Bu məhsulun idxalı daha 3 il ƏDV-dən azad edilir

posted in: Vergi, Xəbər | 0

ƏDV qeydiyyatının ləğvi, ƏDV ödənişi, ƏDV-nin qaytarılması mexanizmi, ƏDV depozit hesabı, ƏDV ödəyicisi, ƏDV hesablanması, EDV ƏDV Müavinət məbləği Əsas məbləğ9 fevral tarixində Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin onlayn formatda növbəti iclası keçirilib. İclasda “Vergilər Məcəlləsinə dəyişiklik edilməsi haqqında” qanun layihəsi müzakirə olunub və plenar iclasda baxılması üçün tövsiyə edilib.

Qüvvədə olan Vergi Məcəlləsinə əsasən, buğdanın idxalı və satışı, buğda ununun və çörəyin istehsalı və satışı – 2017-ci il yanvarın 1-dən 4 il müddətinə ƏDV-dən azad olunub.

Lakin hazırda qəbul edilmiş dəyişikliyə görə, buğdanın idxalı və satışı, buğda ununun və çörəyin istehsalı və satışının 2017-ci il yanvarın 1-dən 7 il müddətinə ƏDV-dən azad edilir. Eyni zamanda kəpəyin istehsalı və satışının da ƏDV-dən azad edilməsi müddəti də 3 il artırılır.

Qüvvədə olan Məcəlləyə əsasən, kəpəyin istehsalı və satışı 2019-cu il martın 1-dən 2 il müddətinə ƏDV-dən azad edillib.

Mənbə: report.az


TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Turagent fəaliyyəti zamanı ödənişlərin həyata keçirilməsi

posted in: Xəbər | 0

Turagent fəaliyyəti zamanı ödənişlərin həyata keçirilməsi

“Nağdsız hesablaşmalar haqqında” Qanunun 3.4.9-cu maddəsinə əsasən, turagentlərə ödəmələr nağdsız qaydada həyata keçirilməlidir. Qanunun bu tələbi pozulduqda sahibkarlar maliyyə sanksiyasına məruz qalırlar. Mövzunu iqtisadçı ekspert Anar Bayramov şərh edir.

Vergi Məcəlləsinin 58.7-1-ci maddəsində göstərilir ki, “Nağdsız hesablaşmalar haqqında” Qanunun tələblərinin pozulmasına görə həmin Qanunun 3.4.9-cu maddəsinin tələblərini pozmaqla nağd qaydada ödəmələri qəbul edən şəxsə Qanun pozulmaqla aparılan əməliyyatın ümumi məbləğinin təqvim ili ərzində belə hala birinci dəfə yol verdikdə 10 faizi, ikinci dəfə yol verdikdə 20 faizi, üç və daha çox dəfə yol verdikdə 40 faizi miqdarında maliyyə sanksiyası tətbiq edilir.

“Turizm haqqında” Qanuna əsasən, turagent dedikdə, turoperator tərəfindən turların satışı, turizm məhsulunun hərəkətə gətirilməsi və satışı üzrə vasitəçilik fəaliyyəti göstərən fiziki və ya hüquqi şəxslər başa düşülür. Turoperator isə turların komplektləşdirilməsi, turizm məhsulunun formalaşdırılması, hərəkətə gətirilməsi və satışı ilə məşğul olan turizm təşkilatıdır.

Maddədə turagent tərəfindən həyata keçirilən fəaliyyətlərə bunlar aid edilir:
  • turların satışı;
  • turizm məhsulunun hərəkətə gətirilməsi və satışı.

“Turizm haqqında” Qanunda qeyd edilir ki, tur – konkret müddətdə konkret marşrut üzrə fərdi və ya qrup halında səfərdən ibarət olan, turizm məhsulunun vauçer şəklində satılan formasıdır.

Turagent hər hansı bir istiqamət üzrə tur təşkil edərkən ödənişləri nağd qaydada qəbul edə bilməz. Buna yol verən vergi ödəyicisi maliyyə sanksiyası ilə üzləşməli olur.

“Turizm məhsulu” anlayışı da “Turizm haqqında” Qanunda turistlərə göstərilən xidmətlər kompleksi kimi müəyyənləşdirilib. Buraya aiddir:

  • turistlərin yerləşdirilməsi;
  • turistlərin daşınması;
  • ekskursiya;
  • turistlərin yeməyi üzrə xidmətlər kompleksi;
  • bələdçi (bələdçi-tərcüməçi) xidmətləri;
  • səfərin məqsədlərindən asılı olaraq göstərilən digər xidmətlər.

Vergi ödəyicisi turistlərə ekskursiya və bələdçi xidmətləri təşkil etdiyi zaman ödənişlərin nağd formada qəbul edilməsi maliyyə sanksiyasına səbəb olur.

Turagentlərlə bağlı ən çox rast gəlinən suallar turagent tərəfindən aviabiletlərin satışı ilə bağlıdır.

Misal 1: Tutaq ki, turagent vətəndaşa Bakı-İstanbul-Bakı reysi üzrə aviabilet satır. Vətəndaş biletin pulunu nağd şəkildə ödəsə, turagentə maliyyə sanksiyası tətbiq edilməyəcək. Çünki bilet satışı turagentin əsas fəaliyyətinə aid edilmir.

Misal 2: Turagent müştəriyə Türkiyənin Bodrum bölgəsində 7 gün 6 gecəlik turpaket satır. Turpaketə gecələmə, yemək və aviabilet daxildir. Bu halda, turagentə edilən bütün ödənişlər nağdsız formada həyata keçirilməlidir.

Mənbə: vergiler.az


Bax:


Azərbaycanda korporativ bank kartlarının mövcud imkanlarına yenidən baxılacaq

posted in: Xəbər | 0

Azərbaycan Banklar AssosiasiyasıFərdi sahibkar və hüquqi şəxslər üçün emissiya edilən korporativ bank kartları üzrə mövcud imkanlara yenidən baxılması məqsədilə aidiyyəti dövlət qurumları ilə müzakirələrin birgə davam etdirilməsi qərara alınıb.

Azərbaycan banklar Assosiasiyasından verilən məlumata görə, bu kartlar vasitəsilə aparılan əməliyyatlar üzrə mövcud imkanlar Azərbaycan Mərkəzi Bankı və bank ictimaiyyətinin nümayəndələrinin geniş tərkibli görüşündə müzakirə edilib.

Rəqəmsal ödənişlər sahəsində mövcud normativ-hüquqi çərçivə və onun tələblərinə toxunulduğu bu görüşdə, rəqəmsal ödənişlərin inkişafı və əhatə dairəsinin genişləndirilməsi, iqtisadi subyektlərin rəqəmsal ödənişlərin üstünlüklərindən yararlanması baxımından korporativ kartlarla aparılan rəqəmsal ödənişlər üzrə qarşıya çıxan məsələlərin həlli zərurəti qeyd olunub.

Mənbə: apa.az


TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Azərbaycan sahibkarlarına yeni məhsullar təqdim olunacaq

posted in: Xəbər | 0

Sahibkarlar, hüquqi şəxs, iş yerlәri, pullu xidmətlər, dövlət,vergi, subsidiya, fərdi sahibkarların sayı İşədüzəltməSahibkarlığın İnkişafı Fondu (SİF) dörd mərhələdə bazara yeni məhsullar təqdim etməyi planlaşdırır.

Bunu SİF-in ötənilki fəaliyyəti və bu il qarşıda duran vəzifələrinə həsr olunan onlayn mətbuat konfransında çıxış edən Fondunun İdarə Heyətinin sədri Kənan Nəcəfov deyib.

Onun sözlərinə görə, ilk mərhələyə yaxın vaxtlarda start veriləcək və burada dövriyyə kapitalı üçün kreditlərin ayrılması nəzərdə tutulur: “Biz bunları daha ucuz və daha güzəştli şəkildə təklif etmək istəyirik. Eyni zamanda, lizinq kimi mexanizmin də yaxın zamanlarda təklif olunacağı gözlənilir. Bunlar da güzəştli kredit kimi, birbaşa deyil, müvəkkil kredit təşkilatları vasitəsilə veriləcək. Yəni lizinq şirkətləri vasitəsilə veriləcək”.

Fondun rəhbəri əlavə edib ki, ilk mərhələni keçəndən sonra digər yeni kredit alətlərinin də təklif olunacağı gözlənilir.

“Ola bilsin ki, kapital bazarının digər alətlərini istifadə edək. Məsələn, gələcəkdə hər hansı seçilmiş şirkətlər istiqraz buraxsın və biz onların istiqrazlarını alaraq kredit əvəzi maliyyələşdirmə verək. Biz bunu özəl sektorla rəqabətdə deyil, onlara kooperasiyada dəstək verərək etmək niyyətindəyik”, – deyə K. Nəcəfov qeyd edib.

Mənbə: apa.az


TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun