Süveyş kanalı trafikin bağlanılması səbəbindən itkiləri dəyərləndirib

posted in: Xəbər | 0
birbank biznes

Süveyş kanalının idarə heyətinin rəhbəri Usama Rabia, Ever Given konteynerdaşıyan gəminin kanalda yaratdığı tıxac səbəbiylə müəssisəyə dəyən maliyyə itkilərini dəyərləndirib, onun sözlərinə görə, dəymiş zərər bir milyard dollara çata bilər. Bu haqda Reuters agentliyi məlumat verib.

“Qiymətləndirmə, Allahın köməyilə milyard dollara çata bilər”, – Usama Rabia “Sada al-Balyad” telekanalının efirində bəyan edib. Onun qeyd etdiyinə görə, həmin məbləğə gəminin saydan çıxarılmasına çəkilən məsrəflər də daxildir.

Tayvanın Evergreen Group şirkətinin uzunmüddətli idarəçiliyinə verilən Ever Given konteynerdaşıyan gəmisi, martın 23-də Süveyş kanalının cənub hissəsində saya oturmuşdu. Gəmi Çindən Niderlandın Rotterdam limanına gedirdi. Əvvəl konteyner gəmisinin təsadüfən güclü külək səbəbindən kursundan uzaqlaşdığı bildirilmişdi. Martın 29-da Süveyş kanalında naviqasiya bərpa olunmuşdu.


TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Print Friendly, PDF & Email