Bəzi sahibkarlıq subyektlərinə güzəşt və imtiyazlar veriləcək

posted in: Vergi, Xəbər | 0
birbank biznes

bəyannaməVergilər Məcəlləsinə edilən son dəyişikliklər zamanı iki yeni anlayış əlavə edilib.

Bunu jurnalistlərə Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədr müavini Natiq Həsənov deyib.

N.Həsənovun sözlərinə görə, şirkətlərlə bağlı yeni meyarlar müəyyən olunacaq:

“Yeni əlavə olunan anlayışlar “KOB klaster şirkəti” və “KOB klaster şirkətinin iştirakçısı” anlayışlarıdır. “KOB klaster şirkəti” hansı meyarlara cavab verməlidir, hansı şirkətlər “KOB klaster şirkəti” sayıla bilər? Bununla bağlı qanunvericilikdə meyarlar müəyyən olunacaq. Bu meyarlar təsdiq edildikdən sonra həmin meyarlara cavab verən sahibkarlıq subyektləri bu güzəşt və imtiyazlardan istifadə edə biləcək”.

Mənbə: report.az


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Print Friendly, PDF & Email