Banklarda hesab açılması üçün şəhadətnamə-dublikatın verilməsi

posted in: Xəbər | 0
birbank biznes

Banklarda hesab açılmasıBu elektron xidmət vergi ödəyicilərinin Vergilər Nazirliyinin İnternet Vergi İdarəsi Portalı vasitəsilə və ya «195-1» Çağrı Mərkəzinə müraciəti əsasında ərizənin elektron qaydada göndərilməsini və həmin ərizə əsasında şəhadətnamə-dublikatın verilməsini əhatə edir.

İcra müddəti

Şəhadətnamə-dublikat – müvafiq ərizə elektron qaydada vergi orqanına göndərildikdən sonra iki gündən gec olmayaraq verilir və elektron qaydada vergi ödəyicisinin ərizəsində qeyd edilmiş müvafiq bankın informasiya sisteminə göndərilir.

Elektron xidmətin istifadəçiləri

Elektron xidmətdən İnternet Vergi İdarəsi Portalı vasitəsilə həyata keçirildikdə Vergi Məcəlləsi ilə müəyyən edilmiş qaydada vergi ödəyicisinin eyniləşdirmə nömrəsini (VÖEN) almış və vergi ödəyicisi ilə vergi orqanı arasında «Elektron sənəd mübadiləsi haqqında» müqavilə əsasında istifadəçi kodu, parol, şifrə və ya «Elektron imza və elektron sənəd haqqında» Qanunun müddəalarına əsasən gücləndirilmiş elektron imza əldə etmiş şəxslər istifadə edilə bilər.

Elektron xidmət Vergilər Nazirliyinin Çağrı Mərkəzi vasitəsilə həyata keçirildikdə, bu xidmətdən Vergi Məcəlləsi ilə müəyyən edilmiş qaydada VÖEN almış və «Elektron imza və elektron sənəd haqqında» Qanunun müddəalarına əsasən Vergilər Nazirliyinin Asan Sertifikat Xidmətləri Mərkəzi tərəfindən verilmiş gücləndirilmiş elektron imza olan «ASAN imza» əldə etmiş şəxslər yararlana bilərlər.

Həmçinin bax: Fərdi sahibkarlıq fəaliyyətinə başlamaq istəyənlərə məsləhət

Təqdimolunma preseduru:

 Elektron xidmət İnternet Vergi İdarəsi Portalı vasitəsilə həyata keçirildikdə ondan:

1. https://www.e-taxes.gov.az;

2. http://www.e-gov.az;

3. http://www.taxes.gov.az;

4. http://www.dxr.az.

internet ünvanları vasitəsilə istifadə oluna bilər.

Elektron xidmətdən Vergilər Nazirliyinin Çağrı Mərkəzinin nömrəsini (195-1) yığmaqla faydalanmaq mümkündür.

İnzibati prosedurlar

Bu xidmətin göstərilməsi üçün hər hansı sənəd tələb olunmur, sadəcə sorğu formalaşdırılır.

Elektron xidmət İnternet Vergi İdarəsi Portalı vasitəsilə həyata keçirildikdə istifadəçi qeyd edilən internet səhifələrində Vergilər Nazirliyi tərəfindən göstərilən elektron xidmətlərin siyahısından «Banklarda hesabların açılması üçün şəhadətnamə-dublikatın verilməsi» xidmət növünü seçir, sonra Vergilər Nazirliyi tərəfindən verilmiş istifadəçi kodu, parol, şifrə və ya gücləndirilmiş elektron imza vasitəsilə İnternet Vergi İdarəsi Portalının «Onlayn kargüzarlıq və E-VHF» bölməsinə daxil olur.

Elektron xidmət Vergilər Nazirliyinin Çağrı Mərkəzi vasitəsilə həyata keçirildikdə istifadəçi «195-1» nömrəsinə zəng edir.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.

Sorğunun yerinə yetirilməsi

Elektron xidmət İnternet Vergi İdarəsi Portalı vasitəsilə həyata keçirildikdə şəhadətnamə-dublikatın alınması üçün elektron ərizənin doldurularaq təqdim edilməsi istifadəçinin əməliyyatları aparması tezliyindən asılı olaraq yerinə yetirilir. Şəhadətnamə-dublikat isə müvafiq ərizə elektron qaydada vergi orqanına göndərildikdən sonra 2 gündən gec olmayaraq verilir.

Elektron xidmət Vergilər Nazirliyinin Çağrı Mərkəzi vasitəsilə həyata keçirildikdə şəhadətnamə-dublikatın alınması üçün elektron ərizə üzrə tələb olunan məlumatların istifadəçi tərəfindən təqdim edilməsi, Çağrı Mərkəzinin təmsilçisi tərəfindən həmin məlumatların sistemə daxil olunması, məlumatların düzgünlüyünün müraciət etmiş şəxs tərəfindən təsdiq edilməsi tezliyindən asılı olaraq yerinə yetirilir. Şəhadətnamə-dublikat isə müvafiq ərizə elektron qaydada vergi orqanına göndərildikdən sonra 2 gündən gec olmayaraq verilir.

Vergi ödəyicisinin «Şəhadətnamə-dublikatın alınması üçün ərizə»si qəbul olunur və ərizənin əsasında bankda hesabın açılması üçün şəhadətnamə-dublikat verilir. Şəhadətnamə-dublikat elektron qaydada vergi ödəyicisinin ərizəsində qeyd edilmiş müvafiq bankın informasiya sisteminə göndərilir.

Elektron xidmətin göstərilməsi zamanı aparılan proseslərə Vergilər Nazirliyinin proqram təminatı vasitəsilə online qaydada nəzarət edilir.

Mənbə: vergiler.az


Whatsapp qrupumuza daxil olmaqla sizin üçün qaranlıq qalan suallarınıza təcili cavab ala bilərsiniz
Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
Print Friendly, PDF & Email