“Malların ixrac qeydi ilə satışı Qaydası” sahibkarlara nə verəcək?

posted in: Xəbər | 0

Malların ixrac qeydi ilə satışı Qaydası, aztəminatlı azərbaycanlılar, sosial yardım, gömrük güzəştlərinin səmərəliliyinin qiymətləndirilməsi, aqrar sığorta, xüsusi karantin rejimi, Sığortaolunanların fərdi uçotu, Sığortaolunanların fərdi uçotunun aparılması, uyğunluq nişanı, Uyğunluq sertifikatı, Uyğunluq sertifikatının forması, kassa əməliyyatları, Nağd pul vəsaitinin uçotu, Əmək qabiliyyəti, müavinət, Xüsusi karantin rejimi, icbari tibbi sığorta, Dövlət büdcəsi, gömrül rüsumları, gömrük rüsumlarının dərəcələri, Vahid büdcə təsnifatı , Ölkəyə mal gətirilməsi, işçilərin sayı ilə bağlı məhdudiyyət, Karantin rejimi yumşaldılır, Xüsusi karantin rejiminin sərtləşdirilməsi, Sərtləşdirilmiş xüsusi karantin rejimi, Riskli vergi, karantin rejimi yenidən uzadıldı, Sərt karantin rejimi, e-qaimə fakturanın Vahid Forması, E-qaimə faktura, dövlət dəstəyi, Elektron alış aktı, ictimai iaşə, müştəri qəbulu, Xüsusi karantin rejimi, karantin rejimi, 190 manatlıq birdəfəlik ödəmə, Xidməti vəsiqə, işləməyəcək yerlər, Təşkilatlarda çalışanlar, həftəsonu qadağası, həftə sonu qadağası, Vahid büdcə təsnifatı, Kənd təsərrüfatı, təlim, dərslər dayandırıldı, karantin dövrü artırılır, sahibkarlıq subyektləri, Özünüməşğulluğun təşkili, Müavinətlər, karantin rejiminin müddəti uzadıldı, vergi ödəyiciləri, Müvəqqəti vergi rejimi, idxal, digər rayonlara getmək, ƏDV-dən azad, , əmək haqqı, Karantin qaydaları, xüsusi karantin rejimi, sərəncam,işçi qrupların tərkibi, iş yerlərinin standartları, məzuniyyət, tibb müəssisəsinə təhkimolunma, sahibkarlara dəstək, Vergidən azadolunma məqsədləri, Novruz bayramı, İdxal gömrük rüsumları, Koronavirus, təlim-tədris dayandırıldı, gömrük rüsumları, Nazirlər Kabineti, aksiz dərəcələri, məhsul, gömrük güzəştlərinin tətbiqi, vergi, Gömrük rüsumları ,vəsait, nağdsız, qiymətləndirilmə, KOB indeksi, Turizm Reyestri, Publik hüquqi şəxs, Dövlət qulluğuna qəbul, Dövlət qulluğuna qəbul, İcbari tibbi sığorta, yanacaq ehtiyatı, , Vahid büdcə təsnifatı, İcbari tibbi sığorta, hüquqi şəxs, Hüquqi şəxslərin dövlət reyestri, gömrük rüsumu, kvalifikasiya standartının hazırlanması, Peşə, idxal, ixrac,məzuniyyət hesablanması, gömrük rüsumları, idxal, ixrac,İş və istirahət günləri, dövlət reyestrinin aparılması hüquqi“Nazirlər Kabinetinin 448 № li Qərarı ilə “Malların ixrac qeydi ilə satışı Qaydası” təsdiq edilib. Bu qayda ölkə ərazisində istehsal olunmuş və ixrac üçün nəzərdə tutulan məhsulların istehsalçısı ilə qeyri-neft məhsullarının ixracatı sahəsində təcrübəsi olan peşəkar ixracatçılar arasında əməkdaşlığın şərtlərini müəyyən edir və işgüzar münasibətlərini tənzimləyir”.

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə istinadən xəbər verilir ki, bunu qurumun şöbə rəisi Elnur Yusifov bildirib.

Onun sözlərinə görə, “Malların ixrac qeydi ilə satışı Qaydası”nda ixrac qeydi ilə satış həyata keçirən şəxsə (istehsalçıya) və ixrac qeydi ilə alınan malların ixracını həyata keçirən şəxsə (ixracatçıya) dair tələblər, malların ixrac qeydi ilə satışına aid edilməyən şəxslər və əməliyyatlara nəzarət, ixrac qeydi ilə malların ixracının həyata keçirilməsi prosesinə nəzarət tədbirləri öz əksini tapır.

“Bu imkandan yararlanmaq üçün istehsalçı və ixrac qeydi ilə alınan malların ixracını həyata keçirən şəxs (ixracatçı) “Qayda”da onlar üçün müəyyən edilmiş tələblərə cavab verməlidirlər. “Qayda”nın 3-cü hissəsində müəyyən edilmiş şəxslər və əməliyyatlar istisna olmaqla, “Qayda” ölkə ərazisində qeyri-neft məhsulları istehsal edən bütün istehsalçılara və ixracatçılara şamil olunur. İstehsalçı ixrac üçün nəzərdə tutulan məhsulu ixracatçıya təqdim edərkən Vergi Məcəlləsinin 165.1.9-cu maddəsinə müvafiq olaraq ƏDV-yə (0) dərəcə ilə cəlb olunur.

Bu mexanizm ixracatçının ixrac edəcəyi malların alışına görə ödəməli olduğu ƏDV-nin məbləği qədər dövriyyə vəsaitinə qənaət etməsinə şərait yaradır və inzibatçılıq yükünü azaldır, ”- o qeyd edib.

Mənbə: report.az


TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Fəaliyyət dayandırıldıqda ƏDV qeydiyyatını ləğv etmək olar?

posted in: Vergi, Xəbər | 0

Fəaliyyət dayandırıldıqda ƏDV qeydiyyatını ləğv etmək olar?

hədiyyə, vergi öhdəlikləri, təhtəlhesab əməliyyatlar, Büdcə, ƏDV-nin əvəzləşdirilməsi, büdcəyə ödəmələr, Vergi tutulan əməliyyatın vaxtı, Əmtəəsiz əməliyyat anlayışı, dividendlər, vergi güzəştləri, zərər, Zərərin növbəti illərə keçirilməsi, vergidən azadolunma, Müvəqqəti vergi rejimi, səyyar vergi yoxlaması, Sahibkarlar, Vergi ödəyicilərinin hesabatlılığı, Vergi Məcəlləsinə dəyişikliklər, Vergi Məcəlləsinə dəyişikliklər, avans vəsait, ƏDV məqsədləri, vergitutma, bəyannamə, icarə ödənişləri, Mənfəət vergisi üzrə güzəşt, Nizamnamə kapitalı, Əmtəəsiz əməliyyat, Fiziki şəxs, hüquq, Hüquqların güzəşt edilməsi, Kənd təsərrüfatı, səyyar satış, xidmət, İaşə, Vergi Məcəlləsi, Riskli vergi, vergi məcəlləsi, vergi öhdəliyi, MMC,əməliyyatlar, ƏDV-dən azad, Transfer qiyməti,xərclər, gəlir,


Sual: 158.2. maddədə 158.1. maddə istisna edilir. 16.3. maddəni nəzərə alaraq, yəni vergi ödəyicisi məsələn 2 il müddətinə fəaliyyətini müvəqqəti dayandırarsa 158.2. maddəni tətbiq edə bilər? 158.2. maddədə 16.3. maddə istisna edilmir.
Cavab: Bildiririk ki, Vergi Məcəlləsinin 158.1-ci maddəsində vergi ödəyicisinin sahibkarlıq fəaliyyətini və ya digər vergi tutulan əməliyyatlarını müvəqqəti dayandırıldığı halda, vergi orqanına Əlavə Dəyər Vergisinin məqsədləri üçün qeydiyyatın ləğv olunmasına dair ərizə təqdim edilməsi istisna edilmiş, sahibkarlıq fəaliyyətini dayandırmamış şəxsin Əlavə Dəyər Vergisinə cəlb olunan əməliyyatların aparılmasını dayandırdığı halda ƏDV qeydiyyatının ləğvinin mümkünlüyü nəzərdə tutulmuşdur.
Vergi Məcəlləsinin 158.2-ci maddəsinə əsasən isə vergi ödəyicisi sahibkarlıq fəaliyyətini dayandırmayaraq vergiyə cəlb olunan əməliyyatlar apardığı, lakin həmin əməliyyatların ümumi məbləğinin əvvəlki tam 12 təqvim ayı ərzində 100.000 manatdan çox olmadığı və ƏDV-nin məqsədləri üçün son qeydiyyatın qüvvəyə mindiyi tarixdən etibarən bir il keçdiyi halda ƏDV-nin məqsədləri üçün qeydiyyatın ləğv olunmasına dair vergi orqanına ərizə verə bilər.
Mənbə: taxes.gov.az

Bax: 


TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Çin iqtisadiyyatı barədə 12 maraqlı fakt (I hissə)

posted in: iqtisadiyyat, Xəbər | 0

Çin iqtisadiyyatı barədə 12 fakt

  1. Çinin öz  “Goldman Sachs”ı var

Şençjendə özlərinin  “Goldman Sachs”ı (Goldman Sachs Financial Leasing Co) var. Lakin məşhur amerikan bankının Honkonq bölməsinin mətbuat katibi onunla istənilən əlaqəni inkar edir. Sözügedən telefona cavab verən qadın belə bəyan edib: “Biz sadəcə ad seçmişik. Seçdiyimiz ad isə təsadüfən amerikan bankınn adı ilə eyni alınıb”.

  1. ÇXR-də il ərzində tez hazırlanan və yeyilən əriştə ilə bütün Avropa qitəsi 52 dəfə nahar edə bilər 

2014-cü ildə çinlilər 44,4 milyard paket əriştə yeyiblər. Avropa qitəsində təxminən 853 milyon nəfər (Türkiyə və keçmiş postsovet ölkələri də daxil olmaqla) insan yaşıyır. Bir paketin doymaq üçün kifayət etdiyini düşünsək, bu sayda əriştə paketi 52 dəfə nahar etmək üçün yetərlidir.

  1. Çində siqaret çəkən uşaqların sayı İrlandiya əhalisinin sayından iki dəfə çoxdur

Çin dünyanın ən böyük tütün istehlakçılarından biridir. Tobacco Atlasın məlumatına görə, ölkədə 8.937 milyon uşaq və 275.9 milyondan çox yetkin insan siqaret çəkir. Çinli kişilər dünyada istehsal olunan bütün siqaretlərin üçdə birini çəkirlər. Gözlənildiyi kimi bu zərərli vərdişdən onların üçdə biri öləcək. Dünya bankının dəyərləndirməsinə görə, 2014-cü ildə İrlandıyanın əhalisi 4 612 719 nəfər təşkil edib.

  1. Əgər Çində yemək zamanı işlədilən və son üç il ərzində birdəfəlik istifadədən sonra atılan çubuqları alıb, onları bütün planet əhalisinin sayına bölsək, hər bir sakinə 32 cüt belə çubuq düşər.

Çində il ərzində yemək zamanı 80 milyard ədəd birdəfəlik çubuqlardan istifadə olunur. Bu sayda çubuqların hazırlanmasından ötrü hər il 20 milyon cavan ağaclar kəsilir. Hazırda Yer kürəsində əhalinin sayı 7,4 milyard təşkil edir.

  1. 2015-ci ildə çin inşaat şirkəti 57 mərtəbəli göydələni 19 gün ərzində istifadəyə verib

Binada 800 mənzil və 4 min nəfər üçün bəs edə biləcək qədər ofis meydançaları var. Başlanğıcda göydələnin 220 mərtəbəli olması nəzərdə tutulmuşdu, lakin, aeroport yaxınlığında yerləşdiyinə görə plana yenidən baxılmaq zəurəti yaranmışdı.

  1. Çində il ərzində yeyilən dondurma ilə 2344 olimpiya hovuzunu doldurmaq olardı

Çin Xalq Respublikası dondurma istehlakına görə ABŞ-ı ötüb keçib. Ümumilikdə, ölkədə 5,86 milyard litr dondurulmuş desert yeyilib. Olimpiya hovuzu 2,5 milyon litr su tutur.


TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Qədim Romada uçot (IV hissə)

posted in: Xəbər | 0

Qədim Romada uçot (IV hissə)

III hissəyə nəzər yetirmək üçün keçidə daxil olun

Vergitutma sisteminin rüşeymləri

Kvestorlar (latıncada quaestor – axtaran) ilkin dövrdə konsullar tərəfindən təyin olunurdu, e.ə. 447-ci ildən isə xalq tərəfindən seçilirdi. 421-ci ildə dörd kvestor vəzifəsi mövcud idi, 267-ci ildə – səkkiz, Sulla dövründə – iyirmi, Sezar dövründə – müvəqqəti olaraq qırx nəfər. Şəhər kvestorları xəzinəyə rəhbərlik edirdilər. Əyalət kvestorları – əyalətin maliyyə idarəçiliyi ilə məşğul idilər. Kvestorlar Roma senatında aşağı sinifləri təşkil etdilər.

Maraqlıdır ki, yeni dövrdə bəzi ölkələrdə universitetin mühasibatlığını kvestura adlandırırlar.

Kvestorlar tərəfindən idarə olunan ödənişlər sənədlərin tərtib edilməsi üçün yeganə əsas olan ilkin sənədlər təqdim edildikdən sonra həyata keçirildi. Xüsusi vergi polisi yaradıldı, onun heyəti, vergidən gizlədilən gəlir və əmlak haqqında məlumat əldə etmək üçün qadınlara və uşaqlara da işgəncə verirdi.

İctimai xəzinənin mövcudluğu dövlətin gəlirlərinin və xərclərinin uçotunu zəruri edirdi. Romada büdcə mühasibatlığı dövlət daxilində böyük dərəcədə inkişaf etdi və bəzi əyalətlərdə həm hesablanmış ayırmalar, həm də onların həyata keçirilməsini əks etdirən xüsusi bir kitab – Brevarium saxlanılırdı. Sonralar ədəbiyyatda bu reyestr dövlət iqtisadiyyatının ilk tarazlığı hesab edilə bilən imperiya hesabları kitabı adlandırıldı.

Roma imperiyasının mülkiyyətinin artması, yeni ərazilərin fəthləri qənimət və vergi şəklində xəzinəyə böyük gəlirlər gətirdi. Lakin dövlət əmlakının həcminin artımına birbaşa mütənasib olaraq dövlət məmurları və hərbçilər tərəfindən mənimsəmə və xərcləmənin həcmi də artmışdı.

Syasətçi Mark Porsiy Katon o zamanlarda belə qeyd edirdi ki, “kimsə hansısa vətəndaşlardan oğurluq edirsə, o, öz həyatını qandallanmış vəziyyətdə və həbsxanada başa vurur, kimsə icmadan oğurluq edirsə, o, həyatını qızıl və təmtəraq içində keçirir”.

O da məlumdur ki, Hannibalı məğlub edən məşhur Roma sərkərdəsi Suppion Afrikanskiy öz qardaşının oğurluqlarına bulaşmışdı. Eləcə də Antioxla daha əlverişli şərtlər əsasında sülh müqaviləsi bağlamış məşhur sərkərdə Suppion Aziatskiy altı min funt qızıl və dörd yüz səksən funt gümüş almışdılar. Yəni, xəzinəyə hərbi qənimət qismində verdiklərindən daha çox qazanc əldə etmişdilər.

Tit Liviyin göstərişi ilə Suppiona qarşı irəli sürülən iddianın məbləği dörd milyon təşkil edirdi. Senat qarşısında hesabat verərkən, o hesab kitabını gətirməyi əmr etdi və senatorların gözü qarşısında öz əlləri ilə həmin kitabı parça-parça etdi. Xəzinəyə iki yüz milyon gətirdiyi halda ondan dörd milyonun hesabatını tələb etmələrindən qəzəbləndiyini bəyan etdi. Qalibə bəraət verildi.

Bu andan etibarən müasir mühasibat uçotu və auditin əsasını təşkil edən ən mühüm prinsiplərdən biri – əhəmiyyətlilik prinsipi öz başlanğıcını götürdü.

Kənd təsərrüfatı

Roma imperiyasının istehsalının əsas sahəsi kənd təsərrüfatı idi. Üç müəllif ev təsərrüfatlarında uçotun təşkili ilə əlaqəli qeydlər qoyublar. Onlardan birincisi – Mark Porsiy Katondur. O, rəhbərlər üçün yazılı təlimatların tərtib edilməsini tələb etdi. Katon onların fəaliyyətini işin nəticələrinə görə qiymətləndirirdi.

O zamanın nümunəvi sahibkarı olan Katon satın alınması lazım gələn sahələrlə bağlı məsləhətlər verirdi. Xüsusilə, o, alınan əmlakın yaxınlığında çoxlu sayda işçi bolluğunun mövcudluğunun və əmlak inventarı kiçik olsa da, onların tam qaydasında və daha böyük xərclər tələb etməməsinin zəruriliyini vacib hesab edirdi. “Nəzərdə saxla – Sahə də insan kimidir, heç olmaya, böyük gəlir gətirəydi, əgər bunun qarşılığında çoxlu xərclər tələb edirsə, belədə sonda qazanc az olacaq”. Bu, çox maraqlı bir ifadədir, çünki burada təsərrüfatın aparılmasından əldə edilən gəlirlərin və çəkilən xərclərin böyüklüyü arasındakı fərq kimi maliyyə nəticəsi barədə söz açılır.


TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun