Bakı Baş Gömrük İdarəsində görüş keçirilib

posted in: Xəbər | 0
birbank biznes

Yanvarın 25-də Bakı Baş Gömrük İdarəsində idxal-ixrac əməliyyatları zamanı gömrük və vergi orqanları ilə münasibətdə şəffaf uçot sisteminin qurulması mövzusunda daşıyıcı şirkətlərin nümayəndələri ilə görüş keçirilib.

Dövlət Gömrük Komitəsinin ictimaiyyətlə əlaqələr idarəsindən AZƏRTAC-a bildirilib ki, görüşdə Prezident İlham Əliyevin “Ölkədə idxal-ixrac əməliyyatlarına nəzarət sisteminin təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında” 2018-ci il 20 aprel tarixli Sərəncamından irəli gələn məsələlərin hazırkı icra vəziyyəti və bununla əlaqədar tətbiq olunacaq yeniliklər müzakirə edilib.

Eyni zamanda, tədbirin müzakirə mövzusu gömrük əməliyyatlarından sonra vergi uçotunun düzgün aparılması, şəffaflaşdırılması və mal dövriyyəsinin sənədləşdirilməsi, dövriyyələrin leqallaşması, gömrük orqanlarına elektron formada qısa idxal bəyannaməsinin təqdim edilməsi ilə bağlı məsələlər olub.


Telegram qrupumuza üzv olun

Komitə sədrinin birinci müavini, gömrük xidməti general-mayoru İsmayıl Hüseynov bildirib ki, dövlət başçısının rəhbərliyi ilə həyata keçirilən iqtisadi siyasətin prioritet istiqaməti kimi ölkədə əlverişli biznes və investisiya mühiti yaradılıb. Gömrük sistemində aparılan islahatlar, gömrük-biznes əməkdaşlığının inkişafı, məmur-vətəndaş təmasının minimuma endirilməsi, idxal-ixrac əməliyyatlarının qısa vaxt ərzində maneəsiz və sürətli şəkildə həyata keçirilməsi, şəffaflığın təmin olunması istiqamətində görülən işlər artıq bəhrəsini verir.

İ.Hüseynov, həmçinin “Ölkədə idxal-ixrac əməliyyatlarına nəzarət sisteminin təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 20 aprel tarixli Sərəncamından irəli gələn məsələlərin həlli, idxal-ixrac əməliyyatları zamanı vergi uçotunun dəqiq aparılması məqsədilə gömrük və vergi orqanları arasında qurulan səmərəli əməkdaşlıqdan, bu sahədə şəffaflığın təmin edilməsində sahibkarların müstəsna rolundan danışıb və daşıyıcı şirkətlərin nümayəndələrinə qanunvericiliyin tələblərinə uyğun şəkildə fəaliyyət göstərməyi tövsiyə edib.

Vergilər nazirinin müşaviri Abdulla Tağıyev idxal-ixrac əməliyyatları zamanı vergi uçotunun dəqiq və qanunvericiliyə uyğun şəkildə aparılması məqsədilə gömrük və vergi orqanları arasında səmərəli əlaqələrin qurulması istiqamətində görülən işlərdən, bu sahədə şəffaflığın təmin edilməsində sahibkarların rolundan bəhs edib. O, sahibkarlıq subyektlərinə dövlət tərəfindən münbit şərait yaradıldığını, vergi orqanlarının da bu istiqamətdə təxirəsalınmaz tədbirlər həyata keçirdiyini diqqətə çatdırıb.

Sonra daşıyıcı şirkətlərin nümayəndələrinin sualları cavablandırılıb və görüş qarşılıqlı diskussiya şəraitində davam edib.

Mənbə: azertag.az


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Print Friendly, PDF & Email