Bir çox insan hesab edir ki, biznes ilə məşğul olmaq hər kəsə nəsib olmur. Bəziləri başlanğıc kapitalının olmamasından şikayət edir, bəziləri uduzmaq riski olmayan ideyaları axtarır, digərləri isə əlverişli anı gözləyirlər. Aşağıdakı faktlar sizin bizneslə bağlı düşüncənizi və münasibətinizi dəyişdirə bilər.
- ABŞ-da 26 milyon kiçik müəssisə var
Bu, iri korporasiyaların sayı ilə müqayisədə 1162 dəfə çoxdur. ABŞ-da kiçik biznesdən olan müəssisələrin 70%-i bir nəfərdən ibarətdir. ABŞ-da bütün muzdlu əməkdaşların yarısından çoxu kiçik biznes sahəsində işləyirlər. Bu faktın özü demək olar ki, hər bir insanın öz biznesinə başlaya biləcəyini təsdiq edir. Baxmayaraq ki, son zamanlar – son bir il ərzində yaradılan yeni firmaların sayı, qapadılan firmaların sayından az olmuşdur.
- Yeni Zelandiyada biznesə bir gün ərzində başlamaq mümkündür
Bu ölkədə qanunvericilik müəssisəni bir gün içərisində qeydiyyata keçirməyə imkan verir. Sinqapur qanunlarına görə isə biznesə 3 gün ərzində başlamaq mümkündür. Səudiyyə Ərəbistanı sahibkarlara 5 gün ərzində qeydiyyatdan keçməyə zəmanət verir. Çin və Hindistanda isə biznesin qeydiyyatı bir aydan çox çəkir.
- Milleniallar brendləri öz qohumlarından daha həvəslə dostluğa əlavə edirlər
Millenialların (1980-ci ildən 2000-ci ilə qədər doğulmuş insanların) nəsli, brendləri və şirkətləri sosial şəbəkələrdə dostluğa öz qohumlarına nisbətən üç dəfə daha həvəslə əlavə edirlər. Eyni zamanda, bu nəslin nümayəndələrinin dörddə üçü istifadə etdikləri hansısa əmtəə markası öz mövcudluğunu dayandırarsa, bundan heç narahat olmayacaq.
- ABŞ və Kanadada uşaqlar hər il saqqıza 500 milyon dollardan çox xərc çəkirlər
Şirniyyatlara uşaq xərcləri hətta iqtisadi tənəzzül dövründə də artır. Valideynlər övladlarına cibpulu verməyə meyllidirlər, hətta bundan ötrü özləri üçün nələrdənsə imtina etməli olsalar belə, yenə də buna gedirlər.
Biznes nöqteyi-nəzərindən bu o deməkdir ki, uşaq auditoriyasına istiqamətlənmiş müəssisələr iqtisadi dövriyyəyə daha davamlıdır. Bir çox uşaq malları hətta böyüklər üçün olan mallardan daha bahalı ticarət markası kimi satılır.
- Brendlər il ərzində reklama boşuna 440 milyard dollar xərcləyirlər