2021-ci il üçün iş vaxtı norması və istehsalat təqvimi təsdiq edilib

posted in: Xəbər | 0

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Kollegiyasının 18 dekabr 2020-ci il tarixli Qərarı ilə  2021-ci il üçün iş vaxtı norması və istehsalat təqvimi təsdiq edilib.

2021-ci il üçün iş vaxtı normasında bildirilir ki, Azərbaycan Respublikasının Əmək Məcəlləsinə, Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasında Zəfər Gününün təsis edilməsi haqqında” 2020-ci il 3 dekabr tarixli Sərəncamına və Azərbaycan Respublikası Nazirlər Kabinetinin “2021-ci il üçün Novruz, Ramazan və Qurban bayramları günlərinin müəyyən edilməsi haqqında” 2020-ci il 3 dekabr tarixli 483 nömrəli Qərarına əsasən 2021-ci ildə aşağıdakı günlər iş günü hesab edilmir:

1, 2 yanvar Yeni il bayramı;
20 yanvar Ümumxalq hüzn günü;
8  mart Qadınlar günü;
20, 21, 22, 23, 24   mart Novruz bayramı;
9 may Faşizm üzərində qələbə günü;
13,14 may Ramazan  bayramı;
28 may Respublika günü;
15 iyun Azərbaycan xalqının milli qurtuluş  günü;
26 iyun Azərbaycan Respublikasının Silahlı Qüvvələri  günü;
20,21 iyul

8 noyabr

Qurban bayramı;

Azərbaycan Respublikasının Zəfər günü;

9  noyabr Azərbaycan Respublikasının Dövlət bayrağı günü
31 dekabr Dünya azərbaycanlılarının  həmrəyliyi günü.

2021-ci ildə həftələrarası istirahət günlərinin iş günləri hesab olunmayan bayram günləri ilə üst-üstə düşməsi ilə əlaqədar olaraq beşgünlük iş həftəsində 4 yanvar, 25, 26 mart, 10 may, 28 iyun tarixləri, altıgünlük iş həftəsində  25 mart, 10 may tarixləri istirahət günləridir.

2021-ci ildə beşgünlük iş həftəsində 241 iş günü (onlardan 8-i bayramqabağı və Ümumxalq hüzn günü qabağı iş günləridir), iş günü hesab edilməyən 109 istirahət günü (onlardan, 5-i iş günü hesab edilməyən bayram günləri ilə üst-üstə düşən), iş günü hesab edilməyən 19 bayram (5-i istirahət günləri ilə üst-üstə düşən) və 1 Ümumxalq hüzn günü vardır.

Azərbaycanda gündəlik normal iş vaxtının müddəti 8 saatdan, gündəlik normal iş vaxtına uyğun olan həftəlik normal iş vaxtının müddəti isə 40 saatdan artıq ola bilməz.  Bir qayda olaraq, iki istirahət günü olan beşgünlük iş həftəsi müəyyən edilir.

2021-ci il üçün 40 saatlıq iş həftəsində iş vaxtının illik norması 1920 saatdır.

Altıgünlük iş həftəsi tətbiq edilərkən həftəlik norma 40 saat olduqda gündəlik iş vaxtının müddəti 7 saatdan və bilavasitə səhərisi gün istirahət günü olan iş gününün müddəti 6 saatdan çox ola bilməz. Altıgünlük iş həftəsi olan iş yerlərində də 40 saatlıq iş həftəsində çalışanlar üçün 1920 saatlıq illik iş vaxtı norması tətbiq edilməlidir.

2021-ci il üçün iş vaxtı norması və istehsalat təqvimi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin rəsmi internet saytında (http://sosial.gov.az/istehsalat-tqvimi) da yerləşdirilib.

Faylı yükləyin: 2021-ci il üçün iş vaxtı norması və istehsalat təqvimi


Mənbə: sosial.gov.az

Dünyanın ən nəhəng neft satıcısı rüşvət verdiyini etiraf edib

posted in: Xəbər | 0

Bir çox illər ərzində dünyanın neft ticarəti ilə məşğul olan ən böyük şirkəti korrupsiyaya “tamamilə dözümsüz” olduğunu iddia edirdi. İndi isə Vitol İnc saxta şirkətlər şəbəkəsi vasitəsilə rüşvət verdiyini etiraf edib, bu haqda Bloomberg xəbər verib.

ABŞ və Braziliyanın tənzimləyici orqanlarına 160 milyon dollardan bir qədər çox pul ödəməyə razılaşan Vitol, 2005 və 2020-ci illər arasında, on ildən artıq bir müddətdə dövlət məmurlarına rüşvət verdiyini bildirib. Neft ticarətçisi məhkəmə təqibinin təxirə salınması müqabilində bunu etiraf edən ifadələr verib.

2005-ci ildən 2014-cü ilə qədər şirkət Petrobras rəhbərlərinə səkkiz milyon dollardan artıq rüşvət verib. Bunun əvəzində Braziliya neft şirkətinin vəzifəli şəxsləri Vitol-a öz tenderləri, o cümlədən rəqiblər tərəfindən təqdim edilən qiymətin ən yüksək dərəcələri barədə məlumatlar veriblər. Hazırda ABŞ və Braziliya səlahiyyətliləri də Vitol-a rəqib olan və oxşar cinayətlərdə şübhəli bilinən Glencore Plc və Trafigura Group Ltd-ə qarşı araşdırma aparırlar.

Bundan əvvəl Vitol şirkətinin avtomobillərin ikinci əl satışına başlayacağı və həmin avtomobilləri Türkiyə və Pakistanda satmağı planlaşdırması barədə məlumat verilmişdi.  Ekspertlər qeyd edirlər ki, bu startap – dünyanın ən iri enerji treyderlərinin biznesi diversifikasiya etməyə çalışmalarının nümunəsidir.


TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Planeti çirkləndirən lider-şirkətlər məlum olub

posted in: Xəbər | 0

Coca-Cola, PepsiCo və Nestle şirkətləri planeti plastiklərlə çirkləndirmə üzrə dünya liderləri olublar. Bu haqda Break Free From Plastic-in hesabatında məlumat verilib.

15 minə yaxın könüllü 55 ölkədə zibil kimi çölə atılan plastik qabları axtarıb tapıblar və təhlilini həyata keçiriblər. Coca-Cola məhsullarının zibilləri 55 ölkənin 51-də aşkar çıxarılıb. PepsiCo məhsullarının plastikdən ibarət zibillərinə isə 55 ölkədən 43-də rast gəlinib. Planeti plastik materiallarla çirkləndirən şirkətlərin top onluğunda həmçinin Unilever, Mondelez International, Mars, P&G, Colgate-Palmolive və Perfetti van Melle kimi şirkətlər də yer alıblar.

Hesabatda deyilir ki, zərərli plastik istehsalı 2030-cu ilə kimi ikiqat arta bilər, 2050-ci ilə kimi isə üçqat artım gözlənilir. Korporasiyalar plastiklə çirklənmə probleminin aradan aldırılması üzərində çalışdıqlarını bəyan edirlər. Amma bu söylədiklərinə baxmayaraq, ətraf mühiti tonlarla plastik qablarla çirkəndirməkdə davam edirlər.

Bundan əvvəl məlum olmuşdu ki, pivə bankalarında su satışı ilə məşğul olan Liquid Death amerikan startapı milyonlarla dollar cəlb edib. Həmin bankalar təkrar emal edilən alüminiumdan hazırlanır. Bu yolla alıcılar ətraf mühiti qorumağa və plastik qablardan istifadə etməməyə stimullaşdırılır.


TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Biznes qurmaq üçün pul əldə etməyin 4 üsulu

posted in: Məqalə, Xəbər | 0

Biznes qurmaq üçün pulu necə tapmalı?

Sahibkar – bu, öncəgörmə qabiliyyəti və yaratmaq eşqi olan bir insandır. Bundan ötrü özünüzdə güc hiss edirsinizsə və startap üçün beyninizdə bir ideya yetişibsə, ofis işindən imtina edib, şəxsi biznesinizə başlamaq vaxtı deyilmi? Bu məqalədə biz bir neçə variantı nəzərdən keçirəcəyik.

  • Kredit almaq. Bu üsul ona görə yaxşıdır ki, qısa müddət ərzində öz işinizə başlamaq üçün bütün lazımi məbləği əldə edə bilərsiniz. Araşdırmalara görə, hazırda banklar orta və kiçik biznesin maliyyələşdirilməsinə üstünlük verirlər. Kredit verənlər qarşısında ən uğurlu olanlar məhdud məsuliyyətli cəmiyyət şəklində qeydiyyata alınan kiçik şirkətlərdir. Əgər siz bütün lazımi sənədləri hazırlasınız, bankdan pul almaq o qədər də çətin olmayacaq. Belə bir maliyyələşdirmə mənbəyinin əsas çatışmazlığı odur ki, kiçik hissələrlə olsa da, borcu dərhal ödəməyə başlamalı olacaqsınız. Eyni zamanda, işə qoyulan pulu dərhal çıxarmaq o qədər də asan iş deyil. Hər hansı bir gecikmə sizi peniyalar, cərimələr və digər problemlərlə təhdid edə bilər.
  • Pulu dostlardan əldə etmək. Bu ən sadə və rahat variant kimi görünür. Yaxınlarınız sizə etibar edirlər. Onlar sizdən böyük faizlər tələb etməyəcəklər. Lakin münasibətləri korlamamaqdan ötrü hökmən borc müqaviləsi tərtib edin. Bu üsulun ən böyük mənfiliklərindən biri – sizin işlərinizə müdaxilələr ola bilər. Dostların lazımsız məsləhətlərindən qurtulmaq daha çətin olacaq. Axı, sizin biznesinizi maliyyələşdirərək, onlar özlərini də bu işə aid hiss edə bilərlər. Buna yol vermək olmaz. Təcrübəli investorlardan fərqli olaraq, onlar başladığınız işi obyektiv qiymətləndirə və səhvlərdən qaçınmağa kömək edə bilməyəcəklər.

  • İnvestorlar tapmalı. Başlanğıc üçün kapitalı olmayan bir çox iş adamları investorlara müraciət edirlər. Məsələn, Starbucks qəhvəxana şəbəkəsinin sahibi Howard Schultz-a Sietldakı kiçik bir qəhvəxana şəbəkəsini satın almaq və işə başlamaq üçün 4 milyon dollar sərmayə qoymaq lazım idi. O, pul qoymağa hazır olan bir insanı tapdı və bir neçə ildən sonra Starbucks dünyanın ən məşhur qəhvəxana şəbəkələrindən birinə çevrildi. Hər şey iş adamının təcrübəsi, Schultz-un bilik və aydın biznes planı qurması sayəsində baş verdi. Ancaq, investorları tapmaq həmişə elə də asan deyil. Xüsusilə də işə yeni bir girişən üçün. Belə insanlar həmişə peşəkar yanaşma tələb edirlər.
  • Kraudfandinq (ing. сrowd funding, сrowd — “kütlə”, funding — “maliyyələşdirmə”). Pulların “xalq yığımı” üsulu hər gün yeni layihələr həyata keçirməyə kömək edir. Filmlərin çəkilişindən və radiostansiyaların istifadəsindən başlamış, texniki yeniliklərin inkişafına qədər. Bu parlaq və qeyri-adi startaplar üçün yaxşı bir variantdır. Çox sayda insana fayda gətirəcək bir ideyanız varsa, pul toplamaq şansınız böyükdür. Yüzlərlə izahedici kraudfandinq platformaları var. Onların arasından seçim etmək üçün sizin ideyanızın hansı auditoriya üçün maraqlı ola biləcəyini anlamaq lazımdır. Üstəlik, bu cür sərmayələr zamanı işinizin müstəqilliyinə hər hansı bir zərər gəlməyəcək – heç kim bir pay və ya bütün pulları qaytarmağı tələb etməyəcək. Amma sponsorlar üçün formal mükafatlar hələ də vacibdir. Lakin görünməyən maneələr də mövcuddur. Layihənin başlanması birbaşa yığılmış məbləğdən asılıdır və təxirə salına bilər. İnsanları ideyanızın cazibədarlığına inandırmasanız, başlanğıc kapitalı, ümumiyyətlə, yığılmayacaq.

Yeni ideyaların maliyyələşdirilməsi variantları kifayət qədərdir. Sizə yalnız uyğun olanı seçmək qalır. Uğurlu biznesmenlərin əksəriyyəti belə qənaətdədirlər ki, bu gün öz biznesinizə başlamaq həmişə olduğundan daha asandır. Başlanğıc kapitalının olmaması bu qərarı vermək və təxirə salmaq üçün səbəb deyil. Çünki əsl sahibkar yalnız bir xəyalpərəst deyil, həm də bir ifaçıdır.


TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun