Azərbaycanın valyuta ehtiyatları artır

posted in: Xəbər | 0
birbank biznes

valyutaNazirlər Kabinetinin 2018-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrin icrasına həsr olunmuş iclasında Prezident İlham Əliyevin bildirdiyi kimi, Azərbaycanın valyuta ehtiyatları onun iqtisadi və siyasi müstəqilliyini şərtləndirən əsas strateji vasitədir. Yəni hər bir dövlətin valyuta ehtiyatları onun iqtisadi və siyasi müstəqilliyinin bir növ təminatçısıdır.

 Bu ilin birinci yarısına olan vəziyyətə görə, Azərbaycanın valyuta ehtiyatları 44,3 milyard dollar təşkil edib, ilin sonuna qədər bu rəqəmin daha da böyüyəcəyi proqnozlaşdırılır. 2018-ci il iyulun 1-nə Dövlət Neft Fondunun (ARDNF) aktivləri ilin əvvəlinə (35 mlrd. 806,5 mln.  ABŞ dolları) nisbətən 6,22% artaraq 38 mlrd. 36,1 mln. ABŞ dolları təşkil edib ki, aktivlər üzrə bu göstərici Fondun ümumi fəaliyyəti dövrü ərzində ən yüksək hədd hesab olunur. Bu artım ARDNF-nin büdcə gəlirləri, o cümlədən vəsaitlərin idarə olunmasından əldə edilən gəlirlər hesabına baş verib. Sözügedən dövr ərzində Fondun vəsaitinin idarə olunmasından əldə edilən gəlirlər 508,0 mln. manata bərabər olub, büdcə gəlirləri 9 mlrd. 173,7 mln. manat, xərcləri isə 4  mlrd. 731,6 mln. manat təşkil edib. Ümumilikdə isə son on ildə ARDNF-nin aktivləri 24 milyard 588 milyon ABŞ dolları həcmində artıb.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.

Azərbaycan Mərkəzi Bankının sərəncamında olan rəsmi valyuta ehtiyatlarının həcmi isə bu il sentyabrın 1-i vəziyyətinə görə 5 milyard 503,5 milyon dollar olub ki, bu göstərici də ilin əvvəli ilə müqayisədə 168,9 milyon dollar çoxdur.

Hesablamalara görə, Azərbaycanın valyuta ehtiyatları ölkənin ümumi daxili məhsulundan təxminən 12-13% çox olmaqla beş illik idxalı maliyyələşdirməyə imkan verir.

Mənbə: vergiler.az

Həmçinin bax:


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasibat sahəsində ən son iş elanlarını bu linkə daxil olaraq izləyə bilərsiniz.

 

Print Friendly, PDF & Email