Bəzi mal nomenklaturası üzrə idxal gömrük rüsumlarının dərəcələrində dəyişiklik edildi

posted in: Xəbər | 0
birbank biznes

AZƏRBAYCAN RESPUBLİKASININ
NAZİRLƏR KABİNETİ
Q Ə R A R
№ 75
Bakı şəhəri, 2 mart 2018-ci il
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 17
noyabr tarixli 500 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan
Respublikasının xarici iqtisadi fəaliyyətin mal nomenklaturası,
idxal gömrük rüsumlarının dərəcələri və ixrac gömrük
rüsumlarının dərəcələri”ndə dəyişikliklər edilməsi barədə

Azərbaycan Respublikası Konstitusiyasının 119-cu maddəsinin səkkizinci abzasını rəhbər tutaraq, “Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyətinin Azərbaycan Respublikasının Maliyyə Nazirliyi, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi və Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi ilə razılaşdırılmış təklifinə əsasən Azərbaycan Respublikasının Nazirlər Kabineti QƏRARA ALIR:

1.Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 17 noyabr tarixli 500 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017, № 11, maddə 2164) ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının xarici iqtisadi fəaliyyətin mal nomenklaturası, idxal gömrük rüsumlarının dərəcələri və ixrac gömrük rüsumlarının dərəcələri”ndə aşağıdakı dəyişikliklər edilsin:

1.1. 2710 19 210 1 alt yarımmövqeyinə aid sətrin “Tarif dərəcəsi (gömrük dəyərinə görə faizlə və ya ölçü vahidinə görə ABŞ dolları ilə)” sütununda “15 (0 % – 31.01.2018-ci il tarixədək” sözləri “15 (0 % – 01.01.2019-cu il tarixədək)” sözləri ilə əvəz edilsin;

1.2. 2710 19 250 0 alt yarımmövqeyinə aid sətir aşağıdakı redaksiyada verilsin:

2710 19 250 – – – – – – digər:
2710 19 250 1 – – – – – – – KO-20 markalı işıqlandırıcı kerosin və KT- 2 markalı texniki məqsədlər

üçün kerosin

15

(0% -01.01.2019-cu

il tarixədək)

2710 19 250 9 – – – – – – – digərləri 15

 

2. Bu qərar imzalandığı gündən qüvvəyə minir və 2019-cu il 1 yanvar tarixinədək qüvvədədir. Bu qərar dərc olunduğu gündən qüvvəyə minir.

Azərbaycan Respublikasının

Baş naziri                                                Artur Rasi-zadə

Mənbə: www.cabmin.gov.az

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Print Friendly, PDF & Email