Biznes barədə maraqlı faktlar (III hissə)

posted in: Xəbər | 0
birbank biznes

Biznes barədə maraqlı faktlar (III hissə)

I hissəyə nəzər yetirin

  • Satılan hər bir cüt ayaqqabı üçün hansı ayaqqabı şirkəti yoxsul ailələrdən olan uşaqlara daha bir cüt hədiyyə verir?

Amerikalı sahibkar Bleyk Maykoski, Argentinada istirahətdə olarkən, yoxsul ailələrdən olan bir çox uşaqların küçədə ayaqyalın gəzməsi ilə qarşılaşmışdı. Bu fakt ona yeni bir layihə üçün bir ideya vermişdi: növbəti bir xeyriyyə fondu yaratmaq əvəzinə o, “Toms Shoes” ayaqqabı istehsalı üzrə müəssisə təşkil etdi. Ayaqqabıların dizaynı üçün isə o, ənənəvi Latın-Amerikası tipində toxunmuş alparqat sandalını seçmişdi. 2006-cı ildə istehsal başlanandan “Toms” markası qaydalara ciddi şəkildə riayət edir: Satılan hər bir cüt ayaqqabıya görə, şirkət bütün dünya ürə yoxsul ailələrdən olan uşaqlara daha bir cüt ayaqqabı hədiyyə edir. Hələ 2012-ci ildəki vəziyyətə görə, 25 ölkədən olan milyondan çox uşaq hədiyyə kimi Toms ayaqqabıları almışdı.

  • “Apple” şirkəninin neçə qurucusu olub?

Məlumdur ki, Apple şirkətini Stiv Cobs və Stiv Voznyak təsis ediblər. Lakin 10 faiz paya malik Ronald Ueyn adında daha bir təsisçi də olubmuş, amma, o, öz payını Stiv Cobs və Stiv Voznyaka 800 dollara satıbmış.

  • Qardaşların mübahisəsi səbəbindən hansı iki idman ayaqqabıları şirkəti yaranıb?

1924-cü ildə Adolf və Rudolf Dassler qardaşları tez bir zamanda idman ayaqqabıları istehsalında dünya liderlərindən birinə çevrilən bir firmanı yaratmışdılar. Amma İkinci Dünya müharibəsindən sonra onların arasında mübahisə yaranmış və nəticədə şirkət iki yerə bölünmüşdü. Adolf öz şirkətinin adını “Adidas” (Adi Dasslerdən), Rudolf isə – “RuDa” (Rudi Dasslerdən) adlandırmışdı, bir qədər sonra isə o, şirkətinin adını “Puma” olaraq dəyişdirmişdi. Bu şirkətlərin yerləşdiyi alman şəhərciyi bu günə kimi iki yerə bölünüb, sakinləri də bir-birlərini heç sevmirlər.

  • Hansı məşhur kosmetoloq Ryazanda özünün ilk mağazasını açıb?

“Max Factor” – dünyaca məşgur kosmetika şirkətini 1877-ci ildə Polşada anadan olmuş Maksimilian Faktoroviç təsis edib. O vaxt Polşa Rusiya imperiyasının bir hissəsi hesab olunurdu. O, özünün ilk mağazasını Ryazan şəhərində açmışdı, tədricən çar ailəsinin tədarükçüsü statusuna yiyələnmişdi, 1904-cü ildə isə ABŞ-a mühacirət etmişdi.


Print Friendly, PDF & Email