“Azərsu” auditor seçir

posted in: Audit, Xəbər | 0
birbank biznes

“Azərsu” ASC beynəlxalq standartların tələblərinə uyğun olaraq hazırlanmış maliyyə hesabatlarının audit olunması xidmətlərinin satınalınması məqsədilə açıq tender elan edir.

Tender iştirakçılarına təklif edilir ki, öz tender təkliflərini möhürlənmiş, imzalanmış şəkildə ikiqat zərflərdə yazılı surətdə təqdim etsinlər.

Müqaviləni yerinə yetirmək üçün tender iştirakçıları lazımi maliyyə və texniki imkanlara malik olmalıdırlar.

Tenderdə iştirak etmək istəyənlər aşağıdakı məbləğdə iştirak haqqını göstərilən hesaba köçürdükdən sonra Azərbaycan dilində tərtib olunmuş əsas şərtlər toplusunu Bakı şəhəri, Moskva prospekti, 67, “Azərsu” ASC-nin Satınalmaların təşkili və idarə olunması departamentindən ala bilərlər.

Tenderdə iştirak haqqı 300 manatdır. İştirak haqqı heç bir halda geri qaytarılmır.

Tender proseduru “Dövlət satınalmaları haqqında” qanuna uyğun keçiriləcək. İddiaçılar tenderdə iştirak etmək üçün yuxarıda göstərilən sənədləri (tender təklifi və bank təminatı istisna olmaqla) 26 yanvar 2018-ci il saat 18:00-a qədər, tender təklifi və bank təminatını isə möhürlənmiş ikiqat zərflərdə 5 fevral 2018-ci il saat 16:00-a qədər Bakı şəhəri, Moskva prospekti, 67, “Azərsu” ASC-nin Satınalmaların təşkili və idarə olunması departamentinə təqdim etməlidirlər.

Göstərilən vaxtdan gec təqdim olunmuş zərflər açılmadan geri qaytarılacaq. İddiaçıların təklifləri 6 fevral 2018-ci il saat 16:00-da yuxarıda göstərilən ünvanda açılacaq. İddiaçıların səlahiyyətli nümayəndələri iştirak edə bilərlər.

Mənbə: www.apa.az

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Print Friendly, PDF & Email