Böyük Britaniyaya qida qıtlığı ilə bağlı xəbərdarlıq olunub
Bloomberg yazır ki, ərzaq istehsalçıları və tədarükçüləri yaxın zamanlarda ölkənin qarşılaşa biləcəyi qida çatışmazlığı ilə bağlı xəbərdarlıq ediblər.
Yemək çatışmazlığı təhlükəsi bir neçə səbəblə əlaqədardır. Bunların arasında – katolik Yeni il bayramı ərəfəsində ajiotajlı tələbat, anbar otaqlarının çatışmazlığı, koronavirus pandemiyası və Britaniyanın Avropa ittifaqından çıxmasını (2020-ci ilin sonunda keçid dövrü başa çatır) göstərmək olar.
London və Brüssel Brexit-in şərtləri ilə bağlı hələlik razılığa gələ bilməyiblər. Dekabr ayının sonuna qədər buna nail olmaq mümkün deyilsə, Böyük Britaniya ümumiavropa bazarının bir hissəsi olmağı dayandıracaq. Bu, ölkə ilə Avropa ittifaqı arasında gömrük sərhədlərinin tətbiqinə gətirib çıxaracaq.
Bütün bunların fonunda bir çox malların, o cümlədən ərzaq məhsullarının tədarükçüləri ehtiyatları artırmağa çalışırlar ki, bu da anbarların və nəqliyyat magistrallarının həddən artıq yüklənməsinə səbəb olur. Bir çox şirkətlər artıq qeyd edirlər ki, vəziyyət baharda, ilk koronavirus dalğası zamanı olduğundan daha ciddidir. Çünki o vaxt daha möhkəm ehtiyatlar var idi.
Hal-hazırda anbarlar tez xarab olmayan məhsullarla, demək olar ki, tam yükləniblər. Bu da yollarda çoxkilometrlik tıxaclarlar yaradıb, nəticədə qalan kateqoriyalı malların tədarükü üçün təhlükə yaranıb. Bazar iştirakçıları Böyük Britaniya və AB səlahiyyətlilərinin çıxış yolu tapacağına və hər iki tərəf üçün məqbul şərtlərlə müqavilə bağlanılacağına ümid edirlər.

Azərbaycan Mərkəzi Bankı (AMB) ödəniş xidmətləri üzrə operatorlar və ödəniş xidməti təchizatçılarının daha əlverişli tarif siyasəti tətbiq etməsi, habelə istehlakçılar və təsərrüfat subyektləri üçün ödəniş xidməti haqlarının optimallaşdırılması istiqamətində davamlı infrastruktur və təşviqat tədbirləri həyata keçirir və onların icrasını daim diqqət mərkəzində saxlayır.
Ölkə üzrə ən iri vergi ödəyicilərindən biri olaraq Dövlət Neft Şirkəti (SOCAR) dövlət büdcəsinin formalaşmasında əhəmiyyətli yer tutur və ölkə iqtisadiyyatının inkişafında təkanverici rol oynayır.
Çinin sürətli inkişafı Avropa Birliyi ilə iqtisadi əlaqələrin genişlənməsinə gətirib çıxarmışdı. 2000-ci ildən 2019-cu ilə qədər ticarət həcmi təxminən səkkiz dəfə (560 milyard avroya qədər) artmışdır. MERİCS institutunun araşdırmasında deyilir ki, Aİ 103 məhsul və məhsul kateqoriyasında “kritik şəkildə” ÇXR-dən olan ixracdan asılı vəziyyətə düşüb.