Virtual Sahibkarlıq Yarmarkası – Açılış mərasimi

posted in: Xəbər | 0

Virtual Sahibkarlıq Yarmarkası açılış mərasimi

koronavirus, sahibkarlıq meyarı, sahibkar,Azərbaycan Mikromaliyyə Assosiasiyası (AMFA) və Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası (ASK) Avropa İttifaqı tərəfindən maliyyələşdirilən “Azərbaycan regionlarında dayanıqlı mikrosahibkarlığın inkişafının sürətləndirilməsi” (ADSMIRRA) layihəsi çərçivəsində “Virtual Sahibkarlıq Yarmarkası”nın açılışını elan etməkdən məmnundur.

Sahibkarlıq Yarmarkasının əsas məqsədi istehsalçılar, təchizatçılar, istehlakçılar və dövlət qurumlarını məlumatlandırmaq və onlar arasında əlaqələr qurmaqdır.  Bu yarmarka 15 fəaliyyət növü (buraya arıçılıq, quşçuluq, heyvandarlıq, dərzilik, konservləşdirmə, un məmulatlarının hazırlanması, meyvə qurusu, əl işləri, toxuculuq, xalçaçılıq və sair) ilə məşğul olan 100 sahibkarın 500-dən artıq məhsul çeşidini nümayiş etdirməyə imkan yaradacaq.  Bu məhsulları virtual olaraq göstərərək, sahibkarlar (istehsalçılar) maraqlı tərəfdaşlarla ünsiyyətdə oldu və son  texnologiyalar, metod və tətbiqetmə barədə ətraflı məlumat əldə etmək şansı qazanacaqdır. Bundan əlavə, istehsalçılar ümumi problem və gözləntilərini bölüşərək, fermerdən fermerə məlumat ötürülməsini həyata keçirəcəklər.

Tədbirdə Avropa İttifaqının Azərbaycan Respublikasındakı Nümayəndəliyinin rəhbəri zati aliləri səfir Kestutis Yankauskas, Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının (ASK) Prezidenti cənab Məmməd Musayev, Azərbaycan Mikromaliyyə Assosiasiyasının idarə heyətinin sədri cənab Cəlal Əliyev, Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin İdarə Heyətinin Sədri cənab Orxan Məmmədov, Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri xanım Ramilə Seyidova, İslam İnkişaf Bankının Davamlılıq və Sosial İnkişaf Departamenti, Qadınların inkişafı üzrə baş mütəxəssis xanım Kristonia Lokhart,  Polşa Mikromaliyyə Mərkəzinin (MFC) müdir müavini xanım Katarzina Pavlakın iştirakı gözlənilir.

Xatırladaq ki, ADSMİRRA layihəsinin ümumi məqsədi regionlarda yaşayan əhalinin gəlir əldə etmək və iş yerlərinin açılmasını dəstəkləmək üçün mikromüəssisələrin yaradılmasına və inkişafına dəstək verməkdir. Layihənin spesifik məqsədi Gəncə – Qazax, Quba – Xaçmaz, Şəki – Zaqatala və Kür – Araz (Aran) iqtisadi rayonlarda, bazar imkanlarını asanlaşdırmaq və sərmayə kapitalı ilə təmin etməklə öz bizneslərini qurmağa və ya genişləndirməyə imkan yaratmaq üçün kəndli mikrosahibkarların imkanlarını gücləndirməkdir.

Virtual Sahibkarlıq Yarmarkasını canlı yayımda izləmək üçün Sizi 18 dekabr 2020-ci il saat 11:00-da www.e-sergi.az yaxud www.facebook.com/esergiaz qoşulmağa dəvət edirik!

Bu tədbirlə bağlı sualınız olarsa, əlaqə saxlayın: Sevinc Rüstəmova, Layihə rəhbəri –


TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Muzdla çalışanların əmək haqqı artıb

posted in: Xəbər | 0

Dövlət Vergi Xidməti, Əmək haqları, maaş, muzdlu, maaş, orta aylıq əmək haqqı, maaş, dövlət rüsumu, vəzifə maaşları əmək haqqı vergi daxilolmaları DGKYanvar-oktyabr aylarında ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əmək haqqı 2019-cu ilin müvafiq dövrünə nisbətən 14,7 faiz artaraq 704,5 manat təşkil edib.

Dövlət Statistika Komitəsindən bildirilib ki, əmək haqqı neft-qaz sektorunda 3360,6 manat, qeyri-neft-qaz sektorunda 647,2 manat olub. Dövlət müəssisələrində çalışan işçilərin əmək haqları 623,6 manat, özəl müəssisələrdə isə 805,7 manatdır. Mədənçıxarma sənayesində, maliyyə və sığorta fəaliyyəti, peşə, elmi və texniki fəaliyyət, informasiya və rabitə, eləcə də nəqliyyat və anbar təsərrüfatı sahələrində orta aylıq nominal əmək haqqı ölkə üzrə orta göstəricidən yüksək olub.

Mənbə: vergiler.az


TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Dünyada son 80 ilin ən pis iqtisadi böhranı proqnozlaşdırılıb

posted in: Xəbər | 0

pandemiya, Pandemiyadan sonra iqtisadiyyatKoronavirus pandemiyasının nəticələrinə görə dünya 80 ildə ən pis iqtisadi tənəzzüllə üzləşə bilər. Bu barədə BMT-nin baş katibi Antonio Quterrişin sözlərinə istinadən TASS agentliyi yazıb.

O, pandemiyanın nəticələrindən gələn sosial və iqtisadi ziyan olduqca böyükdür və həmin ziyanı aradan qaldıra biləcək bir peyvənd olmadığını söyləyib. Quterriş həmçinin yoxsulluq və aclıq təhlükəsinin də artacağını proqnozlaşdırıb. BMT rəhbəri əmindir ki, bu vəziyyətin səbəbi bərabərsizlik və cəmiyyətin ədalətsiz şəkildə qurulmasıdır. Quterriş hesab edir ki, hökumətlər bu qlobal təhlükəyə birlikdə cavab verə bilməyiblər.

Bundan əvvəl BMT-nin ərzaq üzrə rəhbəri Devid Bisli milyarderləri və müəssisələri bu il bütün dünyada aclıqdan ölmək riski altında olan 30 milyon insanı xilas etməyə yardım etməyə çağırıb.

32 milyondan çox insan koronavirus pandemiyasına görə həddindən artıq yoxsulluq içində ola bilər. Bunlar gün ərzində 1,9 dollardan az məbləğlə yaşayan insanlardır.


TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Kapital Bank ölkə üzrə yeni nəsil ödəniş terminalları quraşdırır

posted in: Xəbər | 0

Müştəri xidməti keyfiyyətinin artırılmasına, bir sıra bank əməliyyatlarının 24/7 rejimində fasiləsiz təqdim edilməsinə böyük önəm verən Kapital Bank, əhaliyə daha bir yeniliyi təqdim edir. Belə ki, bank hazırda ölkə üzrə yeni nəsil ödəniş terminallarının quraşdırılmasını həyata keçirir.

İndiyədək Kapital Bank-ın ödəniş terminalları yalnız filiallar yerləşən binalarda 24/7 rejimində fəaliyyət göstərirdi. Lakin indi bank filiallarından kənar yerlərdə də yeni terminallar quraşdırılır. Ölkənin bir sıra iri marketlər şəbəkələrində artıq bu terminallar mövcuddur və quraşdırma prosesi hazırda davam edir.

Qeyd edək ki, bu terminallar funksionallıq baxımından daha geniş imkanlara malikdir. Yeni terminallarda kredit ödənişləri, cari hesablara mədaxillər, kart balansının artırılması, kredit və BirKart sifarişi, kommunal, rabitə, TV, İnternet, avans, aliment, sığorta, məhkəmə, bələdiyyə, vergi, DSMF, cərimə, təhsil (BDU, ADNSU, ATU, ADPU və s.) ödənişləri, “Xəzri” pul köçürməsi və bir sıra başqa ödənişlər etmək olar. Yaxın gələcəkdə, həmçinin Azəriqaz və Azərsu-nun smart sayğaclarının yüklənməsi də terminallar vasitəsilə mümkün olacaq.

Bu terminalların əsas üstünlüklərindən biri də odur ki, ödənişləri həm nağd, həm də nağdsız formada həyata keçirmək olar. Nağdsız ödənişləri etmək üçün terminalın “card reader” yerindən və ya təmassız NFC funksiyasından istifadə etmək lazımdır.

Azərbaycanda ən böyük filial şəbəkəsinə malik olan Kapital Bank, 102 filialı və 19 şöbəsi ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün www.kapitalbank.az saytına, 196 Sorğu Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz.


TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun