Biznes üçün proqram təminatını işləyib hazırlayan “Megaplan” tərəfindən keçirilən sorğu iştirakçılarının yarıdan çoxu may ayını kiçik və orta biznes üçün ən çətin ay adlandırıblar.
Respondentlərin 61,6 faizi may ayını biznes və iş görmək üçün ən ağır ay hesab ediblər. Onların 26 faizi belə hesab edir, çünki həmin dövrdə sifarişlərin sayının mütəmadi olaraq aşağı düşməsi ilə üzləşirlər. Respondentlərin 18,5 faizi may ayını yanvardan sonra ən çətin ay hesab edirlər, 16,6 faizi isə may ayında müntəzəm olaraq işləmək məcburiyyətində qaldıqlarını qeyd ediblər.
Respondentlərin ümumi sayından 38,9 faizi isə əksinə, may ayını işlərin aparılmasından ötrü ən çətin ay hesab etmirlər. Onların fikrinə görə, həmin dövrdə istirahət etmək və gücü bərpa etmək mümkün olur.