Azərbaycanda sahibkarlar üçün yeni sayt istifadəyə verildi
Azərbaycanda sahibkarlar üçün yeni sayt istifadəyə verildi
Mikro, kiçik və orta biznes (KOB) subyektlərinin, həmçinin sahibkarlıq fəaliyyətinə başlamaq istəyənlərin biznes sahəsində təlimlər və məsləhət xidmətləri, şəbəkələşmə, təcrübə proqramları, maliyyə resurslarına çıxış və digər dəstəklər barədə məlumatlandırılması və təlimlər üçün KOB inkişaf mərkəzlərinin vahid onlayn platforması – www.kobim.az saytı istifadəyə verilib.
Bu barədə “Report”a İqtisadiyyat Nazirliyi yanında Kiçik və Orta Biznesin İnkişafı Agentliyindən (KOBİA) məlumat verilib.
Məlumata görə, Agentliyin yaratdığı saytın məqsədi KOB-ları bilik və bacarıqlarının artırılması üçün zəruri olan dəstək və xidmətlər barədə məlumatlandırmaq, bu xidmətlərə çıxışın asanlaşdırılmasıdır.
www.kobim.az saytında KOBİA-nın ölkənin müxtəlif şəhər və rayonlarında fəaliyyət göstərən KOB inkişaf mərkəzləri (KOBİM), bu mərkəzlərdə sahibkarlar üçün təşkil olunan təlimlər, məsləhət, şəbəkələşmə və digər xidmətlər, peşəkar təlimçi-ekspertlər haqqında məlumatlar verilir. Saytda həmçinin, ay ərzində Bakı, Sumqayıt, Xaçmaz və Yevlax KOBİM-lərdə təşkil olunan ödənişsiz təlimlərə dair məlumatlar yerləşdirilir. KOB-lara ehtiyaclarına uyğun təlimlərdə iştirak etmələri üçün sayt üzərindən elektron müraciət etmək imkanı da yaradılıb.
Yaxın günlərdə saytda KOB-lar üçün onlayn təlim imkanı yaradılacaq, həmçinin sayta video təlim materialları yerləşdiriləcək ki, bu da sahibkarlara yaşadıqları ərazini tərk etmədən və vaxta qənaət etməklə biznes sahəsində zəruri biliklər əldə etməyə, sahibkarlıq fəaliyyəti və bu sahədəki yeniliklər barədə məlumatlanmağa imkan verəcək.
Mənbə: report.az

Oktyabrda Dövlət Gömrük Komitəsi tərəfindən dövlət büdcəsinə daxilolmalar 314 milyon 407 min manat olub.
Koronavirus pandemiyasına baxmayaraq, 400 varlı çinlinin sərvəti 820 milyard dollar (64 faiz) artıb, amerikalı varlıların sərvəti isə 240 milyard dollar məbləğində artım göstərib. Bu haqda Forbes nəşri məlumat yayıb.
Sual: Sualım müəssisələrin və fərdi sahibkar fiziki şəxslərin pandemiya ilə bağlı aldığı maliyyə dəstəyi ilə bağlıdır. Müəssisələr və fərdi sahibkar fiziki şəxslər dövlət dəstəyi proqramı çərçivəsində aldığı yardımdan pul vəsaitlərini vergiyə cəlb etməlidirlərmi?