Müəssisənin daxilində işçinin vəzifəsinin dəyişdirilməsi müxtəlif səbəblərdən baş verə bilər. Məqalə keçirilmənin formaları, işçinin başqa işə keçirmə ərizəsi, onun hazırlanması barədədir.
Başqa işə keçirmə
Əmək Məcəlləsində (maddə 59) başqa işə keçirmə işçinin əmək funksiyasında dəyişiklik nəzərdə tutulur. Bu yalnız:
- işçinin razılığı əsasında;
- əmək müqaviləsinə əlavə və dəyişikliklər edilməklə;
- yeni əmək müqaviləsi bağlanmaqla həyata keçirilə bilər.
Başqa işə keçirilmə şərti olaraq müvəqqəti və ya daimi, işçinin razılığı tələb edilən və ya edilməyən, işçinin və ya işəgötürənin təşəbbüsü ilə baş tutun vəzifə dəyişiklikləri kimi qruplaşdıra bilərik.
Daimi başqa işə keçirmə işçinin əmək funksiyasında müddətsiz edilən dəyişikliklərdi. Bu zaman işçi:
- eyni işəgötürəndə başqa vəzifəyə keçir (məsələn, satış meneceri satış şöbəsinin müdiri təyin olunur, yaxud alət sexinin mexaniki montaj sexində mexanik vəzifəsinə keçir);
- işəgötürənlə birgə müəssisənin yerləşdiyi yaşayış məntəqəsinin inzibati hüdudlarından kənarda başqa əraziyə köçür (işçi qabaqcadan xəbərdar edilməlidir);
- digər müəssisəyə keçərək iş yerini dəyişir.
Müvəqqəti başqa işə keçirilmə:
- tərəflərin yazılı razılığı;
- işçinin razılığı;
- işçinin razılığı olmadan həyata keçə bilər.
Razılıq ərizəsi
Aşağıdakı hallarda işçidən başqa işə keçirilmə ərizəsi tələb olunur:
- eyni müəssisə daxilində başqa vəzifəyə keçdikdə;
- başqa müəssisəyə yeni işə keçdikdə;
- tərəflərin razılığı ilə və ya işçinin razılığı ilə müvəqqəti kadr dəyişiklikləri zamanı.
İşçinin razılıq ərizəsi olmadan istehsalat zərurəti və boşdayanma hallarının qarşısını almaq məqsədi ilə bir ay müddətinə, müvəqqəti olaraq başqa işə keçirilə bilər (ƏM, maddə 60). Bu zaman işçinin səhhətinə təsir edən mənfi amillər, habelə ixtisas uyğunluğu nəzərə alınmalıdır (aşağı ixtisaslı işə keçirilə bilməz).
Kadr uçotu prosesində tələb olunan ərizə formaları
Başqa işə keçmək üçün ərizə forması
Ərizənin vahid forması yoxdur. Sənəd sərbəst formada tərtib edilir. İşçinin başqa işə keçirmə ərizəsinə işəgötürən, işçi və keçirilmə üçün əsas olan səbəb (əgər varsa) göstərilir. O, aşağıdakılar qeyd edilməklə yazılı formada hazırlanır:
- müəssisə rəhbərinin tam adı;
- işçinin vəzifəsi və tam adı;
- növbəti sətrin mərkəzində “Ərizə” yazılır;
- ərizənin məzmunu hissəsində başqa işə keçirilmə xahişi və bu xahişi əsaslandıran səbəb göstərilir.
Səhhətə görə vəzifənin dəyişdirilməsi zərurəti yaranarsa, ərizəyə təsdiqedici sənədlər əlavə edilməlidir (məsələn, tibbi komissiyanın rəyinə əsaslanan tibbi arayış).
Başqa işə keçirmə üçün ərizə formasına nümunəni yüklə
Keçirmə necə rəsmiləşdirilir?
- Başqa işə keçirmə barədə işçi xəbərdar edilir. Xəbərdarlıq işəgötürən tərəfindən müvəqqəti başqa işə keçirilmə zamanı, vəzifənin dəyişdirilmə səbəbləri və son tarixlər göstərilməklə sərbəst formada tərtib edilir. Başqa işə keçirmə işçinin təşəbbüsü ilə olduqda buna ehtiyac yoxdur.
- İşçidən başqa işə keçmək barədə razılıq alınır. Keçirilmə işəgötürənin təşəbbüsü ilə olduqda qanunvericiliyin tələbləri nəzərə alınmaqla ixtiyari formada hazırlanır. İşçinin təşəbbüsü ilə olduqda, işçi ixtiyari formada tərtib edilmiş başqa işə keçirilmə ərizəsini təqdim edir.
- Əmək müqaviləsinə əlavə razılaşma (yaxud yeni əmək müqaviləsinin bağlanması). Başqa işə keçirilmə istənilən halda yalnız tərəflərin razılığı ilə mümkündür, ona görə də yeni razılaşma məcburidir. Bu, əmək müqaviləsində hansı dəyişikliklərin baş verdiyini, düzəlişlərin qüvvəyə minmə tarixini, tərəflərin rekvizit və imzalarını göstərir. Müvəqqəti keçirilmə halında, bunun nə qədər davam edəcəyini göstərilməlidir.
- Başqa işə keçirmə haqqında əmr (sərəncam) hazırlanır. İşçinin hər hansı yerdəyişməsi halında əmr verilir. Onun formasını və doldurulma qaydası ilə buradan tanış olmaq olar. İşçi əmrlə tanış olaraq onu imzalayır.

