Şirkətlərə mühasibat konsaltinqi xidməti nə üçün lazımdır? (V hissə)

posted in: Xəbər | 0
birbank biznes

Şirkətlərə mühasibat konsaltinqi nəyə lazımdır?

IV hissəyə nəzər yetirmək üçün keçidə daxil olun

Biznes üçün mühasibat konsaltinqi xidmətləri

Şirkətlərin işində bəzən elə hallar yaranır ki, ştat mühasibinin səlahiyyəti məsələnin həlli üçün kifayət etmir, autsorsinqə müraciət etmək isə qeyri-rentabelli  hesab olunur və məqsədəuyğun deyildir. Belə hallarda mühasibat konsaltinqi köməyə çatır. Bu xidmət nədən ötrüdür, kimə uyğun gəlir, neçəyə başa gəlir və hansı tədbirləri əhatə edir, bu haqda məlumat verəcəyik.

Vergi hesabatlarının yoxlanılması

Müxtəlif məqsədlər üçün həyata keçirilir, məsələn: iri kredit götürmək və ya tenderdə iştirak etmək. Bunun üçün isə şirkətin vergi ilə problemi olmadığını banka və ya sifarişçiyə sübut etmək lazımdır. Vergi hesabatına nəzarət mühasibin işinin yoxlanması çərçivəsində də həyata keçirilir. Müstəqil məsləhətçilər bəyannamələrin düzgün tərtib olunduğundan əmin olmağa kömək edəcəklər. Vergi auditinin başqa bir məqsədi – vergi xidməti ödənişlərini qanuni şəkildə azaltmaq üçün hesabatlardakı zəif yerləri və boşluqları müəyyən etməkdir.

Vergi yoxlamalarının müşayiəti

Peşəkarların təcrübəsi bu tədbirə lazımi qaydada hazırlaşmağa, sənədlərin səhvlərini və çatışmazlıqlarını vaxtında aradan qaldırmağa kömək edəcəkdir. Zərurət yarandıqda, məsləhətçilər də vergi xidmətində müştərinin maraqlarını təmsil edə bilərlər.

Biznes üçün mühasibat konsaltinqi xidmətləri neçəyə başa gəlir?

Şirkətin rəhbəri və ya mülkiyyətçisi “ştat mütəxəssisi” və “konsaltinq” variantlarını seçdikdə, birinci yerdə xidmətlərin dəyəri məsələsi durur.  Əgər müəssisədə mühasib varsa, bu məsələ bir qədər də aktuallıq kəsb edir. Heç kim artıq xərcə düşmək istəmir. Buna görə qərar qəbul etməzdən əvvəl mühasibat məsləhətləşmələrinin dəyərini öyrənmək məntiqlidir.

Lakin ilk növbədə qiymətin asılı olduğu amillərdən söz açaq. Onlardan ən əsasları bunlardır:

  • Şirkətin fəaliyyətinin miqyası və həyata keçirilən mühasibat əməliyyatlarının sayı. Rüb ərzində 20 sənəd göndərən kiçik bir firma üçün, xidmətin qiyməti təbii olaraq eyni dövrdə on qat daha çox əməliyyat edən böyük bir firmaya nisbətən daha aşağı olacaqdır.
  • Vergitutma sistemi. Şirkət sadələşdirilmiş vergi sistemindədirsə, mühasibat xidmətləri ümumi rejimli vergi sistemindəkindən daha ucuzdur.
  • İlkin sənədlərin mövcudluğu. Əgər ilkin sənədləri kənar mütəxəssislər özləri tərtib etməli olursa, konsaltinqin qiyməti də artacaqdır.

VI hissəyə nəzər yetirmək üçün keçidə daxil olun


Genity - İdeyaları texnoloji həllərə çeviririk

Print Friendly, PDF & Email