Oktyabrda Gömrük Komitəsi büdcəyə 314,4 milyon manat köçürüb

posted in: Xəbər | 0

Oktyabrda Gömrük Komitəsi büdcəyə 314,4 milyon manat köçürüb

DGK, "Smart Customs" proqram təminatı, risk qiymətləndirməsi, büdcə daxilolmaları, Araz Supermarket, inzibati protokol, Gömrük Komitəsi, Dövlət Gömrük KomitəsiOktyabrda Dövlət Gömrük Komitəsi tərəfindən dövlət büdcəsinə daxilolmalar 314 milyon 407 min manat olub.
Komitədən bildirilib ki, keçən ay gömrük rüsumları üzrə dövlət büdcəsinə daxilolmalar 84 milyon 684 min manat, əlavə dəyər vergisi üzrə 214 milyon 940 min manat, aksizlər üzrə 11 milyon 929 min manat, yol vergisi üzrə isə 2 milyon 852 min manat təşkil edib.

Mənbə: vergiler.az


TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Pandemiya dövründə Çin sərvət artımına görə ABŞ-ı ötüb keçib

posted in: Xəbər | 0

çin iqtisadiyyatı, koronavirus,Koronavirus pandemiyasına baxmayaraq, 400 varlı çinlinin sərvəti 820 milyard dollar (64 faiz) artıb, amerikalı varlıların sərvəti isə 240 milyard dollar məbləğində artım göstərib. Bu haqda Forbes nəşri məlumat yayıb.

Nəticədə ÇXR-in ən zəngin adamlarının məcmu kapitalı 2,11 trilyon dollara bərabər olub. Çin milyarderlərin sayına görə çox tezliklə ABŞ-ı ötərək dünyanın əsas ölkəsinə çevrilə bilər, nəşr belə yazır. Reytinqə düşmək üçün zəruri olan minimal sərvət milyard dollardan 1,55 milyarda kimi yüksəlib.

Onu da qeyd etmək lazımdır ki, Çin siyahısına 68 yeni milyarderin adı daxil edilib. Amerikalı milyarderlərin siyahısına isə 18 milyarderin adı salınıb. Ekspertlər qeyd edirlər ki, çinlilərin kapitalının artımı internet-ticarət, texnologiyalar, həmçinin səhiyyə sahəsində yaşanan bum imkan yaradıb.


TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Pandemiya ilə bağlı alınan maliyyə dəstəyi vergi uçotunda necə əks etdirilməlidir?

posted in: Xəbər | 0

Pandemiya ilə bağlı alınan maliyyə dəstəyi vergi uçotunda necə əks etdirilməlidir?

Vergi Məcəlləsi, Vergi ödəyiciləri, Ezamiyyə xərci, vergi borcu, vergi mükəlləfiyyəti, koronavirusla bağlı fəsil, Vergi Məcəlləsi, vergitutma, Mənfəət vergisi üzrə güzəşt, debitor borclar üzrə – iddia müddətinin bitdiyi vaxt, , maliyyə sanksiyası, Vergi Məcəlləsi, Gəlir vergisi, 102.2.5 maddəsi, 102.2.5 maddəsindəki güzəşt, güzəşt hüququ, satış, fərqlənmə nişanı, EDV, güzəşt, Vergi Məcəlləsi, xərcin çəkilməsi, kassa, vergi mecellesi, Vergi Məcəlləsi, mal, nağd,ÖMV, ƏDV,Əsas vəsaitlər, MMC-nin satılması,Sual: Sualım müəssisələrin və fərdi sahibkar fiziki şəxslərin pandemiya ilə bağlı aldığı maliyyə dəstəyi ilə bağlıdır. Müəssisələr və fərdi sahibkar fiziki şəxslər dövlət dəstəyi proqramı çərçivəsində aldığı yardımdan pul vəsaitlərini vergiyə cəlb etməlidirlərmi?

Bu sualla bağlı 102 və 106-cı maddələrdə heç bir məlumat tapa bilmədim (102.1.28. istisna).

Cavab: Bildiririk ki, koronavirus (COVİD-19) pandemiyasından zərər çəkmiş hüquqi şəxslərə muzdlu işçilərin əmək haqqının ödənilməsi məqsədilə dövlət tərəfindən verilmiş məbləğlər mənfəət vergisinin məqsədləri üçün gəlirlərə, işçilərə ödənilmiş həmin məbləğlər isə vergi ödəyicisinin gəlirdən çıxılan xərclərinə aid edilir. Fərdi sahibkarlara dövlət büdcəsinin vəsaiti hesabına ödənilən maddi yardımlar isə gəlir vergisindən azaddır.

Buna əsasən həmin məbləğlər gəlir vergisinin bəyannaməsinin müvafiq vergidən azadolma sətrində əks etdirilməklə bəyan edilir. Belə ki, Vergi Məcəlləsinin 102.1.4-cü maddəsinə əsasən Azərbaycan Respublikasının qanunları və müvafiq icra hakimiyyəti orqanlarının qərarları əsasında dövlət büdcəsinin vəsaiti hesabına fərdi birdəfəlik ödəmələr və ya maddi yardımlar gəlir vergisindən azaddır.

Əsas: Vergi Məcəlləsinin 102-ci və 104-cü maddələri.

Mənbə: taxes.gov.az


Bax: 


TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

İşçinin əmək haqqından işəgötürən tərəfindən həyata keçirilən tutulmalar hansılardır?

posted in: Xəbər | 0

gəlirdən çıxılan xərclərQanunvericiliyə əsasən, işçinin əmək haqqından vergi və digər ödənişlər tutulur. Mövzuya hüquqşünas Şəhriyar Həbilov münasibət bildirib.

Hər bir işçinin əmək haqqından işəgötürən tərəfindən aşağıdakı tutulmalar həyata keçirilir:

  • gəlir vergisi (Vergi Məcəlləsinə müvafiq olaraq bəzi kateqoriya şəxslərə münasibətdə güzəştlər, habelə neft-qaz sahəsində fəaliyyəti olmayan və qeyri-dövlət sektoruna aid edilən vergi ödəyicilərində işləyən fiziki şəxslərin muzdlu işdən aylıq gəlirlərinin 2019-cu il yanvarın 1-dən 7 il müddətində yalnız 8.000 manatdan çox olan məbləğinin gəlir vergisinə cəlb olunmalı olduğu nəzərə alınmaqla);
  • işsizlikdən sığorta haqqı;
  • icbari tibbi sığorta haqqı;
  • məcburi dövlət sosial sığorta haqqı;
  • məhkəmə aktları və ya notariusun icra qeydi, yaxud səlahiyyətli orqanların qərarlarına əsasən tələb edilən icra ödənişləri. Bu məbləğlərin tutulması üçün müvafiq icra sənədi işçinin iş yerinə göndərilir.

Eləcə də:

  • işəgötürənə işçinin təqsiri üzündən onun orta aylıq əmək haqqından artıq olmayan miqdarda vurduğu ziyanın məbləği (işçinin yazılı razılığı ilə, yaxud məhkəmənin qərarı ilə qanunvericiliklə nəzərdə tutulmuş icra sənədləri üzrə);
  • müvafiq iş ilinə görə məzuniyyətə çıxmış və həmin iş ili bitənədək işdən çıxdığı halda məzuniyyətin işlənməmiş günlərinə düşən məzuniyyət pulu;
  • işçi xidməti ezamiyyətə göndərilərkən ona avans verilibsə artıq qalmış məbləğ;
  • işçiyə səhv riyazi hesablamalar nəticəsində artıq ödənilmiş məbləğlər – yalnız ödənişdən sonrakı 1 ay müddətində;
  • təsərrüfat ehtiyacları ilə bağlı verilmiş artıq qalan, yaxud xərclənməyən məbləğlər;
  • kollektiv müqavilələrdə nəzərdə tutulan və ya müəssisənin həmkarlar ittifaqı təşkilatının xüsusi hesabına köçürülən həmkarlar ittifaqına üzvlük haqları;
  • işçinin kommunal ödənişləri, bankdan aldığı ssudaları, kreditləri və ya digər şəxsi borcları – işçinin işəgötürənə həmin ödənişlərin onun əmək haqqından tutulmasına dair ərizəsi əsasında.

Qanunvericiliyə əsasən, əmək haqqından 20 faiz, bir neçə icra sənədi olduqda 50 faiz, bəzi hallarda (aliment ödənişi, sağlamlığa ziyan vurulması və s.) isə 70 faiz tutulmalara yol verilməsi mümkündür.

Müəllif: Praktiki Hüquqşünas / Şəhriyar Həbilov


Bax: 


TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun