Əmək müqavilələrinin kağız forması və əmək kitabçalarının ləğv edilməsi nəzərdə tutulur

posted in: Xəbər | 0

e-arayış xidməti, Pensiya kalkulyatoru, işsizlikdən sığorta fondu, Dövlət Məşğulluq Agentliyi, Kağız daşıyıcılarda hesabat, işəgörtürənlərə müraciət, ƏƏSMN, məşğulluğa dəstək tədbirləri, Sosial xərclər, Dövlət Əmək Müfəttişliyi Xidməti, sosial ödəmə, fərdi hesab, İşsizlikdən sığorta, Əmək Məcəlləsində dəyişikliklər, Əmək Məcəlləsi, ixtisar, Əmək müqaviləsi, əmək haqqı gəliri,Dövlət Məşğulluq Agentliyində rəqəmsallaşma istiqamətinə işlər davam edir. Agentliyin idarə heyətinin sədri Mustafa Abbasbəyli bildirib ki, yaxın vaxtlarda tətbiqi nəzərdə tutulan Əmək münasibətləri və məşğulluq altsistemi – ƏMAS ölkədaxili bütün işəgötürənlər və işçilər, eləcə də dövlət qurumları üçün vahid əmək münasibətləri platforması rolununda çıxış edəcəyi gözlənilir.

Yeni sistem əmək müqaviləsinin elektron formada bağlanılması, rəqəmsal kadr uçot sisteminin yaradılması, əməyin təşkili və mühafizəsində beynəlxalq standartların tətbiqi, əməyin ödənilməsində qanunvericiliyin tələblərinin gözlənilməsi və bu sahədə dövlət siyasətinin həyata keçirilməsinin dəstəklənməsində önəmli rol oynayacaq. Altsistemin tətbiqi ilə aşağıdakıların mərhələli şəkildə ləğv edilməsi nəzərdə tutulub:

  • əmək müqavilələrinin kağız forması;
  • əmək kitabçaları;
  • sosial sığorta kartları;
  • işçilərin şəxsi işi anlayışı;
  • kağız üzərində əmrləşmələr;
  • kağız üzərində ezamiyyə vərəqələri;
  • kağız üzərində ştat cədvəlləri;
  • kağız üzərində yazışmalar;
  • fiziki həyata keçirilən yoxlamalar;
  • fiziki cərimə mexanizmi;
  • fiziki həyata keçirilən bütün məşğulluq tədbirləri;
  • digər qeyri-elektron yanaşmalar.

Mənbə: vergiler.az


TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Print Friendly, PDF & Email

Leave a Reply

Your email address will not be published. Required fields are marked *