Kənd təsərrüfatında çalışanlarla müqavilələr necə bağlanacaq?

posted in: Xəbər | 0

Əmək müqaviləsinin ləğv edilməsi, əmək müqavilələrinin sayı, işəgötürən. xidməti müqavilə, Əmək müqaviləsinə xitam, emek muqavilesi şirkət İcbari sığorta Əmək müqaviləsi“Əmək Məcəlləsi”nə ediləcək dəyişikliklər kənd təsərrüfatında müddətli mövsümi əmək müqavilələrinin bağlanmasını qadağan etmir. Belə ki, sözügedən məcəllənin 47-ci maddəsinə uyğun alaraq müddətli əmək müqaviləsinin bağlanması mümkündür.

Bu sözləri Milli Məclisin deputatı Vüqar Bayramov deyib.

“Həmin maddəyə əsasən, təbii və iqlim şəraitinə və ya işin xüsusiyyətinə görə ilboyu görülə bilməyən mövsümü işlərin yerinə yetirilməsi zamanı, eləcə də işin həcminin və davamiyyətinin qısamüddətli olduğu təmir-tikinti, quraşdırma, yeni texnologiyanın tətbiqi və mənimsənilməsi, təcrübə-sınaq işlərinin aparılması və bu qəbildən olan digər işlərin görüldüyü hallarda müddətli əmək müqavilələri bağlana bilər. Bu isə o deməkdir ki, kənd təsərrüfatında da mövsümü işlərin yerinə yetirilməsi zamanı bu növ müqavilələrdən istifadə oluna biləcək.

Məcəlləyə əsasən, işçinin şəxsi, ailə-məişət vəziyyəti ilə bağlı olan, o cümlədən işləməklə yanaşı təhsil aldığı, müəyyən səbəbdən müvafiq yaşayış məntəqəsində müvəqqəti yaşadığı, pensiya yaşına çatdıqda işləmək istəyi olduğu hallarda da müddətli əmək müqaviləsi bağlanıla bilər.

Dəyişikliklə qanunvericiliyə əmək münasibətləri ilə bağlı aydın və ölçülə bilən meyarlar daxil edilir. Eyni zamanda, dəyişiklik əmək münasibətlərinin mülki hüquqi müqavilələrlə rəsmilləşdirilməsini yolverilməz hesab etsə də bu hal müddətli əmək müqavilələrin bağlanmasını qadağan etmir”, – deyə deputat qeyd edib.

Qeyd edək ki, dəyişikliklər Milli Məclisinin son plenar iclasında ikinci oxunuşda qəbul olunub.

Mənbə: vergiler.az


Bax:


TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Pulların təşəkkülü (I hissə)

posted in: Xəbər | 0

Müxtəlif nəzəri məktəblər tərəfindən pulun mənşəyi məsələsi, ilk növbədə, mübadilə prosesi ilə əlaqələndirilir.

Pulun mənşəyini öyrənmək ticarətin inkişafı, mübadilə proseslərini, yəni Fridrix Hayekin “insan əməkdaşlığının geniş üsulu” adlandırdığı insan sivilizasiyasının meydana gəlməsini araşdırmaqdır.

Mübadilənin ən primitiv forması bir əmtəənin digər əmtəəyə birbaşa mübadiləsini təmsil edən barterdir. Məsələn, bir maldar sahibi olduğu inəyi, torpaq sahibinin 600 kq taxılına dəyişdirir. Lakin barter əməliyyatları yalnız məhdud mübadilə edilmiş mal dəsti ilə həyata keçirilə bilər. Barter mübadiləsində iştirak edənlərin sayı da məhduddur. Bazara getdikcə daha çox yeni iştirakçı daxil olduqda, mübadilə ciddi çətinliklərlə qarşılaşır. Məsələn, kartofunuzu bir taxta çəlləyə dəyişdirmək istəyirsiniz, amma çəllək sahibinin kartofunuza ehtiyacı yoxdur. İstədiyiniz taxta çəlləyə sahib olmazdan əvvəl bir çox aralıq sövdələşmələri həyata keçirməlisiniz.

Karl Menqerin qeyd etdiyi kimi, əgər hər şeyin təbiətində müstəqil və heç bir razılaşma və ya məcburiyyət olmadan, bu çətinliyin həllinə gətirib çıxaran vəsait olmadan həmin problem qarşısıalınmaz görünə bilərdi. Fakt budur ki, mübadilə prosesi inkişaf etdikcə maksimum satış qabiliyyətinə və ya müasir dillə desək, maksimum likvidliyə malik olan müəyyən bir mal ayrılır. Likvid məhsul – bu, asanlıqla satılan bir məhsuldur. Bəs bir məhsulun satış qabiliyyətini və ya likvidliyini nə müəyyənləşdirir?

Birincisi, bu qabiliyyət öz mallarını sata biləcək şəxslərin sayı ilə məhdudlaşır. Öz malını ona ehtiyacı olmayan şəxslərə satmaq olmaz; o şəxslər ki, fiziki və hüquqi əsaslara görə onların alınmasından kənar ediliblər; hansı ki, mübadilə imkanından xəbərsizdirlər (qeyri-populyar mallar məhdud satış qabiliyyətinə malikdirlər), həmçinin bəzi məhdudiyyətlərə görə.

İkincisi, malların satış qabiliyyəti satış tapa biləcəyi sahə ilə məhdudlaşır. Bu o deməkdir ki, mallarınızı sata biləcəyiniz insanların müəyyən bir dairəsinin olmasına əlavə olaraq, malların istədiyiniz yerə daşınması üçün fiziki və ya hüquqi əngəllər olmamalıdır; nəqliyyat xərcləri çox yüksək olmamalıdır.


II hissəyə nəzər yetirmək üçün keçidə daxil olun


TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Ən çox tələb olunan biznes: 9 ən yaxşı ideya (4-cü hissə)

posted in: Xəbər | 0

mühasib köməkçisi vakansiyaBiznesin tələbatını müəyyənləşdirən ən çox tələb olunan biznes-amillər + 9 ideya (4-cü hissə)

3-cü hissəyə nəzər yetirmək üçün keçidə daxil olun

Müxtəlif sahələrdə ən çox tələb olunan biznes

Müasir dövrdə tələbat duyulan biznesin daha maraqlı ideyalarına diqqət yetirək.

  1. Orqanik və sağlam qıdaların satışı.

Son bir neçə il ərzində fitnes və düzgün qidalanma sahəsinin populyarlığının artması tendensiyasını müşahidə etmək olar.

Bundan əlavə, daha çox insan sağlamlığına qayğı göstərməyə başlayır və hətta yarısı müxtəlif qida əlavələri və konservantlardan ibarət ola biləcək qida maddələrini öyrənir.

Amma, həqiqətən əhali arasında tələbat duyulan eko-mağazanın açılmasından ötrü kifayət qədər böyük məbləğdə pul yatırılmalı, bu işlər keyfiyyətli şəkildə reklam olunmalı, həmçinin sağlam qida istehsalı sahəsində ixtisaslaşan təchizatçılar tapılmalıdır.

Beləliklə, siz bunları sata bilərsiniz:
  • orqanik meyvələr və tərəvəzlər;
  • yarmalar və taxıllar;
  • şirniyyatlar;
  • şəkərin təbii əvəzediciləri;
  • bitki və kərə yağları;
  • süd məhsulları;
  • stabilizatorsuz təzə ət;
  • təbii şirniyyatlar;
  • çay və kofe;
  • quru meyvələr və başqaları.

Ayrıca öz onlayn mağazanızı aça və çatdırılma vasitəsi ilə göndərilə bilən xarab olmayan məhsulları sata bilərsiniz.

  1. Aptekin açılması.

Əlbəttə ki, bir aptek açmaq baqqal köşkü açmaq qədər asan deyil. Amma istək olduqda və vəsait varsa, bu, həqiqətən tələbat duyulan bir ideyadan ötrü əla bir fikirdir.

Tibbi preparatların və dərmanların alınması hər gün həyata keçirilir. Çünki təəssüflər olsun ki, insanlar xəstələnməkdə davam edirlər.

Bu sahədə fəaliyyət göstərməyə icazə almaqdan ötrü sahibkardan bir sıra sənədlər toplamaq, lisenziya almaq və ali əczaçılıq təhsili olan işçiləri işə götürmək tələb olunur.

Apteklərin açılmasına qoyulan sərmayələr doğrudan da böyükdür və burada söhbət bahalı icarədən və işçilərə layiqli əmək haqqı ödənilməsindən getmir, malların –  müxtəlif istiqamətli dərman, müalicəvi kosmetika və digər əlaqədar məhsulların alınmasından gedir.


5-ci hissəyə nəzər yetirmək üçün keçidə daxil olun


TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

İki ayda Gömrük Komitəsi büdcəyə 593,4 milyon manat köçürüb

posted in: Xəbər | 0

İki ayda Gömrük Komitəsi büdcəyə 593,4 milyon manat köçürüb

büdcə daxilolmaları, plastik əşyaların idxalı, birdəfəlik müavinət, DGK, "Smart Customs" proqram təminatı, risk qiymətləndirməsi, büdcə daxilolmaları, Araz Supermarket, inzibati protokol, Gömrük Komitəsi, Dövlət Gömrük KomitəsiYanvar-fevral aylarında Dövlət Gömrük Komitəsi (DGK) tərəfindən dövlət büdcəsinə daxilolmalar 593 milyon 403 min manat olub.

Komitədən bildirilib ki, iki ayda gömrük rüsumları üzrə dövlət büdcəsinə daxilolmalar 158 milyon 832 min manat, əlavə dəyər vergisi üzrə 408 milyon 552 min manat, aksizlər üzrə 20 milyon 245 min manat, yol vergisi üzrə isə 5 milyon 773 min manat təşkil edib.

Mənbə: vergiler.az


TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun