcənizə qənaət edin!

Xidmətlərimiz haqqında ətraflı məlumat almaq və birbaşa sifariş vermək bizimlə dərhal əlaqə saxlayın:

Telefon: +994 12 310 09 29 / +994 12 598 37 98

Mobil / WhatsApp: +994 50 225 82 05 / +994 50 225 81 05

E-poçt: /