“Xaricdə yaşayan aztəminatlı azərbaycanlılara sosial yardımın göstərilməsi Qaydası” təsdiq edilib

posted in: Xəbər | 0
birbank biznes

gömrük güzəştlərinin səmərəliliyinin qiymətləndirilməsi, aqrar sığorta, xüsusi karantin rejimi, Sığortaolunanların fərdi uçotu, Sığortaolunanların fərdi uçotunun aparılması, uyğunluq nişanı, Uyğunluq sertifikatı, Uyğunluq sertifikatının forması, kassa əməliyyatları, Nağd pul vəsaitinin uçotu, Əmək qabiliyyəti, müavinət, Xüsusi karantin rejimi, icbari tibbi sığorta, Dövlət büdcəsi, gömrül rüsumları, gömrük rüsumlarının dərəcələri, Vahid büdcə təsnifatı , Ölkəyə mal gətirilməsi, işçilərin sayı ilə bağlı məhdudiyyət, Karantin rejimi yumşaldılır, Xüsusi karantin rejiminin sərtləşdirilməsi, Sərtləşdirilmiş xüsusi karantin rejimi, Riskli vergi, karantin rejimi yenidən uzadıldı, Sərt karantin rejimi, e-qaimə fakturanın Vahid Forması, E-qaimə faktura, dövlət dəstəyi, Elektron alış aktı, ictimai iaşə, müştəri qəbulu, Xüsusi karantin rejimi, karantin rejimi, 190 manatlıq birdəfəlik ödəmə, Xidməti vəsiqə, işləməyəcək yerlər, Təşkilatlarda çalışanlar, həftəsonu qadağası, həftə sonu qadağası, Vahid büdcə təsnifatı, Kənd təsərrüfatı, təlim, dərslər dayandırıldı, karantin dövrü artırılır, sahibkarlıq subyektləri, Özünüməşğulluğun təşkili, Müavinətlər, karantin rejiminin müddəti uzadıldı, vergi ödəyiciləri, Müvəqqəti vergi rejimi, idxal, digər rayonlara getmək, ƏDV-dən azad, , əmək haqqı, Karantin qaydaları, xüsusi karantin rejimi, sərəncam,işçi qrupların tərkibi, iş yerlərinin standartları, məzuniyyət, tibb müəssisəsinə təhkimolunma, sahibkarlara dəstək, Vergidən azadolunma məqsədləri, Novruz bayramı, İdxal gömrük rüsumları, Koronavirus, təlim-tədris dayandırıldı, gömrük rüsumları, Nazirlər Kabineti, aksiz dərəcələri, məhsul, gömrük güzəştlərinin tətbiqi, vergi, Gömrük rüsumları ,vəsait, nağdsız, qiymətləndirilmə, KOB indeksi, Turizm Reyestri, Publik hüquqi şəxs, Dövlət qulluğuna qəbul, Dövlət qulluğuna qəbul, İcbari tibbi sığorta, yanacaq ehtiyatı, , Vahid büdcə təsnifatı, İcbari tibbi sığorta, hüquqi şəxs, Hüquqi şəxslərin dövlət reyestri, gömrük rüsumu, kvalifikasiya standartının hazırlanması, Peşə, idxal, ixrac,məzuniyyət hesablanması, gömrük rüsumları, idxal, ixrac,İş və istirahət günləri, dövlət reyestrinin aparılması hüquqiNazirlər Kabineti “Xaricdə yaşayan aztəminatlı azərbaycanlılara sosial yardımın göstərilməsi Qaydası”nı təsdiq edib. Nazirlər Kabinetinin mətbuat xidmətindən bildirilib ki, qaydada xaricdə yaşayan aztəminatlı azərbaycanlılar üçün sosial yardım göstərilməsi nəzərdə tutulur.

2021-ci il yanvarın 1-dən qüvvəyə minəcək Qərara əsasən, xarici ölkədə 182 gündən çox müddətdə yaşayan, orta aylıq gəliri yaşadığı ölkənin orta aylıq əməkhaqqından az olan aztəminatlı azərbaycanlılar aşağıdakı hallarda birdəfəlik pul yardımı ala biləcəklər:

– qəyyumluğunda (himayəsində) hər iki valideyni vəfat etmiş 18 yaşınadək olan azərbaycanlı şəxslər olduqda.

– fövqəladə hallar, müharibə və hərbi əməliyyatlar zamanı zərər çəkdikdə və yaşadığı ölkədə dəymiş zərərin ödənilməsi ilə bağlı sığorta və digər vasitələrdən zəruri yardım almadıqda.

– vəfat etmiş yaxın qohumunun cənazəsinin Azərbaycan Respublikasına gətirilməsi zərurəti yarandıqda.

Sosial yardım almaq üçün müraciət “Elektron hökumət” portalından və ya Azərbaycan Diasporuna Dəstək Fondunun rəsmi internet səhifəsindən istifadə etməklə elektron formada həyata keçiriləcək.

Müraciətə sosial yardım almaq üçün əsas yaradan hallar və müraciət edən şəxs barədə təsdiqedici sənədlərin və yaşayış yeri üzrə qeydiyyatı təsdiq edən sənədin əlavə edilməsi zəruridir.

Tərtib edilmiş sənədlərin həqiqiliyi apostil və ya leqallaşdırma qaydasında təsdiq edilməlidir. Sənədlər xarici dildə tərtib edildikdə, onların Azərbaycan dilinə tərcüməsi də əlavə olunmalıdır.

Müraciət dərhal qeydiyyata alınacaq və 1 iş günü müddətində müraciət edən şəxsin elektron poçt ünvanına və mobil telefonuna bu barədə məlumat göndəriləcək.

Qəyyumluğunda (himayəsində) hər iki valideyni vəfat etmiş 18 yaşınadək olan azərbaycanlı şəxslər olan aztəminatlı azərbaycanlının 25 iş günü;

fövqəladə hallar, müharibə və hərbi əməliyyatlar zamanı zərər çəkdikdə və yaşadığı ölkədə dəymiş zərərin ödənilməsi ilə bağlı sığorta və digər vasitələrdən zəruri yardım almayan aztəminatlı azərbaycanlının 5 iş günü;

vəfat etmiş yaxın qohumunun cənazəsinin Azərbaycan Respublikasına gətirilməsi zərurəti yaranan aztəminatlı azərbaycanlının 3 iş günü müddətində qərar qəbul ediləcək və qərar qəbul edildiyi gün bu barədə məlumat müraciət edən şəxsin əlaqə vasitələrinə göndərilir.

Sosial yardımın təyin olunması barədə qərar qəbul edildiyi gündən 3 iş günü müddətində sosial yardımın ödənilməsi həyata keçirilir.

Sosial yardımın yuxarı həddi 3000 (üç min) manat müəyyən edilib.

Mənbə: azertag.az


TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Print Friendly, PDF & Email