Xərcin aid olduğu dövrü yoxsa E-Qaimə tarixini əsas götürməliyik?

posted in: Xəbər | 0

Elektron qaimə-faktura, E-qaimə elektron qaimə-faktura E-qaiməSual: Bəzən olur ki, daimi əsaslarla göstərilən xidmətlər üçün EQF və ya EVHF həmin ay ərzində və ay sonu deyil, növbəti ayda təqdim edilir. Bu zaman vergitutma məqsədləri üçün xərcin aid olduğu dövr EQF (EVHF) təqdim edildiyi dövr (EQF-nın və ya EVHF-nın tarixi), yoxsa xidmətin göstərildiyi dövr olmalıdır.

Daha əyani misalla qeyd edim. Vergi ödəyicisinə Dekabr-2019 cu ildə göstərilən xidmətə görə Yanvar 2020-ci ildə EQF və EVHF təqdim olunub. Bu halda vergi ödəyicisi vergitutma məqsədləri üçün xidmət haqqı xərcini Dekabr-2019-cu ilə yoxsa, EQF-nın təqdim edildiyi Yanvar 2020-ci ilə aid etməlidir?

Cavab: Bildiririk ki, vergi ödəyicisi vergi tutulan gəlirin (mənfəətin) dəqiq əks etdirilməsi üçün sənədləşdirilmiş məlumat əsasında gəlirlərinin və xərclərinin vaxtlı-vaxtında dəqiq uçotunu aparmağa, tətbiq edilən uçot metodundan asılı olaraq gəlirlərini və xərclərini onların əldə edildiyi və ya çəkildiyi müvafiq hesabat dövrlərinə aid etməyə borcludur.

Müvafiq olaraq, hesablama metodu ilə uçot aparan vergi ödəyicisi xərc çəkilməsinin faktiki vaxtından asılı olmayaraq xərcini müvafiq surətdə xərcin çəkilməsi barədə öhdəliyin yarandığı vaxt nəzərə almalıdır. Hesablama metodunun tətbiqi zamanı xərc əqddə və ya müqavilədə iştirak edən bütün tərəflər tərəfindən əqd və ya müqavilə üzrə bütün öhdəliklər yerinə yetirildiyi, yaxud müvafiq məbləğlər qeyd-şərtsiz ödənildiyi vaxtda çəkilmiş sayılır.

Vergi uçotunun məqsədləri üçün vergi ödəyicisi kassa metodundan istifadə etdikdə, xərcin çəkilməsi vaxtı xərcin faktiki çəkildiyi vaxt sayılır. Həmçinin, vergi ödəyicisi pul vəsaitini ödəyirsə, nağd pul vəsaitinin ödənildiyi, nağdsız ödəmədə isə vergi ödəyicisinin pul vəsaitinin köçürülməsi haqqındakı tapşırığının bank tərəfindən alındığı vaxt, vergi ödəyicisi qarşısında maliyyə öhdəlikləri ləğv edildiyi və ya ödənildiyi halda (qarşılıqlı hesablaşmalar aparıldıqda və sairə bu kimi hallarda), öhdəliyin ləğv edildiyi və ya ödənildiyi vaxt xərcin çəkilməsi vaxtı sayılır.

Elektron qaimə-faktura malların (iş və ya xidmətlərin) təqdim edilməsindən sonra tərtib edildikdə elektron qaimə-fakturanın “Əlavə qeydlər” sətrində təqdim edilən malların təqdim edilməsinin hansı dövrdə (ayda) həyata keçirilməsi göstərilməlidir.

Əsas: Vergi Məcəlləsinin 13.2.16-cı, 71-1-ci, 133-cü, 136-cı maddələri.

Mənbə: taxes.gov.az


Bax: 


TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Qədim Romada uçot (III hissə)

posted in: Xəbər | 0

Qədim Romada uçot (III hissə)

II hissəyə nəzər yetirmək üçün keçidə daxil olun

Vergitutma sisteminin rüşeymləri

Qədim Romada uçot,Uçot məlumatları daşıyıcıları

Romalılar mühasibat uçotu sənədlərinin daşıyıcıları kimi müxtəlif materiallardan istifadə etdilər.

Qeydlər taxta parçaları, mum sürtülən lövhəciklər, mis lövhələr, dəri, kətan, perqament üzərində yerinə yetirilidi. Lakin daha çox papirus və perqamentdən istifadə olunurdu.

Üzərinə mum çəkilmiş taxta lövhəciklər üzərində bir tərəfi kəskin uclu xüsusi metal və ya sümük parçası vasitəsilə yazırdılar. Əks tərəfindən isə qeydlərin silinməsində istifadə olunurdu. Lövhəcik üzərinə çəkilən mum qara rəngə boyadılırdı ki, üzərində qeydlər aparılanda qara fonda hərflər parlaq ağ rəng alsın. Lövhəciklər tək-tək də ola bilirdi. Asmaq mümkün olsun deyə, onlara yumru halqalar keçirilirdi. Həmin lövhəciklərə ani lazım olan qeydlər edilirdi. Sonradan isə həmin qeydlər daha dəqiqliklə ev təsərrüfatına məxsus uçot kitabına köçürülürdü.

Mühasibat uçotu prosedurlarının mərhələlərini xronoloji və sistematik qeydə çevirmək kimi bu fərq, qədim Roma mühasibat uçotunun ən vacib nailiyyətidir.

Qədim Roma mühasibat uçotu registrləri sistemində ilk kitab Adversaria idi, bu da iqtisadi həyat faktlarının gündəlik qeyd edilməsi üçün nəzərdə tutulmuşdu. Bu kitab sonradan yaddaş və Memorial adlandırılacaqdı.

Sonra, iki kitabı (kodeks) qeyd etməlisiniz: Codex acceptiet expensiCodex rationum domesticorum. Adversaria qaralama kitabı kimi xidmət edirdi. Bu nəticə Mark Tulli Siseronun “Rotsi – aktyor uğrunda” nitqindən bəllli olur. O deyirdi: “… öz gündəliklərinizi (Adversaria) bütün qaralama və cızıqlar ilə məhkəməyə təqdim etməyiniz ağılsızlıq deyilmi? …  Hakimlərin gözündə böyük çəki və əhəmiyyət daşımalı olan bir şeyə sahibləri niyə bu ədər dəyərsiz və əhəmiyyətsiz yanaşırlar?

Birincilər (Adversaria) bir ay xidmət edir, sonuncular (Codex) – isə əbədi xidmət edir, birincilər dərhal cırılır, sonuncular isə ehtiyatlı şəkildə qorunaraq mühafizə edilir; birincilərə qısa müddətli qeydlər yazılır, sonuncu isə bütün həyatımız boyu etibarımıza söykənir;  birincisi fraqmentlidir, ikincisi ciddi qaydada aparılır. Kimsə buna görə onu məhkəməyə təqdim etmir”. Kodeks kitabları isə təmiz şəkildə, yəni, cızma-qarasız aparılırdı. Ona görə məhz, kodekslərə hüquqi cəhətdən tamamlanmış sənədlər kimi baxılırdı. Bununla yanaşı, kodekslərdə sistematik yox, xronoloji yazının tətbiq olunduğunu ehtimal etmək daha doğru olardı. (Bu belə olmasaydı, Siseron prosesi uda bilməzdi)

Beləliklə, sistematik qeydlər iki kodeks üzrə paylanmışdır: Codex acceptiet expensiCodex rationum domesticorum. Birində yalnız pul vəsaitləri və hesablaşma hesabları, digərində isə bütün maddi – material hesabları (taxıl, şərab, yağ, otlaqlar, mal-qara, yemlər və s.) göstərilirdi. İki kodeks hesabları üzrə saldo çıxarılırdı (bu anlayış artıq o dövrün mühasibatlığında mövcud idi). Sistematik qeyd iki kodeks arasında bölüşdürüldüyündən, Adversaria yalnız pul hərəkəti və hesablamaları ilə bağlı əməliyyatların bir hissəsində həyata keçirildiyini güman etmək tamamilə məqbuldur. Kodeksdə yazmağın Adversariada yazmaqdan daha cəlbedici olduğunu sübut edərək, prosesin Siseronun qazandığını qeyd etmək maraqlıdır. Hər halda, məhkəmədə yoxlamalar da aparılıb. Kreditorun apardığı codex acceptiet expensi-də borclunun qeyd etdikləri müqayisəli şəkildə yoxlanılırdı. Kodeksdə əvvəllər edilən qeydlərdə heç bir düzəlişlər olmamalı idi.

Dövlət xəzinəsi

E. ə. VI əsrin sonlarında Romada yaranmış aristokratik respublika onunla fərqlənirdi ki, ömürlük hakim olan bir hökmdarın əvəzinə bir il müddətinə patrisiyalardan iki konsul seçilməyə başladı. Tamamilə müstəqil olaraq seçilən konsullar yalnız dövlətin cari işləri ilə məşğul olurdu. Nəticələri konsulların vəzifə ilindən daha uzaq gedib çıxan bütün mühüm dövlət aktları senatla mütləq razılaşdırılmalı idi. Hökmdardan fərqli olaraq konsulların dövlət vəsaitinin olması qadağan edildi. Həmin vəsaitlərin mühafizəsi üçün Saturn məbədi yanında xüsusi xəzinədarlıq – erariy qurulmuşdu, harada ki, Roma tarixinin sonrakı əsrlərində gənc patrisiylərdən seçilmiş xəzinədarların – kvestorların müşahidəsi altında yerləşdirilib. İlk kvestorlar olaraq Publiy Veturiy və Mark Minutsiy seçilmişdilər.


IV hissəyə nəzər yetirmək üçün keçidə daxil olun


TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Paytaxtda işsizlikdən sığorta ödənişi alanlara hesablanmış orta aylıq məbləğ 403,2 manat olub

posted in: Xəbər | 0

Muzdla işləyənlərin sayı,Statistika Komitəsi, Azərbaycan iqtisadiyyatı,Yanvar-sentyabr aylarında Bakı şəhəri üzrə işsizlikdən sığorta ödənişi alan 172 nəfərə hesablanmış orta aylıq məbləğ 403,2 manat olub.

Bakı Şəhər Statistika İdarəsinin yaydığı məlumata istinadla xəbər verir ki, paytaxtda işsiz şəxslərdən 163 min 773 nəfərini qadınlar təşkil edib. İşçi qüvvəsinə olan tələbat sentyabr ayının sonuna şəhər üzrə 16 min 209 nəfərdir ki, onlardan da 9436 nəfəri peşə və ixtisası olmayan şəxslərdir.

Mənbə: vergiler.az

 

 

 

 


TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Səfərbərlik zamanı əmək münasibətləri necə tənzimlənir?

posted in: Xəbər | 0

Səfərbərlik zamanı əmək münasibətləri

Mühasiblər, Aprel ayı üzrə əmək haqqı, əmək haqqı, Sosial Sığorta haqqı, Topdansatış fəaliyyəti, Ezamiyyə, maaş, müavinətin hesablanması, Buta Group, vakansiya, mühasib,əmək haqqı, emek haqqi, Sosial Sığorta əmlak vergisiAzərbaycan dövləti, şanlı Azərbaycan Ordusu və xalqımız torpaqlarımızın azad edilməsi uğrunda vətən müharibəsi aparır. Bu vəziyyətdə həm könüllü olaraq, həm də qismən səfərbərlik elan edilməsi ilə bağlı bir çox vətəndaş ordu sıralarında döyüşür. Bu şəraitdə əmək münasibətlərinin tənzimlənməsi qaydalarını sərbəst auditor Altay Cəfərov misallarla izah edir.

Misal 1: “AA” MMC-nin işçisi 1 oktyabr 2020-ci ildə hərbi səfərbərlik xidməti tərəfindən səfərbərliyə çağırılıb. Digər bir işçi isə könüllü olaraq hərbi səfərbərliyə cəlb edilib. Bu zaman suallar meydana gəlir:

• Ordu sıralarına könüllü yazılan işçi ilə səfərbərlik xidməti tərəfindən çağırılmış işçi arasında əmək münasibətləri baxımından hansı fərq var?

• Səfərbərlik zamanı işçilərin iş yeri və əməkhaqqı saxlanılırmı?

• Səfərbərliyin müddəti nə qədərdir?

• Əməkhaqqını almaq üçün hansı sənədlər təqdim edilməlidir?

İşçilərin, ehtiyatda olan vətəndaşların hərbi məqsədlər üçün səfərbərliyə cəlb edilməsi “Hərbi vəziyyət haqqında” Qanunla, eləcə də səfərbərliklə bağlı digər normativhüquqi aktlarla tənzimlənir.

İşçilərin iş yerlərinin və əməkhaqqının saxlanması ilə bağlı istinad edilən ikinci hüquqi mənbə Əmək Məcəlləsidir. Məcəllənin 179-cu maddəsində yazılıb:

Maddə 179. İşçilərin iş yerinin və orta əmək haqqının saxlandığı hallar

1. İşçi qanunvericiliklə nəzərdə tutulmuş hallarda və qaydada dövlət və ictimai vəzifələrin yerinə yetirilməsinə cəlb edildiyi müddət ərzində iş yeri, vəzifəsi (peşəsi) saxlanılmaqla ona orta əməkhaqqı ödənilməlidir.

2. Aşağıdakı hallarda işçinin iş yeri və orta əməkhaqqı saxlanılır:

​g) hərbi mükəlləfiyyətlə bağlı vəzifələrin yerinə yetirilməsi üçün hərbi və xüsusi toplanışlara və səlahiyyətləri daxilində hərbi komissarlıqların cəlb etdiyi digər hərbi tədbirlərdə iştirak etdikdə, habelə hərbi nəqliyyat vəzifəsinin yerinə yetirilməsi ilə əlaqədar ezam olunduqda;

ğ) hərbi və fövqəladə vəziyyətlə əlaqədar, habelə təbii fəlakətin nəticələrinin aradan qaldırılması üçün müvafiq işlərin görülməsinə cəlb olunduqda.

Göründüyü kimi, hərbi vəziyyət elan edildikdə hərbi mükəlləfiyyətlərin yerinə yetirilməsi üçün cəlb edilən işçilərin iş yeri, eləcə orta əməkhaqqı saxlanılmalı və ödənilməlidir.

Sual: Bəs bunun üçün hansı sənədlər tələb edilir?

Adətən, ilkin sənəd kimi vətəndaşa (işçiyə) komissarlıq tərəfindən çağırış vərəqəsi göndərilir. Vətəndaş (işçi) həmin çağırış vərəqəsinə əsasən hərbi mükəlləfiyyətlərin yerinə yetirilməsi üçün müvafiqhərbi hissəyə göndəridikdə, komissarlıq işçiyə arayış təqdim etməli və həmin arayış iş yerinə verilməlidir.

Artıq həmin arayışa əsasən işçi hərbi mükəllfiyyəti tam başa çatdırana kimi işçinin iş yeri saxlanılmalı və onaorta əməkhaqqı ödənilməlidir.

Sual: Bəs könüllü kimi müharibəyə getmiş işçilərin iş yeri və orta əməkhaqqı saxlanılmalıdırmı?

Əmək Məcəlləsinin 179-cu maddəsində iş yerinin saxlanılması üçün könüllü və ya səfərbərlik çərçivəsində cəlb olunan tələbi qoyulmayıb. Əsas tələb odur ki, vətəndaş hərbi komissarlıq tərəfindən hərbi mükəlləfiyyətin yerinə yetirilməsinə cəlb edilsin. Buna görə də işçi könüllü yazıldıqda hərbi komissarlıqdan ona çağırış gəlir və əmək münasibərləri Əmək Məcəlləsinin 179-cu maddəsi ilə tənzimlənir.

Sual: İşçinin orta əməkhaqqı necə ödənilməlidir?

Əmək Məcəlləsinə əsasən, normal şəraitdə orta əməkhaqqının hesablanması üçün əvvəlki iki ayın əməkhaqqı cəmlənməli və həmin ayların iş günlərinin cəminə bölünməlidir.

Tutaq ki, avqust və sentyabr aylarında işçinin aylıq əməkhaqqı 400 manat olub. Nəzərə alaq ki, avqustda 22, sentaybr ayında isə 20 iş günü olub, onda iki ayın cəmi 42 iş günü , bir günlük orta əməkhaqqı (400+400)/(22+20) = 19,05 manat olacaqdır. Oktyabr ayında 23 iş günü olduğuna görə, bu rəqəmə əsasən, işçiyə oktyabr ayı üçün 19,05 x23 = 438,15 manat, iş günlərinin sayı 21 olan aylarda isə 19,05 x21 = 400,05 manat hesablanacaqdır və bütün səfərbərlik müddətində işçinin əməkhaqqı bu formada ödəniləcəkdir.

Daha bir sual meydana gəlir: işçiyə orta əməkhaqqı yox, aylıq əməkhaqqı ödənilə bilərmi?

Orta əməkhaqqının hesablanması xüsusi bir prosesdir, ona görə də işəgötürənlər çox vaxt səfərbərliyə göndərilmiş işilərə də digər işçilər kimi adicə aylıq əməkhaqqı hesablayıb ödəyirlər ki, burada ciddi bir fərq yoxdur.

Mənbə: vergiler.az


TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun