Böyük Britaniya koronavirus ilə mübarizə aparmaq üçün varlıların vergilərini artıracaq

posted in: Vergi, Xəbər | 0
birbank biznes

Böyük Britaniyanın Maliyyə Nazirliyi zəngin vətəndaşlar üçün vergiləri artırmaq imkanını ən böyük özəl banklar və aktivlərin idarə olunması şirkətləri ilə müzakirə edir. Bu barədə krallığın bank sektorundan olan bir neçə mənbəyə istinadən Reuters agentliyi məlumat verib.

Bundan əlavə, qurum varlı britaniyalıların kronavirusla bağlı vəziyyətlə bağlı dövlət yardım paketlərinə vəsait ayrılmasına cəlb edilməsi imkanlarını da nəzərdən keçirir.

Agentliyin həmsöhbətlərindən birinin sözlərinə görə, Maliyyə Nazirliyi koronavirus infeksiyasına qarşı mübarizə çərçivəsində dövlət xəzinəsinin tükənmiş ehtiyatlarını bu yolla bərpa etmək niyyətindədir. Əhali dəstəyi tədbirləri və COVİD-19 ilə bağlı xərclər Böyük Britaniyaya 133 milyard funt sterlinqə başa gələcək.

Agentlik tərəfindən sorğuya cəlb edilən iqtisadçılar hesab edirlər ki, hökumət əmanətlərə, kapital artımına görə vergiləri, ƏDV və ya əmlaka görə vergini də artıra bilər.

Bundan əvvəl isə RSA Future Work Center analitik mərkəzi, koronavirus pandemiyası səbəbindən böhran keçirən Böyük Britaniya itisadiyyatını baza gəlirinin tətbiq olunması yolu ilə xilas etməyin mümkün ola biləcəyi qənaətinə gəlmişdi. Mərkəz bundan ötrü il ərzində britaniyalılara heç nədən mütəmadi olaraq 2,5 min funt sterlinq pul paylamağı təklif etmişdi. Mütəxəssislər tədbiri effektiv adlandırmışdılar. Problemli sektorlarda çalışanlara dəstək verə biləcəyinə və böhrandan sonra sürətli bir bərpa olunmanı təmin edəcəyinə əminlik ifadə etmişdirlər.


TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Print Friendly, PDF & Email