Varlı valideynlərin öz övladlarına verdikləri 10 məsləhət

posted in: Məqalə, Xəbər | 0

Varlı valideynlərdən övladları üçün 10 məsləhət

Aktiv və passivlər barədə fərqi bilmək

Bu ən mühüm məsləhətdir, əgər onu yaxşı dərk etsən, yerdə qalanı lazım deyil. Daim aktivləri satın almaq və passivlərin sayını azaltmaq lazımdır. Maliyyəçi bilir ki: “Aktiv – o, pulları sizin cibinizə qoyur. Passiv – o isə pulları sizin cibinizdən çıxarır”

Pulları özünüzə işləməyə məcbur etmək

Aşağı və orta sinif pul naminə işləyir. Varlılar isə pulları özləri üçün işləməyə məcbur edirlər.

Daim, yaxşı olar ki, bütün ömürboyu pulları necə idarə etməyi öyrənmək lazımdır

Bunu müvəffəqiyyətli insanlardan öyrənmək üçün hər hansı bir fürsəti fövtə verməyin.

Pulsuz qalmaqdan qorxmayın

Bizim hər birimizin dərinliklərində zənginliyin əsas düşməni olan qorxu və tamah yaşayır. Birincisi, pulsuz qalmaq qorxusu bizi səylə işləməyə sövq edir. Amma bir gün pul qazandıqdan sonra biz pulla ala biləcəyimiz bütün bu gözəl şeylər haqqında düşünməyə məcbur edən xəsislik və arzular şəbəkəsinə düşürük. Bir həyat tərzi ortaya çıxır – qalx, işə get, hesabı ödə, qalx, işə get, hesabı ödə. Bu şablona sahib olan insanların həyatı ömürlük olaraq qorxu və xəsislik ilə idarə olunur.

Tamaha sizin həyatınızı idarə etməyə imkan verməyin

İnsanların əksəriyyəti qorxu və tamahdan özlərinə qarşı istifadə edirlər. Buradan cahiliyyət başlayır. İnsanların böyük əksəriyyəti öz həyatlarını qorxu və istəkdən qaynaqlanan pul çekləri, maaşlarının artırılması və etibarlı iş axtarışları ardınca qaçmaqla başa vururlar. Əslində bu düşüncələrin onları hara aparacağı barədə heç düşünmürlər də.

Yalnız özünə güvənmək

Əslində taleyin mərhəmətinə, eləcə də müavinətlər və güzəştlərə güvənmək lazım deyil, gələcəyinizin idarə olunmasını çəsarətlə öz əlinizə almalısınız.

Pullara ciddi münasibət bəsləməyin

Bildiyiniz kimi, heç kim həbsxanadan və puldan sığortalanmayıb.

Başqalarının görə bilmədiklərini görmək

İnsan həyatının elə sahələri vardır ki, orada “pulları heç nə etmədən də əldə etmək olar”, başlıcası onları vaxtında aşkar etmək qabiliyyətidir.

Vasitəçilərsiz sərmayə yatırın

Bundan ötrü maliyyə savadına malik olmaq lazmdır. Daim təkmilləşmək vacibdir!

Daim öz biznesiniz barədə düşünün

Yüksək ixtisaslı mütəxəssis “öz dayısı üçün” yalnız bir məqsədlə çalışmalıdır – başqasının hesabına öz bacarıqlarının zirvəsinə yüksəlməkdən ötrü, bundan sonra – “dayısının” biznesini sıradan çıxara biləcək bir şəxsi şirkətini yaratmalıdır.

Robert Kiyosaki, Şeron Lekter “Varlı ata, yoxsul ata”


TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Siyasətin dünya iqtisadiyyatına təsiri hesablanıb

posted in: Xəbər | 0

Dünya iqtisadiyyatıLondon iqtisadi siyasət araşdırmaları Mərkəzi (CEPR) populist siyasətçilərin öz ölkələrinin iqtisadiyyatına təsirinin dərəcəsini hesablayıb. Bu haqda məlumat təşkilatın saytında dərc olunub.

Müəlliflər populistlərin meyarları altına düşən siyasətçilərin fəaliyyətinin nəticələrini araşdırıblar. Müəlliflər,  “dürüst xalq” və onun maraqlarının “korrupsiyalaşmış isteblişment”ə qarşı qoyulmasını əsas məsələ hesab edirlər. Araşdırmada populistlər arasında İsrailin baş naziri Benjamin Netanyahu və Venesuela prezidenti Nikolas Maduro fərqlənir. Birinci daha çox sağçı baxışlara üstünlük verir (əhalini mühacirlərdən müdafiə edəcəyini vəd edir), ikinci – sağçı baxışlara malikdir (böyük şirkətlər və oliqarxlar tərəfindən həyata keçirilən korrupsiyaya qarşı mübarizə aparmaq üçün vədlər üzərində siyasət qurur).

Müəlliflər populizmə daha çox meylli olan ölkələrə Argentinanı (İkinci dünya müharibəsi başa çatdığı andan indiki zamanadək olan müddətin 39 faizində populistlər hakimiyyətdə olublar), İndoneziyanı (zamanın 32 faizi), İtaliyanı (29 faiz) və Ekvadoru (23 faiz) aid ediblər.

Tədqiqat həmçinin bir neçə qanunauyğunluq və tendensiyanı da ortaya qoyub. Populistlər, bir qayda olaraq, iqtisadi böhranlar zamanı hakimiyyətə gəlirlər. Nəhəng ümumdünya iqtisadi böhranları populizm “dalğaları”na təkan verib. Bu xüsusilə də 1930-cu ildə (Böyük durğunluqdan sonra) və 2010-cu ildə (dünya maliyyə böhranından sonra) daha aydın özünü göstərib.

Populistlərin əksəriyyəti xarici malların daxili bazarlara daxil olmasını məhdudlaşadırıraq, bundan ötrü rüsumlar tətbiq etməklə, proteksionist siyasət yeridirlər. Eləcə də onlara ucuz kreditlər hesabına iqtisadiyyatı dəstəkləmək üçün aşağı faiz dərəcələrində ifadə olunan yumşaq pul-kredit siyasəti də xarakterikdir. Nəhayət, bir çox populist liderlər – dövlət başçıları milli və qlobal iqtisadiyyatlardakı ənənəvi nəzarət və tarazlıq sistemini pozaraq öz səlahiyyətlərini genişləndirməyə çalışırlar.


TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Karantin dövründə boşdayanmaya görə işçiyə ödəniş edilirmi?

posted in: Xəbər | 0

Karantin rejimi dövründə fəaliyyətinə qismən və ya tam icazə verilən sahələr üzrə əmək münasibətlərinin tənzimlənməsi ilə bağlı müəyyən suallar yaranır. Mövzunu iqtisadçı ekspert Anar Bayramov şərh edir.

Nazirlər Kabinetinin 31 mart 2020-ci il tarixli, 122 saylı qərarına əsasən, dövlət orqanlarında və qurumlarında işə cəlb edilməyən işçilərin əməkhaqqının saxlanılması nəzərdə tutulub. Həmin qərarın 1.4-cü bəndində göstərilib ki, bu Qərarın 2 nömrəli əlavəsində müəyyən edilmiş fəaliyyətinə icazə verilən sahələrdən başqa, digər sahələrdə işə cəlb edilməyən işçilərin əməkhaqlarının saxlanılması işəgötürənlərə ciddi tövsiyə edilsin.

Qərarın 1.5-ci bəndində isə qeyd edilib ki, imkan oduqda işə cəlb edilməyən işçilərin öz evində, habelə distant (məsafədən) iş və ya teleiş formasında işləmələri təmin edilsin.

Fəaliyyəti tam məhdudlaşdırılmayan sahələr üzrə karantin rejiminə uyğun əmək münasibətlərinin qurulması digər qanunvericilik aktları ilə tənzimlənir. Əmək Məcəlləsinin 169-cu maddəsinə əsasən, boşdayanmanın başlanması haqqında işçi işəgötürənə və ya iş yeri üzrə rəhbərinə (briqadirə, ustaya, digər vəzifəli şəxslərə) xəbərdarlıq etdikdə, işçinin təqsiri olmadan boşdayanma vaxtı işçi üçün müəyyən edilmiş dərəcənin tarif (vəzifə) maaşının üçdə iki hissəsindən az olmayaraq ödənilir.

Misal: Fəaliyyətinə icazə verilən turizm müəssisəsi ancaq xarici səfərlərin təşkili ilə məşğul olduğu üçün məcburi boşdayanma yaranıb. Bu zaman işəgötürən qərar verir ki, işçilərin tarif maaşının üçdə iki hissəsini ödəsin və onlar müəyyən müddət işə gəlməsinlər.Tutaq ki, tur operatorunun aylıq əməkhaqqı 600 manat, satışlara görə aldığı bonusun məbləği isə 200 manat olub. Buna baxmayaraq, işəgötürən yalnız tarif maaşının 2/3 hissəsini, yəni 400 manat ödəməklə işçiləri evə buraxa bilər:

(600 manat x 2 / 3) = 400 manat.

Boşdayanma müddətində satışların olmaması və ya çox az olması bonusları da dayandırır.

Mənbə: vergiler.az


Bax:


TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Gələn il Dövlət Gömrük Komitəsi üzrə daxilolmalar 2%-dək artırılacaq

posted in: Xəbər | 0

DGK, "Smart Customs" proqram təminatı, risk qiymətləndirməsi, büdcə daxilolmaları, Araz Supermarket, inzibati protokol, Gömrük Komitəsi, Dövlət Gömrük Komitəsi2021-ci ildə Dövlət Gömrük Komitəsi üzrə daxilolmalar ÜDM-in 5,2 % həcmində olmaqla 3,9 milyard manat nəzərdə tutulur.

Bu barədə 2021-ci il dövlət büdcənin layihəsində qeyd edilib.

Məlumata görə, bu, 2020-ci ilin proqnozu ilə müqayisədə 70 milyon manat və ya 1,8 % çox, 2019-cu ilin icra göstəriciləri ilə müqayisədə 508,6 milyon manat və ya 11,5 % azdır.

2021-ci ildə Dövlət Gömrük Komitəsinin xətti ilə ayrı-ayrı gəlir növləri üzrə daxilolmalar aşağıdakı kimi proqnozlaşdırılır:

İdxal olunan mallarla bağlı əlavə dəyər vergisi üzrə daxilolmalar 2,74 milyard manat nəzərdə tutulur. Bu da 2020-ci ilin proqnozu ilə müqayisədə 65 milyon manat və ya 2,4 % çox, 2019-cu ilin icra göstəriciləri ilə müqayisədə 264,1 milyon manat və ya 8,8 % azdır. Artımın səbəbi 2020-ci ilə nisbətən qeyri-neft sektoru üzrə idxalın artımla proqnozlaşdırılmasının nəzərə alınması ilə bağlıdır.

İdxal olunan mallarla bağlı aksizlər üzrə daxilolmalar 170 milyon manat nəzərdə tutulur. Bu da 2020-ci ilin proqnozu ilə müqayisədə 30 milyon manat və ya 15 %, 2019-cu ilin icra göstəriciləri ilə müqayisədə 79,6 milyon manat və ya 31,9 % azdır. Azalmanın səbəbi makroiqtisadi proqnozlara əsasən bir sıra aksizli malların, o cümlədən siqaretin ölkə daxilində istehsal həcmlərinin növbəti ildə artması və xarici və daxili istehsal üzrə aksizlərin dərəcəsində yaranan fərq ilə əlaqədardır.
Gömrük rüsumları üzrə daxilolmalar 950 milyon manat nəzərdə tutulur. Bu da 2020-ci ilin proqnozu ilə müqayisədə 40 milyon manat və ya 4,4 % çox, 2019-cu ilin icra göstəriciləri ilə müqayisədə 159,5 milyon manat və ya 14,4 % azdır. Artımın səbəb cari ilə nisbətən qeyri-neft sektoru üzrə idxalın artımla proqnozlaşdırılmasının nəzərə alınması ilə bağlıdır.

Yol vergisi üzrə daxilolmalar 40 milyon manat nəzərdə tutulur. Bu da 2020-ci ilin proqnozu ilə 5 milyon manat və ya 11,1 % az, 2019-cu ilin icra göstəriciləri ilə müqayisədə 5,4 milyon manat və ya 11,9 % azdır. Yol vergisi üzrə cari ilə nisbətən azalmanın əsas səbəbi koronavirus (COVID-19) pandemiyası ilə əlaqədar ölkəyə daxil olan xarici avtonəqliyyat vasitələrinin sayının azalmasının nəzərə alınması olub.

Mənbə: report.az


TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun