fbpx

Əmək qanunvericiliyinin pozulmasına görə Bakıda şirkət 20.000 manat cərimə edilib

posted in: Xəbər | 0

Dövlət Əmək Müfəttişliyi Xidməti əmək qanunvericiliyinin pozulmasına görə “Ailə Park” MMC barədə inzibati protokol tərtib edib. (cərimə)

Nərimanov Rayon Məhkəməsi bu protokola əsasən, şirkəti İnzibati Xətalar Məcəlləsinin 192.1-ci (Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsinə görə) təqsirli bilərək 20 min manat cərimə edilməsi barədə qərar çıxarıb.

Qərardan narazı qalan şirkət apellyasiya şikayəti verib. Şikayətə Bakı Apellyasiya Məhkəməsində baxılıb və təmin edilməyib.

Qeyd edək ki, “Ailə Park” Bakıda hündürmərtəbəli binaların tikintisini həyata keçirən şirkətdir.

Mənbə: report.az



Print Friendly, PDF & Email

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!