İşçilərin əməkhaqqının ödənilməsi ilə bağlı əməliyyatlar

posted in: Xəbər | 0

Əmək pensiyaları, qismən ödənişli məzuniyyət hüququ, Mühasib köməkçisi, mühasib, vakansiya, Əmək məzuniyyəti, əlavə məzuniyyət,Təcrübədə işçilərin əməkhaqqının ödənilməsi əməliyyatları ilə bağlı bir sıra sualların aydınlaşdırılmasına ehtiyac yaranır. Mövzunu sərbəst auditor Altay Cəfərov şərh edir.

Misal: Kiçik sahibkarlıq subyekti olan “AA” MMC işçilərinin bir hissəsinə əməkhaqqı kartları sifariş verib və ödəməli olduğu 5.000 manat əməkhaqqını həmin kartlara köçürüb. İşçilərin qalan hissəsinə kartlar sifariş verilməyib və 3.000 manat əməkhaqqı həmin işçilərin banklardakı şəxsi hesablarına köçürülüb. Son vaxtlar işə qəbul edilən işçilərə isə hələ kartlar sifariş verilməyib və onların 1.500 manat əməkhaqqı nağd formada verilib.

Bundan əlavə, “AA” MMC-nin regionlarda da obyektləri var. Oradakı işçilərə də əməkhaqqı ödənilməlidir.

Burada suallar yaranır:

– “AA” MMC tərəfindən əməkhaqqının yuxarıda göstərilən qaydada ödənilməsi qanun pozuntusu hesab olunurmu?

– Regionlardakı işçilərin əməkhaqqı harada və necə ödənilməlidir?

Bu suallara cavab tapmaq üçün Əmək Məcəlləsinin 174-cü maddəsinə baxmalıyıq.

Maddə 174. Əməkhaqqının verilmə yeri, forması və ödənilmə vahidi

1. Əməkhaqqı, bir qayda olaraq, işin icra olunduğu iş yerində verilir.

2. Əməkhaqqı işçinin istəyi ilə onun bankdakı hesabına köçürülə və ya müvafiq ünvana göndərilə bilər.

Burada aydın göstərilib ki, əməkhaqqı işin işçi tərəfindən icra edildiyi yerdə ödənilməlidir. Yəni “AA” MMC regionda olan işçilərin əməkhaqqını iş yerində, regionda ödəməlidir. Əməkhaqqı işçinin öz istəyi ilə onun bank hesabına köçürülə, yaxud işçinin ərizəsində, məktubunda göstərdiyi ünvana göndərilə bilər.

Əməkhaqqı nağd formada verilməli olduqda regiondakı iş yerində verilməli, nağdsız formada verilməli olduqda isə əməliyyat nağdsız aparıldığından bank hesabına köçürülməlidir.

“AA” MMC 5.000 manatı tam qaydalara uyğun ödəyib: əməkhaqqını nağdsız qaydada, işçilərin kart hesabına köçürüb.

3.000 manatın işçilərin bank hesabına ödənildiyinə gələdikdə isə, Əmək Məcəlləsinin 174-cü maddəsində işçinin əməkhaqqının öz istəyi ilə nağdsız formada bank hesabına ödənilməsi qaydası göstərilib. Həmin qaydalara əsasən, 3.000 manat da qaydalara uyğun ödənilib.

Bəs 1.500 manatın nağd ödənilməsi düzgündürmü?

Misalımızda bildirilib ki, “AA” MMC kiçik sahibkarlıq subyektidir. Burada kiçik sahibkarlıq subyektləri üçün müəyyənləşdirilmiş meyarlar nəzərə alınmalıdır. Bundan əlavə, elə hallar ola bilər ki, müəssisə dövriyyəsinə görə deyil, işçilərin sayına görə kiçik sahibkarlıq subyekti hesab edilsin.

Ona görə də yuxarıda göstərilən halda “Nağdsız hesablaşmalar haqqında” Qanunun 3.4.4.-cü maddəsinə istinad olunmalıdır. Həmin maddəyə əsasən, müəssisə bir sıra hallarda işçilərin əməkhaqqını nağd formada verə bilər.

Odur ki, 1.500 manat məbləğində əməkhaqqının nağd ödənilməsi halı ilə bağlı vergi ödəyiciləri “Nağdsız hesablaşmalar haqqında” Qanunun göstərilən maddəsinə uyğun olaraq özləri konkretləşdirməlidir.

Mənbə: vergiler.az


TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Şirkətlərə mühasibat konsaltinqi xidməti nə üçün lazımdır? (VI hissə)

posted in: Xəbər | 0

Şirkətlərə mühasibat konsaltinqi nəyə lazımdır?

V hissəyə nəzər yetirmək üçün keçidə daxil olun

Şirkətlərin işində bəzən elə hallar yaranır ki, ştat mühasibinin səlahiyyəti məsələnin həlli üçün kifayət etmir, autsorsinqə müraciət etmək isə qeyri-rentabelli  hesab olunur və məqsədəuyğun deyildir. Belə hallarda mühasibat konsaltinqi köməyə çatır. Bu xidmət nədən ötrüdür, kimə uyğun gəlir, neçəyə başa gəlir və hansı tədbirləri əhatə edir, bu haqda məlumat verəcəyik.

Mühasibat xidmətləri və konsaltinq aşağıdakı şirkətlər üçün daha bahalı olur:

  • valyuta hesablarından istifadə edənlər;
  • qeyri-pul formalarında hesablaşmalar aparanlar;
  • qiymətli kağızlarla əməliyyat aparanlar;
  • filialları olanlar;
  • beynəlxalq bazarda işləyənlər.

Mühasibat uçotu məsələləri üzrə məsləhətlərin verilməsi artıq bir şey deyildir, əksinə ştatında şəxsi mühasibi olmayan MMC-lər və fərdi sahibkarlıq xidməti ilə məşğul olan fiziki şəxslər üçün bir zərurətdir. Belə xidmətlər göstərən mütəxəssislər yüksək ixtisasa, biznesin müxtəlif sahələrindən olan müəssisələrdə  böyük iş təcrübəsinə malikdirlər, bu sahədə qanunvericiliyin spesifikasını yaxşı bilirlər. Əgər dəyərin müqayisəli təhlilini aparsaq, aydın olar ki, şirkət üçün məsləhət xidməti ştat mühasibinin maaşda saxlanmasından daha ucuzdur.


TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Vahid büdcə təsnifatı ilə bağlı Qərarda kiçik dəyişiklik edilib

posted in: Xəbər | 0

Ailə kəndli təsərrüfatı, əmək haqqının normativləri, Elektron qaimə-fakturanın forması, maliyyə dəstəyi, 190 manat, icbari tibbi sığorta, Kommersiya hüquqi şəxslərin təsisçiləri, karantin rejimi sərtləşdirilir, Gələn ilin bayram günləri, Karantin rejiminin müddəti, Malların ixrac qeydi ilə satışı Qaydası, aztəminatlı azərbaycanlılar, sosial yardım, gömrük güzəştlərinin səmərəliliyinin qiymətləndirilməsi, aqrar sığorta, xüsusi karantin rejimi, Sığortaolunanların fərdi uçotu, Sığortaolunanların fərdi uçotunun aparılması, uyğunluq nişanı, Uyğunluq sertifikatı, Uyğunluq sertifikatının forması, kassa əməliyyatları, Nağd pul vəsaitinin uçotu, Əmək qabiliyyəti, müavinət, Xüsusi karantin rejimi, icbari tibbi sığorta, Dövlət büdcəsi, gömrül rüsumları, gömrük rüsumlarının dərəcələri, Vahid büdcə təsnifatı , Ölkəyə mal gətirilməsi, işçilərin sayı ilə bağlı məhdudiyyət, Karantin rejimi yumşaldılır, Xüsusi karantin rejiminin sərtləşdirilməsi, Sərtləşdirilmiş xüsusi karantin rejimi, Riskli vergi, karantin rejimi yenidən uzadıldı, Sərt karantin rejimi, e-qaimə fakturanın Vahid Forması, E-qaimə faktura, dövlət dəstəyi, Elektron alış aktı, ictimai iaşə, müştəri qəbulu, Xüsusi karantin rejimi, karantin rejimi, 190 manatlıq birdəfəlik ödəmə, Xidməti vəsiqə, işləməyəcək yerlər, Təşkilatlarda çalışanlar, həftəsonu qadağası, həftə sonu qadağası, Vahid büdcə təsnifatı, Kənd təsərrüfatı, təlim, dərslər dayandırıldı, karantin dövrü artırılır, sahibkarlıq subyektləri, Özünüməşğulluğun təşkili, Müavinətlər, karantin rejiminin müddəti uzadıldı, vergi ödəyiciləri, Müvəqqəti vergi rejimi, idxal, digər rayonlara getmək, ƏDV-dən azad, , əmək haqqı, Karantin qaydaları, xüsusi karantin rejimi, sərəncam,işçi qrupların tərkibi, iş yerlərinin standartları, məzuniyyət, tibb müəssisəsinə təhkimolunma, sahibkarlara dəstək, Vergidən azadolunma məqsədləri, Novruz bayramı, İdxal gömrük rüsumları, Koronavirus, təlim-tədris dayandırıldı, gömrük rüsumları, Nazirlər Kabineti, aksiz dərəcələri, məhsul, gömrük güzəştlərinin tətbiqi, vergi, Gömrük rüsumları ,vəsait, nağdsız, qiymətləndirilmə, KOB indeksi, Turizm Reyestri, Publik hüquqi şəxs, Dövlət qulluğuna qəbul, Dövlət qulluğuna qəbul, İcbari tibbi sığorta, yanacaq ehtiyatı, , Vahid büdcə təsnifatı, İcbari tibbi sığorta, hüquqi şəxs, Hüquqi şəxslərin dövlət reyestri, gömrük rüsumu, kvalifikasiya standartının hazırlanması, Peşə, idxal, ixrac,məzuniyyət hesablanması, gömrük rüsumları, idxal, ixrac,İş və istirahət günləri, dövlət reyestrinin aparılması hüquqi“Azərbaycan Respublikasının vahid büdcə təsnifatının təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 11 oktyabr tarixli 440 nömrəli Qərarında dəyişiklik edilməsi haqqında

Azərbaycan Respublikası Konstitusiyasının 119-cu maddəsinin səkkizinci  abzasını  rəhbər   tutaraq, Azərbaycan  Respublikasının Nazirlər Kabineti qərara alır:

“Azərbaycan  Respublikasının  vahid  büdcə təsnifatının təsdiq edilməsi  barədə”  Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci  il  11  oktyabr  tarixli  440  nömrəli  Qərarında  (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018, No 10, maddə 2155; 2019, No 3, maddələr 528, 534, 544, 563, 566, 568, No 4, maddə 753, No 5, maddələr 935, 945, 971, No 7, maddə 1325, No 8, maddə 1475, No 10, maddə 1677, No 11, maddə 1878, No 12, maddələr 2091, 2095; 2020, No 3, maddə 344, No 4, maddə 479, No 5, maddə 643, No 6, maddə 784, No 8, maddə 1134, No 9, maddə 1222, No 10, maddə 1273, No 11, maddələr 1403, 1408; Azərbaycan Respublikası Nazirlər   Kabinetinin   2020-ci  il  7  dekabr  tarixli  485  nömrəli   və 14 dekabr tarixli 494 nömrəli, 2021-ci il 16 fevral tarixli 38 nömrəli və 5 mart tarixli 59 nömrəli qərarları) aşağıdakı dəyişikliklər edilsin:

1. Həmin Qərarla  təsdiq edilmiş “Azərbaycan Respublikasının büdcə xərclərinin iqtisadi təsnifatı”nın 272560-cı maddəsinə“ 1990-cı ilin” sözlərindən əvvəl “Müharibə və ya” sözləri əlavə edilsin.

2. Həmin Qərarla  təsdiq edilmiş “Azərbaycan Respublikasının büdcə xərclərinin iqtisadi təsnifatına əlavə” üzrə:

2.1. “272500. “Təqaüdlər” paraqrafına “1990-cı ilin” sözlərindən əvvəl “Müharibə və ya” sözləri əlavə edilsin;

2.2. “272560.  “1990-cı  ilin  20  Yanvar  hadisələri  ilə əlaqədar əlilliyi müəyyən olunmuş şəxslərə verilən təqaüd” maddəsinə hər iki halda “1990-cı ilin” sözlərindən əvvəl “Müharibə və ya” sözləri əlavə edilsin.

Əli Əsədov

Azərbaycan Respublikasının Baş naziri

Bakı şəhəri, 31 mart 2021-ci il

Mənbə: nk.gov.az


TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Qeyri-rezidentə göstərilən marketinq xidmətləri ƏDV-yə 0 (sıfır) faizlə cəlb edilməlidir?

posted in: Vergi, Xəbər | 0

ƏDV bəyannaməsi,Sual: Azərbayncan rezidenti hüquqi şəxsə qeyri-rezident təşkilata Azərbaycan bazarı haqqında marketinq araşdırması edir, (təhlükəsizlik sistemlərinin marketinq tədqiqatı, Məlumatların emalı və təhlili, təhlükəsizlik sistemləri üzrə analitik hesabatın hazırlanması) elektron və ya kagız daşıyıcısı formasında təqdim edir və bununla bağlı qarşı tərəfdən gəlir əldə edir.

Sual olunur ki, təqdim edilən xidmətlər ƏDV-yə cəlb edilirmi və bu xidmətlər üçün rezident təşkilat ƏDV qeydiyyatına durmalıdırmı? (Əgər xidmətlərin dəyəri illik 200 min manatı aşırsa).

Cavab: Bildiririk ki, Vergi Məcəlləsinin 165.1.3-cü maddəsinə əsasən malların və bu Məcəllənin 168.1.5-ci maddəsində göstərilmiş xidmətlərin ixracına görə ƏDV sıfır (0) dərəcə ilə tutulur.

Vergi Məcəlləsinin 168.1.5-ci maddəsinə əsasən məsləhət, hüquq, mühasibat, mühəndis və ya reklam xidmətlərinin, həmçinin məlumatların işlənilməsi üzrə xidmətlərin və digər analoji xidmətlərin göstərilməsi bilavasitə bu xidmətlərin alıcısının olduğu yerdə ƏDV-yə cəlb edilir.

Onu da qeyd edək ki, bu fəaliyyəti həyata keçirən şəxslərin ardıcıl 12 aylıq dövrün istənilən ayında (aylarında) vergi tutulan əməliyyatlarının həcmi 200.000 manatdan artıq olduğu halda, onlar ƏDV-nin məqsədləri üçün qeydiyyata alınır və əməliyyatları ƏDV-yə sıfır (0) dərəcə ilə cəlb olunur.

Eyni xidmətlər rezidentə göstərildiyi zaman, xidmətlərin göstərildiyi yer Azərbaycan Respublikası hesab olunur və xidmətlərə görə edilən ödənişlərdən 18 faiz dərəcə ilə ümumi qaydada ƏDV-yə cəlb olunur.

Əsas: Vergi Məcəlləsinin 155.1-ci, 159-cu, 165-ci və 168-ci maddələri.

Mənbə: taxes.gov.az


Bax:


TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun